Mudafie Senayesi Teskilati - Wikipedia
Müdafiə Sənayesi Təşkilatı (MST), əsas vəzifəsi İran İslam Respublikasının Silahlı Qüvvələrini lazımi istehsal gücü və texniki qabiliyyətlərlə təmin etmək olan və İran İslam Respublikası tərəfindən idarə olunan şirkətlər birliyidir. Son illərdə MST, İrana silah ixracatçısı olma imkanı verən ixrac yönümlü fəaliyyətə başlamışdır.
Müdafiə Sənayesi Təşkilatı | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | dövlətə məxsus müəssisə |
Sənaye | silah sənayesi[d] |
Məhsulları | Hərbi sualtı gəmi, artilleriya |
Təsis tarixi | 1981 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
mod.gov.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktə1963-cü ilə qədər İran hərbi sənayesi bir sıra müstəqil fabriklərdən ibarət idi. İranın hərbi sənayesi İranın son şahı Məhəmməd Rza Pəhləvi dövründə dünyaya gəlmişdir. 1973-cü ildə İran Elektronika Sənayesi (İES) xaricdən tədarük edilən silahların yığılması və təmiri üçün göstərilən səyləri birləşdirmək üçün qurulmuşdur.[1][2] İslam inqilabından əvvəl İran silahlarının çoxunu ABŞ və Avropadan idxal edirdi. 1971–1975-ci illər arasında Şah silahlanma çılğınlığına başladı və yalnız ABŞ-dən 8 milyard dollarlıq silah sifariş etdi. Bu ABŞ-də bir çoxlarını həyəcanlandırdı və 1976-cı ildə silah ixracatı haqqında 1968-ci il qanununu gücləndirdi və onu Silah İxracatına Nəzarət Qanunu olaraq yenidən adlandırdılar. Yenə də ABŞ 1979-cu il İslam İnqilabına qədər İrana böyük miqdarlarda silahlar satmağa davam etmişdir.[3]
İranın hərbi potensialını yenidən qurmaq üçün ilk cəhdini edən Məhəmməd Rza Şah Hərbi Sənaye Təşkilatının (HST) yaradılmasına əmr verdi. Hərbi Nazirliyin bir qolu olaraq fəaliyyət göstərən HST, İran daxilindəki bütün hərbi təyinatlı istehsallara nəzarət etməli idi. Növbəti on beş ildə hərbi fabriklər atıcı silahlar və onlqtuby sursatlarını, batareyalar, təkərlər, mis məhsulları, partlayıcı maddələr, minaatan mərmiləri, alışdırıcılar istehsal etdi. Qərbi Almaniyanın lisenziyası ilə avtomatlar və pulemyotlar da istehsal etdilər. Bundan əlavə, texniki bilikləri İrana ötürmək üçün vertolyotlar, ciplər, yük maşınları və qoşqular idxal olunan dəstlərdən yığılmışdır. Əlavə olaraq, təşkilat tədqiqat və inkişaf etdirmə vəzifəsi almış və 1979-cu ildə bir sıra Sovet istehsalı olan RPG-7, BM-21 və SAM-7 raketlərinin tərsinə mühəndisliyinə təşəbbüs göstərmişdir.[4]
İran İnqilabı HST-nin bütün hərbi fəaliyyətlərini dayandırdı. Zamanın sarsıntılarından əziyyət çəkən HST xarici mütəxəssislər və texniklər olmadan işləyə bilməyən bir vəziyyətə gəldi; 1981-ci ilə qədər sənaye obyektləri üzərindəki idarəetmə qabiliyyətini və nəzarətini itirmişdi.
1980-ci ildə İran-İraq müharibəsinin başlanması və Qərbin silah embarqosu, HST-nin fəaliyyətini yenidən təşkil etməsi üçün böyük bir katalizator rolunu oynadı. 1981-ci ilin sonlarında İranın yeni inqilabi hökuməti HST-nin dağınıq hissələrini bir araya gətirərək Müdafiə Sənayesi Təşkilatının tabeliyinə verdi. MST bu andan etibarən bütün istehsal, tədqiqat və inkişafa nəzarət edəcəkdi.[5]
Yerli hərbi sənayenin yenidən təşkil edilməsi işi İslam İnqilabı Keşikçiləri Korpusuna həvalə edildi. Onların rəhbərliyi ilə İranın hərbi sənayesi kəskin şəkildə genişləndirildi və Müdafiə Nazirliyinin raket sənayesinə sərmayə ayırması ilə İran tezliklə böyük bir döyüş raketi cəbbəxanasına sahib oldu.[6]
Əməliyyatlar
redaktə1987-ci ilə kimi MST qarışıq mülki-hərbi idarə heyəti və həqiqi idarəetmə və planlaşdırma fəaliyyətlərindən məsul olan idarəedici direktor tərəfindən idarə olunurdu. MST müdiri maddi-texniki təminat üzrə müdafiə nazirinin müavininə cavabdeh olmasına baxmayaraq, İran prezidenti, SDC sədri kimi bütün MST əməliyyatları üçün son məsuliyyəti daşıyan insan idi.
1992-ci ildən bəri öz tanklarını, zirehli nəqliyyat vasitələrini, raketlərini, sualtı qayıqlarını və qırıcı təyyarələrini istehsal edir.[7]
Bu gün MST-nin 35 mindən çox əməkdaşı var ki, bunların 30% -i universitet məzunlarıdır. Həm də İranın əhəmiyyətli hərbi sənayesini idarə edən əsas təşkilatdır.
2007-ci ildə İranın Nüvə Proqramında baş verən hadisələrdən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İrana qarşı hər cür silah ixracını qadağan edən sanksiyalar tətbiq etmişdir.[8]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Archived copy". 2007-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-07-20.
- ↑ "NTI: Country Overviews: Iran: Missile Chronology". June 18, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 11, 2014.
- ↑ A Code of Conduct for Weapons Sales Video Transcript Arxiv surəti 8 mart 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib mart 8, 2006, at the Wayback Machine
- ↑ NTI: Country Overviews: Iran: Missile Chronology nti.org
- ↑ "Defense Industries Organization (DIO) - Iran Special Weapons Agencies". www.globalsecurity.org. 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- ↑ Dar Al Hayat Arxiv surəti 23 iyun 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyun 23, 2006, at the Wayback Machine
- ↑ "FOXNews.com - Iran Launches Production of Stealth Sub - U.S. & World". 2011-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-07-20.
- ↑ [1] [ölü keçid]