Muezziler Sulalesi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Müəzzilər sülaləsi və ya Məmlüklər sülaləsi 1206-cı ildən 1290-cı ilədək Dehlidə hökmranlıq etmiş türk sülaləsi. Dövlətin qurucusu Qütbəddin Aybəkdir. O, Qurlular dövlətinin Hindistanda valisi idi. Onun süzereni Məhəmməd Qurlu varissiz vəfat edincə Aybək siyasi rəqiblərini sıradan çıxarıb idarəni əlinə aldı. Öncə Lahoru paytaxt etdi. Sonra Qütb kompleksini inşaatına başladı. Bir az sonra Dehli şəhərini dövləti üçün mərkəz seçdi.
Tarixi
redaktəHindistanda Məmlük Türk dövlətini quran sərkərdənin adı da Aybək idi və o da Qıpçaq türklərindən idi. Misirdə necə çox türk Məmlükləri toplanmışdısa, Hindistanda da o cür idarəetməni ələ alacaq vəziyyətə gəlmişdilər. Qütbəddin Aybək Qurlu dövlətinin hökmdarı Məhəmmədin sərkərdəsi idi və bu hökmdar tərəfindən Dehli valisi təyin edilmişdi. Daha sonra "məlik" adını da verərək Hindistandakı geniş torpaqların hakimiyyətini ona tapşırmışdı. Aybəg dalbadal zəfərlər qazandı və hakimiyyəti altındakı torpaqları genişlətdi. Sultan Müiziddin Məhəmməd öldükdən sonra Aybəg onun yerinə taxta çıxdı (1206. il). Sultan Məhəmməd onu mənəvi övladı və vəliəhd elan etmişdi.
Sultan olan Qütbəddin Aybək qüvvətli bir Türk milliyətçisi idi. Müsəlmanlığı Hindistanda geniş ərazidə yaymış, Türk dilini də yaymaq üçün qeyrət göstərmişdi. Türk dilini bəyənməyən hindli məmurları sıxışdırır, onları Türkcə öyrənməyə məcbur edirdi. Yaxşı bir idarə sistemi quran bu qüdrətli sultanı təbəəsi də sevirdi. Ancaq yazıq ki, hakimiyyəti qısa sürdü. Yaşının çox olmasına baxmayaraq çovqan oynamaq istəmiş və atdan yıxılaraq ölmüşdü (1210-cu il).
Aybəkin oğlu yoxdu, üç qızı vardı. Kürəkənlərindən Şəmsəddin Eltutmuş Bədavun şəhərində, ikinci kürəkəni Kabaçı Uc şəhərində, onun təyin etdiyi Kaymaz isə Benqalda vali idilər. Taxta kürəkəni Eltutmuş çıxdı və onunla başlayan yeni xanədana "Şəmsiyyə xanədanı" deyildi (1210. il). Şəmsiyyə xanədanı 56 il hökm sürdü. El-Tutmuş da Türk idi və qayınatasının siyasətini davam etdirdi. Pəncabın böyük bir hissəsini, Multanı, Lahoru, Qəznəyə qədər olan geniş bir bölgəni torpaqlarına qatdı. Bu hökmdar Monqollara görə öz ölkələrini tərk edən çoxlu Türk topluluqlarını öz ölkəsinə qəbul edərək Şimali Hindistanda Türklərin sayını artırdı və beləliklə Şimali Hindistanda Türk mədəni həyatını davam etdirdi. El-Tutmuşu Abbasi Xəlifəsi də "Hindistan sultanı" kimi tanımışdı.
Müəzzilər sülaləsi
redaktəMüəzzilər sülaləsi 1206-cı ildən 1290-cı ilədək Dehlidə hökmüranlıq etmiş türk xanədanıdır. Bəzi ədəbiyyatda bu sülalə Qulamşahlar da adlanır.
- Sultan Qütbəddin Aybək (1206–1210)
- Sultan Aram şah (1210–1211)
- Sultan Şəmsəddin El-Tutmuş (1211–1236)
- Sultan Rüknəddin Firuz (1236)
- Sultan Raziyə bəyim (1236–1240)
- Sultan Müəzzəddin Bəhram (1240–1242)
- Sultan Əlaəddin Məsud (1242–1246)
- Sultan Nasirəddin Mahmud (1246–1266)
- Sultan Qıyasəddin Balaban (1266–1286)
- Sultan Müəzzəddin Keyqubad (1286–1290)
- Sultan Kəyumərs (1290)
Mənbə
redaktə- Majumdar, R. C. (ed.), The History and Culture of the Indian People, Cilt VI,
- The Delhi Sultanate, (Bombay) 1960; Cilt VII, The Mughal Empire, (Bombay) 1973.
- Jamila Brijbhushan, Sultan Raziya, Her Life and Times: A Reappraisal, South Asia Books (1990) ISBN 8185425094
- John McLeod (2002). The History of India. Greenwood Press. sayfa 35