Musteba Eliyev - Wikipedia
Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev d. 1954, Ağdam; ö. 26 avqust, 2017, Bakı) — tədqiqatçı-jurnalist
Müştəba Əliyev | |
---|---|
Müştəba İsmayıl oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam rayonu |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | jurnalist |
Tanınır | tədqiqatçı-jurnalist |
Mükafatları | "Tərəqqi" medalı (2005) |
Bioqrafiya
redaktəMüştəba Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur.
1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin 1 illik fars-dili kurslarını əla qiymətlərlə bitirib diplom və sertifikat almışdır. 1977-1997-ci illərdə “Azərbaycan məktəbi” jurnalında, “Sovet kəndi” (sonrakı adları “Həyat”, “Bərəkət”), “''Ədalət''” qəzetlərində müxtəlif vəzifələrdə işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1997-ci ildən 2010-cu ilədək “Əlillər” (əvvəlki adı “Vətən uğrunda”) qəzetinin baş redaktoru olmuşdur.
2005-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2004-cü ildən 2012-ci ilədək Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri işləmişdir. Ərəb qrafikalı mətbuatımızın latın qrafikasına transliterasiyası ilə məşğul olub.
Vəfatı
redaktəMüştəba İsmayıl oğlu Əliyev 26 avqust 2017-ci ildə Bakı şəhərində dünyasını dəyişib. [1]
İstinadlar
redaktə- ↑ "Mətbuat Şurası jurnalist Müştəba Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-02.