Muaviye Ibn Sehl - Wikipedia
Müaviyə_ibn_Səhl - Haqqında Məlumat
Bu məqalə Hovannes ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Müaviyə — Albaniya knyazı və Səhl ibn Sunbatın oğlu. 837-ci ildə Babəkin qardaşı Abdullanı ərəblərə təslim etdiyi üçün ona yüz min dirhəm mükafat verilmişdir (eyni vaxtda atası Səhl isə Babəkin özünü ərəblərə təslim etdiyi üçün bir milyon dirhəm və başqa mükafatlar almışdır)[1].
Müaviyə | |
---|---|
Şəxsi məlumatlar | |
Atası | Səhl ibn Sunbat |
Dini | xristian |
Mənbələrdə 854-cü ildə Buğa əl-Kəbir tərəfindən tutularaq Samirəyə göndərilmiş yerli hakimlərin adları sırasında "Arran patriki Müaviyə ibn Səhl ibn Sumbat"nın da adı çəkilir[2][3], lakin digər bir mənbədə Samirəyə göndərilənlərin adları arasında Müaviyənin adı yoxdur, əvəzində atası Səhlin adı var[4].
Bəzi müasir erməni tədqiqatçıları Müaviyəni Xaçın knyazı hesab edirlər və Albaniya knyazı Hovannes ilə eyniləşdirməyə cəhd edirlər[5][6]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Bünyadov Ziya, Azərbaycan VII–IX əsrlərdə, səh.238, 441, 444.
- ↑ Bünyadov Ziya, Azərbaycan VII–IX əsrlərdə, səh.245
- ↑ "Материалы по истории Азербайджана из Тарих-ал-камиль (полного свода истории) Ибн-ал-Асира. Баку. АзФан. 1940". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-23.
- ↑ C. Dowsett. A Neglected Passage in the "History of Albanians".— Bulletin of the School of Oriental and African Studies —University of London, V. 19, No. 3, 1957 — p. 463 ("Among theprisoners captured by Boga al Kabir in 854 John Catalicos and Tovma Arcrunimention three Albanian princes: Atrnerseh, lord of Xacen, Sahl son of Smbat, lord of Sake, and Esay Abu Muse, lord of Ktis in Arcax
- ↑ Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 55–56
- ↑ "Степан Хасан-Джалалян (Ереван), магистр политологии". 2019-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-23.