Mursel Bey Sahsuvarov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şahsuvarov Mürsəl bəy Adilxan bəy oğlu (19 iyun 1900, Minkənd, Zəngəzur qəzası – 6 may 1971, Bakı) — Cümhuriyyət tələbəsi, həkim, professor.
Mürsəl bəy Şahsuvarov | |
---|---|
Mürsəl bəy Adilxan bəy oğlu Şahsuvarov | |
Doğum tarixi | |
Doğum yeri | Minkənd, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Həyat yoldaşı | Marqarita xanım |
Atası | Adilxan bəy Şahsuvarov |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Münhen Universiteti |
Fəaliyyəti | alim |
Həyatı
redaktəMürsəl bəy Adilxan bəy oğlu 1900-cü ilin iyun ayının 19-da Zəngəzur qəzasının Minkənd kəndində anadan olmuşdu.
Mürsəl Şahsuvarov əvvəlcə Gəncədə, sonra isə Tiflisdə təhsil almışdır.
Arxivdə onun Tiflisdəki İmperator Aleksandrın adına gimnaziyanı bitirməsi barədə sənəd vardır.
310 saylı Kamal Şəhadətnaməsindən məlum olur ki, Şahsuvarov Mürsəl Ədilxan oğlu 1913-cü ildə Tiflis oğlan gimnaziyasına daxil olmuş və oranı 1918-ci il fevralın 18-də bitirmişdir.
1919-cu il noyabr ayının 23-də M. Şahsuvarovun Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinə ünvanladığı ərizəsində deyilir: "Sizdən xahiş edirəm ki, məni Almaniyaya Tibb İnstitutuna daxil olmaq üçün hökumət hesabına ezam edəsiniz."
Mürsəl bəy Şahsuvarov Münhen Universitetinin tibb fakültəsini uğurla bitirib… Vətənə qayıtmamışdır.
İstedadlı gənc təbibi alman həmkarları Hamburq şəhərində ixtisasına görə işlə təmin etmişlər.
O, bir neçə il Tropik Xəstəliklər İnstitutunda çalışmışdır. Gənc alim burada dissertasiya müdafiə edərək, tibb elmləri doktoru adını almışdır. Azərbaycanlı alim Hamburqda tanış olduğu alman qızı Marqarita xanımla nikah bağlayıb, ailə qurmuşdur. Otuzuncu illərdə ər-arvad Bakıya qayıtmışlar. Bakıda elmlər doktoru olan Cumhiriyyətin tələbəsinin və onun alman zövcəsinin Amerika Birləşmiş Ştatlarından gəlmiş qonağı da olarmış. Bu, Mürsəl doktorun baldızı oğlu ABŞ vətəndaşı Hüqo idi…
1937-ci ildən başlayaraq, doktor Şahsuvarovun mənzili bir daha qonaq üzü görmədi. Onu Sibirə, Maqadana on il müddətinə sürgün etdilər. Onun xanımı Marqaritanın da başı üstünü təhlükə almışdı.
Sədaqətli qadın Mürsəl bəyin məsləhətinə qulaq asaraq, bacısı oğlu ilə birlikdə Almaniyaya qayıtmalı oldu.
Professor Hans Fodelin Mürsəl bəyə etmiş olduğu bir tarixi xidməti də qeyd etməmək olmaz. 1937-ci ildə Mürsəl bəyin evində axtarış zamanı Münhen Universitetini bitirmək barədə diplomu yoxa çıxmışdı. M. Şahsuvarov Almaniyaya göndərdiyi məktublarından birində keçmiş tələbə dostundan xahiş etmişdi ki, mümkünsə, ali məktəb diplomunun surətini çıxartdıraraq Bakıya göndərsin. Alman professoru azərbaycanlı həmkarının xahişini yerinə yetirmişdi. Diplomun surəti əldə edildikdən sonra, Cumhuriyyət tələbəsi, tibb elmləri doktoru, professor Mürsəl Adilxan oğlu Şahsuvarov Bakıdakı Fuad Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanasına işə qəbul edilmişdir.
1971-ci il aprel ayının 21-də vəfat edib.
Xatirəsi
redaktə29 may 2018-ci ildə Azərbaycan Tarix Muzeyində "Şahsuvarovlar nəslindən üç varis" adlı tədbir keçirilib. Tədbirdə Mürsəl bəy Şahsuvarovla yanaşı, Nurməmməd bəy Şahsuvarov və Surxay bəy Şahsuvarovun Azərbaycan Xalq Cümhuriyyətinin həyatındakı xidmətlərindən bəhs edilib.[1]
İstinadlar
redaktə- ↑ CBC TV. "Şahsuvarovlar nəslinin üç varisinə həsr olunmuş tədbir keçirilib" (az.). Youtube.com. 30.05.2018. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-30.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Şahsuvarovlar, "Soy" dərgisi, № 3 (11), 2008.