Munke Xaqanin Sikkeleri - Wikipedia
Münke xaqanın sikkələri - Monqol imperatoru Münke xaqanın hakimiyyəti illərində (1251 – 1259)dövriyyədə olan pul sikkələri.
Ümumi məlumat
redaktəAMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan,Monqol imperatoru Munqke qaan (1251 – 1259) dövrünə aid Təbriz dirhəmləri XIII əsrin I yarısına dair Azərbaycan zərbxanaları,eləcə də, həmin dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir [1].
Səciyyəvi xüsusisiyyətləri
redaktəÜst tərəfinə altıguşəli sikkə möhüründə “qaan əl-adil” (ədalətli qaan), arxa tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri qəməri təqvimi ilə zərb ili olan bu sikkələrin zərbi, bəzi fasilələrlə, hicri 683 = 1284-cü ilədək davam etmişdir. Şəkil 1. NF 7935. Çingizilər. Təbriz, 652 = 1254 - 1255, d – 24-25 mm, 2,48 q
Şəkil 2. NF 10890. Çingizilər. Təbriz, d – 24 mm, 2,6 q (“həzə dinar” – “bu dinar” sözləri ilə)
Tapılma yerləri
redaktəAzərbaycan Respublikası ərazisində aşkarlanan numizmatik tapıntılar, Çingizilər dövründə Təbriz, Gəncə, Laçın, Beyləqan, Kiran (Naxçıvan MR, Ordubadda yaşayış yeri) və d. zərbxanaların fəaliyyətini təsdiq edir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu inventar NF 7935. Çingizilər. Təbriz,Zərb ili 652 = 1254 - 1255, diametr 24-25 mm,çəki - 2,48 q