Movsum Semedov - Wikipedia
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.).[1][3]
Mövsüm Səmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 sentyabr 1966 (58 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
Azərbaycan Tibb Universiteti[1][3] Qum Elmi Mərkəzi[1][3] |
İxtisası | Tibb, Fiqh |
Fəaliyyəti | Siyasətçi |
Atası | Mərdan Səmədov[1][2] |
Həyat yoldaşı | Mehparə Səmədova[1] |
Uşaqları |
4 uşaq qızları: Zəhra Səmədova[1] |
Dini | İslam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Tibb[1] |
Tanınır | Siyasətçi, İlahiyyatçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub.[1][3][4]
1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir.[1][3][4]
1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır.[1]
Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb.[1][4]
1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır.[1][3][4]
Ailəsi
redaktəM. Səmədov Mehparə Səmədova ilə ailəlidir.[1] 4 uşağı: Zəhra Səmədova adlı bir qızı var.[1][5][6]
Həyat yoldaşı Mehparə Səmədova İranın Ali Rəhbəri Əli Xameneinin sədrliyi ilə 2012-ci ilin iyul ayının 11-də "İslami oyanış və qadınlar" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmiş və qızları Zəhra Səmədovanın fars dilində Xameneiyə ithaf etdiyi şeiri oxumuşdur.[7]
İctimai-siyasi fəaliyyəti
redaktəMövsüm Səmədov 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən Azərbaycan Milli Azadlıq Hərəkatının iştirakçısı idi. O, 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuş və bununla da siyasi fəaliyyətə başlamışdır.
1993-cü ildə Azərbaycan Xalq Cəbhəsi üzvlüyündən istefa verərək Azərbaycan İslam Partiyasına üzv olmuşdur. Qum Elmi Mərkəzindəki təhsilini başa vurduqdan sonra, yəni 2002-ci ilin fevral ayında Azərbaycana geri dönmüş və Azərbaycan İslam Partiyasının idarəçiliyində iştirak etməyə başlamışdır. 2002–2007-ci illərdə Azərbaycan İslam Partiyası Quba rayon təşkilatının sədri, 2007-ci ildə isə partiya qurultayında partiya sədri seçilmişdir.[1][3]
Həbsi
redaktəMövsüm Səmədov 2 yanvar 2011-ci ildə Azərbaycan İslam Partiyasının Baş Məclisinin toplantısında insan hüquqları, korrupsiya və rüşvət halları, Qarabağ probleminin həlli, İslama və İslamçılara təzyiq, hicab qadağası, İslamofobiya ilə bağlı hakimiyyətin siyasətini tənqid etmişdir.[4][8] Bu hadisədən 5 gün sonra: 7 yanvar 2011-ci ildə işdən evə qayıdarkən yol-hərəkət qaydalarını pozması iddiası ilə saxlanılmış və polisə tabe olmamaqda təqsirli bilinərək 13 sutka inzibati həbsə məhkum edilmişdir. 13 sutkalıq həbs cəzası 20 yanvar 2011-ci il tarixində bitmiş və bu müddətdə o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmışdır. 20 yanvar 2011-ci ildə M. Səmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1; 214.2.3; 228.3 və 278 maddələri üzrə ittiham irəli sürülmüş[9] və Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçmişdir.[10] AİP M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirmişdir.[11][12]
24 yanvar 2011-ci ildə Azərbaycan İslam Partiyasının Baş Məclisinin toplantısı keçirilmiş və partiya nizamnaməsinə əsasən, həbsdə olan Mövsüm Səmədovun sədrlik funksiyası onun birinci müavini Elçin Manafova verilmişdir.[10]
Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli qərarı ilə M. Səmədov ittiham olunduğu müddəalar üzrə 12 il azadlıqdan məhrum edilmişdir[13].
M. Səmədov məhkəmənin hökmündən sonra Bakı şəhər 11 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Burada bir neçə dəfə "kars"a salınıb. 18 sentyabr 2014-cü ildə səbəb göstərilmədən Bakı şəhəri 12 saylı cəzaçəkmə müəssisəsinə istiqamətləndirilmişdir. Burada əvvəl 5, daha sonra 7 sutkalıq "kars"a salınıb. Bakı şəhəri 11 saylı cəzaçəkmə müəssisəsinin rəhbərinin iddiası əsasında 9 oktyabr 2014-cü il tarixində Qaradağ Rayon Məhkəməsi M. Səmədov barəsində 2 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı qərar çıxarmışdır.[14] Vəkili A. Qasımlı tərəfindən Qaradağ məhkəməsinin qərarından apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti əsasında 24 noyabr 2014-cü ildə keçirilən məhkəmə də həmin qərarı qüvvədə saxlamışdır.[1]
2019-cu il dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqlayıb. Qərarda M. Səmədovun hüquqlarının pozulması tanınıb və Azərbaycanın ona 4000 avro kompensasiya ödəməsi gərəkli sayılıb. Məhkəmənin qərarına görə, M. Səmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş bəzi hüquqların pozulması ilə müşayiət olunub. Söhbət həmin Konvensiyanın 5.3-cü (həbsin qanunsuzluğu) və 6.1-ci (ədalətli məhkəmə araşdırmasının təmin olunmaması) maddələrinin zəmanət verdiyi hüquqlardan gedir.[15]
Seçkilərdə
redaktə1 iyul 2013-cü ildə Azərbaycan İslam Partiyasının Baş Məclisi partiyanın sədri M. Səmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul etmiş[16][17] və həmin gün həbsdə olduğu 11 saylı Cəzaçəkmə Müəssisəsində bir neçə günlük "kars"a (cərimə təcridxanasına) salınmışdır. Vəkili Anar Qasımlı həbsxana tərəfindən M. Səmədovun hansı səbəbdən və neçə günlüyə "kars"a salınması ilə bağlı məlumat verilmədiyini bildirmişdir.[18] 19 avqust 2013-cü ildə AİP-in sədr müavini və "Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət Uğrunda Hərəkat" təşəbbüs qrupunun rəhbəri Akif Heydərli tərəfindən M. Səmədovun özünün yazdığı ərizə ilə prezidentliyə namizədliyinin qeydə alınması üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir.[17][19] MSK isə M. Səmədovun namizədliyinin irəli sürülməsi barədə MSK-ya müraciət olunmadığını bildirmişdir.[20] Bu məsələ ilə əlaqədar olaraq M. Səmədov prezident seçkilərini boykot etdiyini açıqlamış və seçkilərə qatılmamışdır.[1]
Mədəniyyətdə
redaktə2013-cü ildə Cavid Cabbarlının Mövsüm Səmədovdan bəhs etdiyi "Allah amanında" kitabı çıxmış, kitabın təqdimetmə mərasimi 23 may 2013-cü ildə Bakıda olmuşdur.[21][22]
Yazıçı-publisist Nəriman Mahmud Mövsüm Səmədov haqqında "İlahi sınaq qarşısında" kitabını yazmışdır. Kitabda N. Mahmudun "İlahi sınaq qarşısında" adlı bədii-publisistik povesti və M. Səmədovun mətbuata verdiyi müsahibələr yer alıb. Kitab 2014-cü ildə Bakıda çap olunmuşdur.[23]
Arzu Eyvazovun tərtibi və redaktorluğu ilə barəsində "Fanilər Mövsümü" sənədli-bioqrafik povesti yazılıb.[24]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 "DOKTOR MÖVSÜM SƏMƏDOV FENOMENİ" ( (az.)). islaminsesi.org. 2014-11-28. 2014-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17-12-2014.
- ↑ "MÖVSÜM SƏMƏDOVUN AİLƏSİNDƏ AĞIR İTKİ BAŞ VERİB" ( (az.)). islaminsesi.org. 2015-01-05. 2015-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-05.
- ↑ 1 2 3 4 5 6 7 "Ailədən: "Mövsüm Səmədov hədələrə əhəmiyyət vermirdi"" ( (az.)). mediaforum.az. 2014-09-19. 2015-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- ↑ 1 2 3 4 5 İlkin Məmmədov. "Doktor Səmədov" ( (az.)). Bakı: azadliq.org. 2011-01-11. 2015-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-05.
- ↑ ""Keçən müddət ərzində atamın sarsılmaz iradə sahibi olduğunu gördüm"" ( (az.)). islamazeri.az. 2015-09-04. 2015-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-05.
- ↑ "Qızı Mövsüm Səmədova məktub yazdı". 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
- ↑ "MÖVSÜM SƏMƏDOVUN XANIMI İRANIN DİNİ RƏHBƏRİNƏ ŞEİR OXUDU" ( (az.)). musavat.com. 2012-07-12. 2015-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
- ↑ "AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ" ( (az.)). faktxeber.com. 2011-01-03. 2015-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
- ↑ "MÖVSÜM SƏMƏDOVUN İTTİHAM OLUNDUĞU MADDƏLƏR" ( (az.)). mediaforum.az. 2015-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
- ↑ 1 2 "İSLAM PARTİYASI SƏDRİNİN SƏLAHİYYƏTLƏRİ BİRİNCİ MÜAVİNƏ KEÇDİ" ( (az.)). mediaforum.az. 2011-01-24. 2015-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
- ↑ "İslam Partiyası Ali Məhkəmənin qərarına etiraz etdi" ( (az.)). faktxeber.com. 2013-02-21. 2015-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
- ↑ Nüşabə Fətullayeva, Cavanşir Ağamalıyev. "Mövsüm Səmədovun həbsi" ( (az.)). azadliq.org. 2011-01-11. 2015-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-05.
- ↑ "Mövsüm Səmədova 12 il iş verildi" ( (az.)). musavat.com. 2011-10-07. 2015-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
- ↑ "Mövsüm Səmədov qapalı rejimli həbsxanaya köçürülür" ( (az.)). azadliq.org. 2014-10-09. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- ↑ "Avropa Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqladı". 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- ↑ "Mövsüm Səmədovun sənədləri MSK-ya təqdim edilib" ( (az.)). birlik.az. 2013-08-19. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- ↑ 1 2 "Mövsüm Səmədov MSK-ya müraciət etdi" ( (az.)). mediaforum.az. 2013-08-19. 2015-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- ↑ "Mövsüm Səmədov namizəd oldu və karsa salındı" ( (az.)). azadliq.info. 2013-07-01. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- ↑ "Mövsüm Səmədov MSK-ya müraciət etdi" ( (az.)). seckiportali.com. 2015-08-19.[ölü keçid]
- ↑ "MSK: "Möhsün Səmədovun müraciəti daxil olmayıb"" ( (az.)). islamidavet.com. 2013-08-23. 2015-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
- ↑ "HACI MÖHSÜN SƏMƏDOV HAQQINDA OLAN "ALLAH AMANINDA" KİTABI İŞIQ ÜZÜ GÖRÜB" ( (az.)). azeri.sahartv.ir. 2013-05-23. 2015-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16. youtubeda izlə Arxivləşdirilib 2016-04-06 at the Wayback Machine
- ↑ "Mövsüm Səmədov haqda kitab" ( (az.)). azadliq.info. 2013-05-23. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- ↑ Nəriman Mahmud. İlahi sınaq qarşısında (bədii-publisistik povest). Bakı, 2014, 200 səh.
- ↑ FANİLƏR MÖVSÜMÜ (sənədli-bioqrafik povest)
Mənbə
redaktə- "DOKTOR MÖVSÜM SƏMƏDOV FENOMENİ" ( (az.)). islaminsesi.org. 2014-11-28. 2014-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17-12-2014.
Xarici keçidlər
redaktə- ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının rəsmi saytında - Movsum Samadov
- "Hacı Mövsüm Səmədovun yayılmamış müsahibəsi" ( (az.)). azeri.sahartv.ir. 2014-01-15. 2015-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.; Youtubeda izlə I II III
- "HACI MÖVSÜM SƏMƏDOVUN BU GÜNƏ QƏDƏR YAYIMLANMAYAN ÇIXIŞI - VİDEO" ( (az.)). islaminsesi.org. 2015-03-06. 2015-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.; Youtubeda izlə
- "Tanınmışların Mövsüm Səmədov haqda söylədikləri (Video)" ( (az.)). islamazeri.az. 2015-09-04. 2015-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-05.