Muzeffer Abutalibov - Wikipedia
Abutalıbov Müzəffər Heydər oğlu (14 dekabr 1908, Ordubad, Naxçıvan qəzası – 8 noyabr 1984, Bakı) — bitki fiziologiyası sahəsində Azərbaycanın ilk elmlər doktoru (1944), professor (1950), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1968).
Müzəffər Abutalıbov | |
---|---|
Müzəffər Heydər oğlu Abutalıbov | |
Doğum tarixi | |
Doğum yeri | Ordubad |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | bitkiçilik |
Elmi dərəcəsi | |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəAbutalıbov Müzəffər Heydər oğlu 1908-ci il dekabrın 14-də Ordubad şəhərində anadan olmuşdur. [1]
Müzəffər Abutalıbov Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakultəsini bitirmişdir (1930). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun və Azərbaycan Dövlət Universitetinin dosenti, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun baş elmi işçisi, SSRİ EA Azərbaycan Filialı Botanika İnstitutunun şöbə müdiri və direktor müavini (1935-1947), Azərbaycan Dövlət Universiteti bitki fiziologiyası kafedrasının müdiri (1949-1959), Azərbaycan Milli EA Genetika və Seleksiya İnstitutunun (1960-1962), Botanika İnstitutunun (1947-1950; 1962-1978) direktoru vəzifələrində çalışmış, 1978-1984-cü illərdə Botanika İnstitutunda özünün yaratdığı bitki fiziologiyası şöbəsinə rəhbərlik etmişdir. [2]
Elmi fəaliyyəti
redaktəTədqiqatları, əsasən pambıq, kartof və digər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına, onların mikroelementlərlə qidalandırılmasının nəzəri və əməli problemlərinin öyrənilməsinə, o cümlədən mikroelementlərin azotobakterin inkişafına və torpağın azotmənimsəyən mikroorqanizmlərinin fəaliyyətinə təsirinə, mineral maddələrin bitkilərə daxil olmasına, orqanizmdə hərəkətinə və hüceyrələrdə paylanmasına və s. həsr olunmuşdur. [3]
Elmi Tədqiqatları
redaktə0, 300-dən çox elmi məqalənin, 5 monoqrafiyanın və Azərbaycan dilində ilk ikicildlik "Bitki fiziologiyası" dərsliyinin, "Bitkilərin mineral maddələrlə qidalanması” (1962) dərs vəsaitinin müəllifidir.Elmi məclislərdə, o cümlədən beynəlxalq biokimya (1961), botanika (1969), biofizika (1973) konqreslərində məruzələr etmişdir.
M.Abutalıbov elmi tədqiqat işləri ilə yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərmiş və Azərbaycanda yüksək ixtisaslı bioloqların hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Onun rəhbərliyi altında 55 fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır.
Elmi – təşkilati fəaliyyəti
redaktə- 0, SSRİ Elmlər Akademiyasının Bitki fiziologiyası və biokimyası, Fotosintez Problem Şuralarının və Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının üzvü,
- SSRİ "Fiziologiya və biokimya” və "Fotosintez problemləri” üzrə Koordinasiya Sovetinin üzvü,
- Azərbaycan üzrə həmin Problem Şurasının və SSRİ Botanika cəmiyyətinin Azərbaycan bölməsinin sədri olmuşdur.
Təltif və mükafatları
redaktə- M.Abutalıbov "1941-1945-ci illərdə II Dünya Müharibəsində "Fədakar Əməyə görə",
- "Qafqazın müdafiəsinə görə”
- "Fədakar əməyə görə” medalları ilə təltif edilmişdir.
Vəfatı
redaktəAkademik Müzəffər Abutahbov 1984-cü il noyabrın 8-də vəfat etmişdir.
Mənbə
redaktə- Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.141
- Abutalıbov Müzəffər Heydər oğlu Arxivləşdirilib 2010-09-27 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
- ↑ "Arxivlənmiş surət". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
- ↑ "Arxivlənmiş surət". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.