Muzeffereddin Sah Qacar - Wikipedia
Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar (23 mart 1853, Tehran – 3 yanvar 1907, Tehran) — İran şahı (1896–1907). Nəsrəddin şahın oğlu. Qacarlar sülaləsindəndir. Uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Müzəffərəddin şahın dövründə İranın xarici ölkələrdən asılılığı daha da güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına zəmin yaranmışdı. Xalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə İran tarixində ilk dəfə olaraq məclis çağırılması haqqında qərar verməyə məcbur olmuşdu. Yerinə oğlu Məhəmmədəli şah hakimiyyətə keçmişdi.[1]
Müzəffərəddin şah Qacar | |
---|---|
fars. مظفرالدين شاه قاجار | |
1 may 1896 – 3 yanvar 1907 | |
Əvvəlki | Nasirəddin şah Qacar |
Sonrakı | Məhəmməd Əli şah Qacar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 mart 1853 |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 1907 (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Atası | Nasirəddin şah Qacar |
Uşaqları | |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMüzəffərəddin şah Nasirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu. Atasının qətlindən sonra, 1896-cı ildə İran imperiyasının şahlıq taxtına əyləşmişdi.
Müzəffərəddin şah Qacar 1900-cü ildə Osmanlıya rəsmi səfər edib.[2]
Müzəffərəddin şah 1907-ci ildə vəfat edib.
Övladları
redaktəOğulları:
- Şahzadə Məhəmmədəli mirzə Etizadəssəltənə, sonra Məhəmmədəli şah (1872–1925)
- Şahzadə Məlikmənsur mirzə Qovanlı-Qacar (1880–1920)
- Şahzadə Əbülfət mirzə Qovanlı-Qacar (1881–1961)
- Şahzadə Əbülfəzl mirzə Qovanlı-Qacar (1882–1970)
- Şahzadə Hüseynqulu mirzə Qovanlı-Qacar (1884–1945)
- Şahzadə Nasirəddin mirzə Qovanlı-Qacar (1897–1977)
Qızları:
- Şahzadə Fəxrəssəltənə (1870-?)
- Şahzadə Ehtiraməssəltənə (1871-?)
- Şahzadə İzzətəddövlə (1873-?) əri Əbdülhüseyn Mirzə Fərmanfərma
- Şahzadə Şükuhəssəltənə (1880-?)
- Şahzadə Şükuhəddövlə (1883-?)
- Şahzadə Fəxrəddövlə (1883-?)
- Şahzadə Əqdəsəddövlə (1891-?)
- Şahzadə Ənvərəddövlə (1896-?) Kamran Mirzə Qovanlı-Qacarın oğlu İqtidarəssəltənə ilə evli idi.
İstinadlar
redaktə- ↑ Мүзәффәрәддин шаһ // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 122.
- ↑ "II Abdülhamid Zamani Ve Şahsiyeti. Səh. 81". 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-18.