Mutleq Kemiyyetler - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mütləq kəmiyyət
redaktəStatistika göstəricilərinin ilkin ifadə formaları mütləq kəmiyyətlərdir. Mütləq kəmiyyətlər sosial-iqtisadi hadisələrin təhlilində mühüm əhəmiyyətə malikdirlər. İctimai-iqtisadi hadislərin kəmiyyət tərəfi mütləq kəmiyyətlərlə , miqdar nisbətləri isə nisbi kəmiyyətlərlə xarakterize edilir.
Növləri
redaktəFərdi mütləq kəmiyyətlər
redaktəFərdi mütləq kəmiyyətlər bilavasitə statistika müşahidələri əsasında alınır. Fərdi mütləq kəmiyyətlər obyektin ayrı-ayrı vahidlərinin həcmini , səviyyəsini ifadə edir. Fərdi mütləq kəmiyyətlərə misal olaraq ayrı-ayrı təsərrüfatların pambıq əkin sahələrini , aylıq əmək haqqının həcmini və s. göstərmək olar. Fərdi mütləq kəmiyyələr yekun mütləq kəmiyyətlərini əldə etmək üçün əsasdır.
Yekun mütləq kəmiyyətlər
redaktəYekun mütləq kəmiyyətlər öyrənilən statistika məcmuyunun bütün vahidlərinin həcmini, yaxud onun ayrı-ayrı qruplarının bu və ya digər əlamətlər üzrə həcmini xarakterizə edir. Yekun mütləq kəmiyyətlər əsasən müşahidə nəticəsində əldə edilmiş fərdi mütləq kəmiyyətlərin cəmlənməsi yolu ilə müəyyən edilir. Məsələn, əhalinin siyahıya alınması məlumatları əsasında müvafiq əlamətlər üzrə yekunlaşdırma aparıldıqda ayrı-ayrı rayonlar, regionlar, şəhərlər və ölkə üzrə əhalinin ümumi sayı, şəhər və kənd əhalisinin sayı, kişi və qadınların sayı və sair əlamətlər üzrə yekun mütləq kəmiyyətlər alına bilər.
Ölçü vahidləri
redaktəNatural
redaktəSosial-iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun olaraq istifadə edilən ölçü vahidlərinə natural ölçü vahidləri deyilir.natural ölçü vahidləri kimi ton, kiloqram, kvadrat metr, kub metr, mil, kilometr, litr, ədəd və sair ölçüvahidlərindən istifadə edilir.
Şərti-natural
redaktəTəcrübədə natural ölçü vahidləri ilə bərabər çox tez-tez şərti natural ölçü vahidlərindən də istifadə edilir. Keyfiyyətcə eyni məhsul müxtəlif növlərə ayrılırsa, onları ümumilikdə ifadə etmək üçün şərti natural ölçü vahidindən istifadə edilə bilər. Tutaq ki, bir sabun istehsal edən müəssisədə 40 faizli 8 min ton, 60 faizli 6 min ton, 80 faizli 4 min ton sabun istehsal edilmişdir. Çevirmə əmsalı 40 faizli sabun üçün 1,0-ə (40:40=1,0), 60 faizli sabun üçün 1,5-ə (60:40=1,5), 80 faizli sabun üçün 2,0-ə (80:40=2,0) bərabər olar. Deməli, şərti 40 faizli sabun hesabı ilə müəssisədə sabun istehsalı: 8⋅1,0 + 6 ⋅1,5 + 4 ⋅ 2,0 = 25,0 min ton təşkil etmişdir.
Kombinələşdirilmiş
redaktəBəzi hallarda sosial-iqtisadi hadisələrin həcmi iki ölçü vahidlərinin hasilişəkilində ifadə olunurlar. Məsələn, nəqliyyatda yük və sərnişin daşınması ton kilometrlə (t/km) və sərnişin-kilometrlə(s/km), elektrik enerjisi istehsalı kilovatsaatla (k/saat), işlənilmiş vaxt adam-saat, adam-gün və s. ifadə olunur. Bunlar kombinələşdirilmiş ölçü vahidləridir.
Dəyər (pul)
redaktəMüxtəlif istehlak dəyərli məhsulların birlikdə həcmini ancaq pul ölçü vahidi ilə ifadə etmək mümkündür. Məsələn əsas vədövriyyə fondlarının ümumi həcmi, milli gəlirin həcmi və s .
Əmək
redaktəBunlara adam-saat , adam gün, adam il daxil edilir. Bu ölçü vahidlərindən məhsul istehsalına sərf edilmiş əmək məsrəflərini və əmək məhsuldarlığının səviyyəsini ölçmək üçün istifadə edilir.
İstinadlar
redaktəhttps://www.facebook.com/variasiya/
S.M.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsi. Dərslik. Bakı. 2005