Mubahile Gunu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Zilhiccə ayında nəfsini saflaşdıran, tövbə və bağışlanma diləyən, Allahın dərgahına üz tutan, rəhmət və bərəkət istəyən insanlar üçün həqiqətdə bir fövqəl imkanlar vardır. İnsanlara Allah-Taala fövqəl imkanlar tanımışdı bu ayda ki, onlar Həcc ziyarətinin bərəkətindən faydalansınlar, mübarək ayın ilk 9 gününü oruc tutsunlar, Qurban bayramında qurbanlar kəsib Onun (Allah-Taalanın) yolunda imkansız, fəqir kimsələrə paylasınlar və həmçinin, Qədiri-Xum bayramını qeyd edib həmin günün əməllərini yerinə yetirsinlər.
Əhli-Beytdən (ə) dərslər
redaktəAmma, burada bir məqam da, var və o da, budur ki, bu mübarək ayın əlamətdarlıqları təkcə Həcc ziyarəti, Qurbanlıq, Qədiri-Xum bayramları ilə məhdudlaşmır. Doğrudur ki, çoxları tərəfindən belə bilinir ki, bu ay Həcc ayıdır, iki bayram – Qurbanlıq və Qədiri-Xum bayramları var bu ayda, Qurban bayramınadək oruc tutmaq müstəhəbdir bu ayda, Qədiri-Xum bayramının içində ibadətlər var və həm də, bu ayın müəyyən günlərində müəyyən əməllər var ki, onları yerinə yetirməyin savabı var. Amma, bu ayda sair əlamətdar və tarixi hadisələrin də baş verdiyini bilmək bir müsəlman olaraq vəzifəmizdir. Xüsusilə, bu hadisələrin Peyğəmbər (s) ailəsinin mübarək əməl və rəftarı ilə birbaşa bağlantısı olduqda, onları öyrənməmək, araşdırmamaq zərərinə olur insanın. Çünki elə bir kəs tapmaq olmaz ki, Peyğəmbər (s) ailəsinin rəftar və əməlləri, ona (həmin kəsə) yol göstərməsin, ona ibrət olmasın!
Məsələn, dini mətnlərdə qeyd olunmuşdur ki, bu ayın 24-cü günü, bir dilənçi Peyğəmbər məscidinə daxil olub oradakıların ona yardım etməsini istəyir. Heç kim yardım etmədiyi halda, Əli (ə) namazda ruku halında ikən barmağındakı üzüyü həmin ehtiyaclı kimsəyə verir. Əlbəttə ki, məşhur tarixi hadisədir bu. Hətta, Həzrətin (ə) fəzilətlərindən biridir bu. Həzrətin (ə) üstünlüklərindən danışarkən, bu hadisə dəlil gətirilir. Quranda da bu haqda ayə var. Maidə surəsinin 55-ci ayəsində buyurulur: "Sizin rəhbəriniz yalnız Allah, Onun peyğəmbəri və namazı bərpa edib rüku halında zəkat verən möminlərdir."
Həmçinin, həmin gün və ya Zilhiccə ayının 25-i İnsan surəsinin endirildiyi gündür. Məlum surənin 5–22 ayələri Əhli-beytdən (ə) bəhs edir. Bu ona görə endirilmişdir ki, Əhli-Beyt (ə) öz təamını bir gün miskinə, bir gün yetimə və növbəti gün əsirə vermiş və özləri həmin günlərdə oruc tutmuş, su ilə iftar etmişlər. Həm də, özləri ehtiyaclı olduqları halda. Bu ayələrin birində bu ibrətlik səhnə belə işıqlandırılır: "Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.". (İnsan surəsi, 8) Zahirən bu hadisələr adi görünə bilər. Əl tutmağın bir növü, sədəqə vermənin bir üsulu hesab edilə bilər. Amma, belə deyil!
Əvvələn, bilmək lazımdır ki, bu əməllər insanları Allah yolunda infaq etməyə çağırır, Allah üçün sədəqə verməyə dəvət edir, imkanları Allah yolunda sərf etməyi öyrədir insanlara. İnsanın paklığıdır bu, ixlas — xalislik var bu əməldə. Nəfsə qarşı cihad və bu cihadda qalib gəlməklik var bu əməldə. Dünya malını bir bütə çevirən kimsələrə dərs verir, zahidlik təqdim edir, zöhdü insanlara göstərir Əhli-beyt (ə). Bu kifayətdir həmin günün əlamətdarlığına ki, Quran bəhs etmişdir bu haqda. Quran anlatmışdır bu hadisələri və insanlar örnək götürməlidirlər özləri üçün. Əhli-beytin (ə) şəninə Allah-Təalanın endirdiyi bu və digər ayələr Peyğəmbər (s) ailəsinin üstünlüklərindən, fəzilətlərindən, Allah dərgahındakı məqamından, möminlərə bir örnək, bir ülgü olmasından söz açır.
Haqqın batilə qalib gəldiyi gün
redaktəZilhiccə ayının mübarək günlərindən biri də, Mübahilə günüdür. Ayın 24-cü günü olan bu gün bir neçə cəhətdən digər günlərdən üstünlüyə malikdir. Belə ki, digər günlər Əhli-beytin (ə) fədakarlığı, ixlası, təqvası, fəziləti ilə bağlıdırsa, Mübahilə günü həm də, əlavə olaraq, İslamın qələbəsi ilə səciyyəlidir və əlamətdarlıq tapır. Bu gündə İslamın haqq din olduğu, Peyğəmbərin (s) haqq olaraq göndərildiyi bir daha həm müsəlmanlara və həm də, Nəcran məsihilərinə sübut olunub. Bu gün, həm də, Peyğəmbər (s) Əhli-beytinin (ə) kimlərdən ibarət olduğu aşkarlandı bir daha. Onların (Əhli-beytin (ə)) mübarəkliyi, üstünlüyü, məqam və mənziləti, imanı, Peyğəmbərdən (s) sonra rəhbərliyə onların layiq olduğu bir daha aşkarlandı. Həmçinin, Quranda bir ayə vardır ki, bu günü xatırladır, bu günün hadisəsini xatırladır, İslamın, Peyğəmbərin (s), Əhli-beytin (ə) haqq olduğunu təsdiqləyir.
Həmin ayə Ali-İmran surəsinin 61-ci ayəsidir ki, bu ayəni zikr etməzdən əvvəl, zəruridir ki, bu gündə hansı hadisənin baş verdiyini nəzərdən keçirək. Tarixdə qeyd olunur ki, hicri 10-cu ildə, Həzrət Peyğəmbərlə (s) mübahisə etmək üçün, Nəcran məsihiləri öz böyüklərindən və alimlərindən ibarət bir heyəti Mədinəyə göndərir. Bu heyət Həzrətlə (s) mübahisə edir və tutarlı dəlillərlə, aşkar höccətlərlə üzləşmələrinə baxmayaraq, yenə də, İslamın haqq din olduğunu, Peyğəmbər (s) peyğəmbərliyini qəbul etmirdilər. Həzrət İsanın (ə) Allahın oğlu deyil, bir peyğəmbər olduğunu qəbul etmirdilər. Nəhayət, ayə nazil olur Peyğəmbərə (s): "(İsanın haqqında) sənə göndərilən elmdən sonra, (yenə də) səninlə mübahisə edənlər olsa, onlara de ki: "gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə (qarğış) edib yalançılara Allahın lənət etməsini istəyək!". (Ali-İmran surəsu, 61)
Peyğəmbər (s) bu təklifi məsihilərə verdikdə, onlar möhlət istədilər Peyğəmbərdən (s) ki, bu haqda bir qədər fikirləşsinlər. Beləliklə də, onlar bu qərara gəldilər ki, əgər, Peyğəmbər bir ordu ilə gəlsə, deməli, dedikləri əsassız və həqiqətəuyğun deyil! Yox əgər, az sayda insanla gəlsə, o Həzrətlə (s) mübahilədən çəkinsinlər. Və onlar gördülər ki, təyin olunmuş vaxtda mübahilə məhəllinə Həzrət Peyğəmbər (s) iki uşaqla, bir gənclə və bir qadınla gəlir. Hər iki məzhəbin alimləri bildirirlər ki, ayədəki "oğlanlarımız" kəlməsindən məqsəd Həsən (ə) və Huseyn (ə), "qadınlarımız" kəlməsindən məqsəd Xanım Fatimeyi-Zəhra (s.ə.), Peyğəmbərin (s) özü kimi təqdim edilən şəxs isə – Həzrət Əlidir (ə). Yəni, Nəbiyyi-Əkrəm (s) bu mübarək insanları özüylə mübahilə etməyə — kafirləri nifrin etməyə aparmışdır.
Dinin təmsilçiləri
redaktəHər iki məzhəbin alimləri ittifaq etmişlər bu məsələ üzərində ki, həqiqətən də, Peyğəmbərlə (s) mübahiləyə gedənlər Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Huseyn (ə) olmuşdur. Bunlar həmin insanlardır ki, "Təthir" ayəsi onların haqqında enib və Peyğəmbər (s) bu insanları öz əbası altına alaraq "Allahım, bunlar mənim Əhli-Beytimdir" buyurmuşdur. Vəhy bu insanların evinə nazil olmuşdur. "Təthir" ayəsinin çatdırışına əsasən, hər növ günah və xətadan pak insanlardır bunlar.
Həzrət Əli (ə) haqqında bir incəliyə diqqət yetirək. İslami döyüşlərdə Əlinin (ə) gücü, şücaəti, fədailiyi, məğlubedilməzliyi İslam tarixində məşhurdur. Əmr ibni Əbdüvədi, Mərhəbi, Harisi cəhənnəmə vasil etmişdi Həzrət Əli (ə). Cihadlardakı nailiyyətləri dillərdə əzbər olmuş Əli (ə), kafirlərin ordusu ilə mübahilə etmək üçün gəlməyə bilərdimi?! Güclü imanı, vəsfəsığmaz təqvası, bu səfər Əlini (ə) qılıncsız, gətirmişdi döyüşə.
Bir vaxt məlum səbəblər üzündən İslamın xilası üçün sülhün zəruri olduğunu görüb düşmənlə bəzi şərtlər əsasında saziş bağlayacaq şəxs – İmam Həsən (ə) həmin gün 7 yaşında, 50 il sonra İslamın dirçəlişi üçün, zülmə boyun əyməyib etiraz səsini ucaldan, sonrakı nəsillər üçün məktəb qoyub gedən, fədailərini, 6 aylıq körpəsini və öz canını Allah yolunda qurban verən Huseyn (ə) isə 6 yaşında idi. Onlar İslam dinini təmsil edirdilər. Mübarək dinin təmsilçiləri idilər. Allahın ordusunu təşkil edən 5 kimsədən ikisi idilər.
Halbuki, Peyğəmbərdən (s) sonra qədri bilinmədi bu insanların, sahib çıxmadılar, ehtiramını qorumadılar bu insanların. Layiq olmayanlar vəzifə və məqam iddiası etdilər. Haqqı tapdalandı, zülm edildi Əhli-beytə (ə). Allahın ordusunun qüdrəti olan Əhli-Beytə (ə). Mübahilə gününün qəhrəmanları olan Əhli-beytə (ə). Hansı ki, Əli (ə) Peyğəmbərin (s) özü kimi qələmə verilir bu ayədə. Həsən (ə) və Huseyn (ə) cənnət cavanlarının ağasıdır. Fatimə (s.ə.) cənnət xanımlarının ən üstünü, dünya xanımlarının ən fəzilətlisidir. Bir məqama sahibdirlər ki, onları incidənlər Peyğəmbəri (s), Peyğəmbəri də, incidənlər Allahı incitmiş sayılırlar.
Nəcranlıların etirafları
redaktəBu insanların üstünlüklərini, yüksək məqamlarını, Allaha olan bağlılıqlarını biz Nəcran məsihilərinin dilindən də eşidirik. Müxaliflər etiraf edir Əhli-Beytin (ə) əzəmətini, məqamını. İlk öncə Peyğəmbərin (s) mübarək kəlamına diqqət edək; "Mən dua edim, siz "amin" deyin." İndi isə, nəcranlıların başçısının etirafına baxaq; "Ey məsihilər! Mən elə nurlu çöhrələr görürəm ki, əgər, onlar Allahdan bir dağın məhv olmasını istəsələr, Allah bunu edər. Əgər, onlarla mübahilə etsəniz həlak olarsınız və yer üzündə bircə nəfər belə məsihi qalmaz!".
Peyğəmbərin (s) duası və Əhli-beytin (ə) "amin" deməsi və nəticədə nəcranlıların məhvi qaçılmazdır. Amma, sonuc olaraq məsihilər mübahilə etməkdən imtina edir və məğlub olurlar. Vergi verməklə İslam dövlətinin himayəsində və öz dinlərində qalırlar. Halbuki, bir qoşunla gəlsəydi Peyğəmbər (s), məsihilər aralarında sözləşmişdilər ki, belə olan halda, bu insan haqsızdır ki, üzərimizə qoşun gətirib. Amma, bir gəncin, iki uşağın, bir qadının əzəmət və heybəti məsihiləri vahimələndirir və onlar bu mübarək insanların nifrini nəticəsində həlakətə düçar olacaqlarını anlayırlar.
Məlum hadisə hansı məsələlərə aydınlıq gətirir?
redaktəBu barədə bəhs edərkən bəzi məsələlər ortaya çıxdı, bəzi məqamlara toxunmuş olduq. "Mübahilə" olayı bizə çox şey izah edir. Çox məsələlər bəyan olunur bu haqda danışarkən. Gəlin bu tarixi hadisədən hansı ibrətlərin olduğunu nəzərdən keçirməyə çalışaq;
Bu hadisə İslamın haqq din olduğunu, Peyğəmbərin (s) haqq peyğəmbər olduğunu bir daha təsdiqlədi və məsihilər də, bunu etiraf etdilər.
Peyğəmbərin (s) Əhli-Beyti (ə) Əli (ə) Fatimə (s.ə), Həsən (ə) və Huseyndən (ə) ibarətdir, hansı ki, onlar "Ali-əba"dır, "Kəsa" əhlidir, "Təthir" əshabıdır.
Əhli-Beyt (ə) imanın, təqvanın ən yüksək mərtəbəsində qərar tutmuş kimsələrdir. Onlar Allahın izzətli bəndələridir, uca məqam və mənzilətə sahibdirlər. Belə olmasaydı, Peyğəmbər (s) bu ciddi və mühüm mücadiləyə onları aparmazdı.
Əhli-beyt (ə) Allah dininin (İslamın) təmsilçiləri, Allah ordusunun qüdrəti, "Mübahilə" gününün qəhrəmanlarıdır.
"Mübahilə" günü, müsəlmanlar növbəti qələbəni bayram etdilər və bu gün haqqın batilə qalib gəldiyi gündür.
Bu hadisə ilə bağlı Quranda eyniadlı bir ayə vardır ki, bu hadisəni daha da, rövnəqləndirir.
İslam dini icazə verir ki, qeyri-müsəlmanlar, İslamı qəbul etməsələr də, vergi ödəməklə İslam dövlətinin himayəsində "zimmə" kimi yaşaya bilərlər. Bəzilərinin düşündüyü kimi, Peyğəmbər (s) heç kimsəni zorla dinə gətirmir. Və İslamın mübarək məntiqinə görə, bu zatən mümkün də deyil…
İslam qadına böyük dəyər verir və bu əhəmiyyətli mübahisəyə Həzrət Peyğəmbərlə (s) birgə əziz qızı da, gəlmişdi.
Əli (ə) — Peyğəmbərin (s) özü, Həsən (ə) və Huseyn (ə) isə o Həzrətin (s) övladları hesab edilir.
Peyğəmbər (s) və Əhli-beyti (ə) dinlərinin haqq din olduğunu yəqin etmiş və çox əminliklə düşmənlərlə lənətləşməyə gəlmişdilər. Bu da, o həzrətlərin haqlı olduqlarını, mərifət və bəsirət sahibi olmalarına dəlalət edir.