Medeni Muxtariyyet - Wikipedia
Mədəni (milli-mədəni) muxtariyyət — təhsilin təşkili və mədəni həyatının digər formaları ilə əlaqəli təcrid olunmuş etnik qrupun muxtariyyəti. Müəyyən bir əraziyə deyil, müəyyən bir etnik qrupun bütün nümayəndələrinə aiddir. Hər hansı dövlətin azlıqda olan etnik birliyinə dil, təhsil və mədəniyyət sahəsinə aid məsələlərin həllində verilən müstəqillik, muxtariyyətin bir növü.
Milli və mədəni muxtariyyət bir ictimai birlik növüdür. Milli-mədəni muxtariyyətin təşkilati və hüquqi forması ictimai bir təşkilatdır.
Haqqında
redaktəMüasir qloballaşma, hüquqi dövlət quruculuğu dövründə milli-mədəni muxtariyyət problemi milli münasibətlərin tənzimlənməsində mühüm rol oynayan, nəzəri və praktiki əhəmiyyət kəsb edən aktual bir problemdir. Milli-mədəni muxtariyyət hüquqi dövlətdə millətlərin öz müqəddəratının təyin edilməsi hüququ ilə sıx bağlı olan ideyadır. Beynəlxalq sənədlərdə göstərilir ki, etnik, dil və din azadlıqlarının mövcud olduğu ölkələrdə onların öz mədəniyyətlərindən faydalanmaq, öz dininə etiqad etmək və onun ayinlərini icra etmək, eləcə də, öz doğma dilini işlətmək hüququ rədd edilə bilməz.
Millətlərin öz müqəddəratını təyin etmək hüququ Böyük Fransa inqilabının əsas liberal-demokratik ideyası kimi Avropaya sonralar isə bütün dünyaya yayıldı.
Müasir dövrdə “Millətlərin öz müqəddəratını təyin etmək hüququ” beynəlxalq hüquqda öz əksini tapmışdır ki, hər bir millət azad şəkildə öz müqəddəratını təyin etmək hüququna malik olsun. Lakin çox zaman bu müqəddəratı təyinetmə dünyanın siyasi xəritəsində dəyişikliyə səbəb olduğundan, hər hansı bir dövlətin ərazi bütövlüyünə xələl gətirə bildiyinə görə problemə çevrilmişdir. Tarix səhnəsinə çıxaraq mümkün vasitələrlə özünütəsdiqə can atan qüvvələr dövlətə böyük ziyan vurur. Milli özünütəyinetmə prinsipi XX əsrin əvvəllərində ABŞ prezidenti Vudro Vilson tərəfindən dəqiq ifadə edilmişdir:
“Hər bir xalq onun üçün faydalı olan suverenlik formasını seçmək hüququna malikdir”. |
Politoloqlar millətlərarası ziddiyyətlərin yaranmasının bir sıra obyektiv və subyektiv amillərini göstərirlər. Buraya cəmiyyətin özünün demokratik inkişaf səviyyəsinin aşağı olması və vətəndaş cəmiyyəti institutlarının zəif olması, iqtisadi çətinliklər və s. kimi amillər daxildir. Məlumdur ki, milli-mədəni muxtariyyət uğrunda mübarizə aparan milli azlıqların özlərini müəyyən etmək üçün müəyyən meyarların olduğunu göstərirlər:
- Obyektiv meyarlar: bənzərsiz, etnik xüsusiyyətlər, onların sayca azlıq təşkil etməsi, üzvlərinin yaşadıqları dövlətin vətəndaşları olması;
- Subyektiv meyarlar: üzvlərinin öz etnik xüsusiyyətlərini qoruyub saxlamağa can atması.
Millətlərarası münasibətlərdə qarşıdurmanın dörd tipi vardır[1]:
- Sosial-iqtisadi;
- Mədəni-dil;
- Ərazi-status;
- Separatizm.
“Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq müqavilə”də deyilir:
“Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Bu hüquqlar əsasında onlar öz siyasi statusunu və öz iqtisadi, sosial və mədəni inkişafını sərbəst təyin edirlər” |
.
İstinadlar
redaktə- ↑ Культурно-национальная автономия // Большой юридический словарь. Библиотека словарей "ИНФРА-М" : БСИ (2-е изд, перераб. и доп). М.: Инфра-М. В. А. Белов и др.; Под ред. А. Я. Сухарева, В. Е. Крутских. 2001. ISBN 5-16-000169-7.
Xarici keçidlər
redaktə- Закон Латвии «О свободном развитии национальных и этнических групп Латвии и праве на культурную автономию» (latış.)
- Закон о культурной автономии национального меньшинства, Эстония
- Портал Русская Культурная автономия (Эстония)
- Осипов А., Никифоров И. Национально-культурная автономия. Идея и реализация. Эстонский опыт Таллин, 2008 ISBN 978-9985-9542-9-4
- Mədəni muxtariyyət haqqında məqalə