Mehemmed Baqiri - Wikipedia
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi[1]) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir[2].
Məhəmməd Baqiri | |
---|---|
fars. محمد حسین باقری | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | iyun 1960 (64 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İran |
Qoşun növü | İran İnqilab keşikçiləri Ordusu, İran Silahlı Qüvvələri |
Xidmət illəri | 1980-ci ildən |
Rütbəsi | general-mayor |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəMəhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur[3]. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir[4]. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir[5]. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir[6]. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur[7]. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir. Fəth ordeninin və Nəsr ordeninin sahibidir.
Şəxsi həyatı
redaktəBöyük qardaşı Həsən Baqiri İran-İraq müharibəsində komandir olmuşdur[7]. Həsən Baqiri İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat şöbəsinin yaradıcısı və ilk quru qüvvələri komandiri olmuşdur.[8].
Sanksiyalar
redaktə8 aprel 2019-cu ildə ABŞ İranın İnqilab Keşikçilərini xarici terror təşkilatı olaraq adlandırmışdır[9]. İsrailin Baş naziri Benyamin Netanyahu, Twitterdə Donald Trampa dərhal təşəkkür etmişdir[10]. Məhəmməd Baqiri bu haqda bunları demişdir: “Biz ABŞ-nin Qərbi Asiyadakı qoşunlarını terrorçu hesab edirik və əgər o lənətə gəlmişlər bir şey edərlərsə, biz onlara qarşı cəsarətlə mübarizə aparacağıq[11][12]”
Xəbərlərdə
redaktəİŞİD haqqında danışan Məhəmməd Baqiri “Bağdad bizim qırmızı xəttimizdir” demiş və İŞİD-in Bağdada hücum edəcəyi təqdirdə İranın İŞİD-lə mübarizə aparmaq məqsədilə İraqa hərbi müdaxilə edəcəyini vurğulamışdır.[2].
İstinadlar
redaktə- ↑ Arash Karami. "Khamenei appoints new head of Iran's armed forces". Al-Monitor. 28 June 2016. 25 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2017.
- ↑ 1 2 "If ISIS attacks Baghdad, Iran will intervene militarily, says Iranian general". IranGeo. 3 December 2016. 6 January 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 April 2016.
- ↑ Kenneth Katzman, "Iran's Foreign and Defense Policies" (PDF), Congressional Research Service, Federation of American Scientists, 6 February 2017, səh. 22, 8 March 2017 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 1 March 2017
- ↑ "A slice of biography and career history of Mohammad Bagheri". farsnews. 2019-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
- ↑ Nadimi, Farzin. "Who Is Iran's New Armed Forces Chief of Staff?". washingtoninstitute. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
- ↑ A New Military Chief Rises in Iran, Stratfor, 8 July 2016, 27 September 2017 tarixində arxivləşdirilib, İstifadə tarixi: 1 March 2017
- ↑ 1 2 Who Is Iran's New Armed Forces Chief of Staff?, The Washington Institute for Near East Policy, 5 July 2016, 8 February 2017 tarixində arxivləşdirilib, İstifadə tarixi: 1 March 2017
- ↑ "Bagheri's role in Imposed War". Institute of martyr Hassan Bagheri. 2016-03-08 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Wong and Schmitt, Edward and Eric. "Trump Designates Iran's Revolutionary Guards a Foreign Terrorist Group". nytimes. 2020-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
- ↑ Wong and Schmitt, Edward and Eric. "Trump Designates Iran's Revolutionary Guards a Foreign Terrorist Group". nytimes. 2020-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
- ↑ Goodenough, Patrick. "Responding to IRGC Terror Designation, Iranian Regime Threatens US Central Command". cnsnews. 2021-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
- ↑ O'CONNOR, TOM. "IRAN SAYS IT WILL HELP REVOLUTIONARY GUARDS FIGHT 'TERRORIST' U.S. MILITARY; ALLIES OFFER THEIR SUPPORT". newsweek. 2021-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.