Mursud Memmedov Hekim - Wikipedia
Məmmədov Mürşüd Cabbar oğlu (10.3.1931—21.5.2017) - həkim.professor
MÜRŞÜD CABBAR OĞLU MƏMMƏDOV | |
---|---|
Mürşüd Cabbar oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Zəngilan r-nu |
Vəfat tarixi | (86 yaşında) |
Dəfn yeri | Baki şəh. |
İxtisası | Həkim.Tibb üzrə Elmlər doktoru.Professor.Tibb xidməti Polkovniki |
Fəaliyyəti | həkim |
Fəaliyyət illəri | 1954-2010 |
Həyatı
redaktəProfessor Mürşüd Məmmədov 1931-cı ildə Zəngilan rayonunda anadan olmuşdur.1956-cı ildə Kuybışev şəhərində Hərbi Tibb Akademiyasını qızıl medalla bitirmişdir.
1954-1980-cı illərdə SSRİ silahlı qüvvələri sırasında hərbi qulluqda olmuş və polkovnik rütbəsinədək yüksəlmişdir.
1971-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi adını almışdır.
1981-1984-cü illərdə Bakı şəhəri Semaşko adına 1 saylı kliniki xəstəxanasının baş həkimi işləmişdir. Oftalmologiya sahəsində 1960-cu ildən işləyir.
Professor adına layıq görülmüşdür. 83 elmi əsəri, o cümlədən 1 metodik tövsiyəsi, 7 səmərələşdirici təklifi və 2 müəlliflik şəhadətnaməsi vardır.
1984-1988-ci ilə kimi institutun elmi informasiya şöbəsinin müdiri vəzifəsini tutmuşdur.
1988-2013-cu ilə qədər uşaq və yeniyetmələrdə görmənin mühafizəsi şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
1972-ci ildən SSRİ Səhiyyə əlaçısı döş nişanı, 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Mürşüd Məmmədov 21 may 2017-ci il tarixdə dünyasını dəyişmişdir.-3 övladı, 6 nevesi var
Xarici keçidlər
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |