Loqoterapiya - Wikipedia
Loqoterapiya (q.yun. λόγος - məna, səbəb) — varlığın mənasının axtarışına əsaslanan ekzistensial psixoterapiya növlərindən biri. XX əsrin ortalarında Viktor Frankl tərəfindən işlənib hazırlanmışdır[1] və onun işini avstriyalı psixoterapevt Elizabet Lukas davam etdirir.
Əsas anlayışlar
redaktəFranklın fikrincə, loqoterapiya üç həyati konsepsiyaya əsaslanır: azad iradə, məna iradəsi və həyatın mənası. Loqoterapiya konsepsiyası bildirir ki, insan davranışının hərəkətverici qüvvəsi xarici aləmdə mövcud olan həyatın mənasını tapmaq və reallaşdırmaq istəyidir. Franklın fikrincə, əsas insan xüsusiyyətlərindən biri məna iradəsidir ki, bu da Franklın Adlerdəki üstünlüyə meyil,[2] natamamlıq kompleksini kompensasiya etməyə yönəlmiş özünü təsdiqetmə və Freydin həzz prinsipi ilə ziddiyyət təşkil edir. Frankl hesab edirdi ki, mənaya canatma — insanlarda fundamental motivasiya qüvvəsidir və insanların ehtiyac duyduğu kimi, gərginlikdən azad bir vəziyyət deyil, onlara layiq olan hansısa mənanın intensiv axtarışıdır. Mənaya canatma olmadıqda apatiya və darıxma hissi yaranır.
Franklın fikrincə, insanın mənaya meyli pozulduqda, ekzistensialist filosofların yazdığı ekzistensial vakuum vəziyyəti yaranır. Ekzistensial vakuum, loqoterapiyaya görə, noogen nevrozlara (məna istəyinin itirilməsi nəticəsində yaranan nevroz), klinik simptomlara səbəb ola bilər.
1950-1960-cı illərdə Frankl həyatın mənasının itməsinin geniş şəkildə yayıldığını qeyd etdi. Onun göstərdiyi statistikaya görə, bu səbəbdən depressiya, narkomaniya, alkoqolizm halları artır, aqressiya çoxalır. Aqressiyanın basdırılmış seksual instinktlərdən qaynaqlandığını hesab edən Freyddən fərqli olaraq, Frankl həyatın mənasının olmamasını aqressiyanın mühüm səbəbi hesab edirdi. Onun fikrincə, alkoqoliklər və narkomanlar həyatı heç bir mənası olmayan və ya onu itirmiş, ekzistensial vakuum, daxili boşluq, varlığın mənasızlığını yaşayan insanlardır.
Franklın nöqteyi-nəzərindən məna sırf subyektiv bir şey deyil - yəni insan onu özü icad etmir, onu ətrafındakı dünyada tapır. Frankl insanın öz həyatını mənalı edə biləcəyinin üç yolunu sadalayır:[3]
- aparıcı rolun yaradıcılıq və əməyə verildiyi fəaliyyətlər (məqsədsiz olmayan, cəmiyyətin həyatına töhfə fəaliyyətlər);
- bizə incəsənət əsərlərini, təbiəti düşünməyə, sevgihisslərini yaşamağa imkan verən yaşantılar;
- insanın başına gələn bəlada, çəkdiyi iztirablarda və sıxıntılarda məna axtarması.
Frankl vurğulayır ki, üçüncü yol - əzablarda məna tapmaq yolu - yalnız ilk ikisi mümkün olmadıqda istifadə edilməlidir. Frankl üçüncü yolu Holokost zamanı konslagerdə olarkən özü üçün kəşf etmişdi və bu yol ona dəhşətli işgəncələrə dözməyə kömək etmişdi. Frankl kitabında əzabın mənasını tapmaq üçün belə bir nümunə verir:
Bir gün yaşlı bir həkim ağır depressiyaya düşdüyü üçün mənə müraciət etdi. İki il əvvəl dünyasını dəyişən və dünyada hər şeydən çox sevdiyi həyat yoldaşının itkisinə dözə bilmirdi. Mən ona necə kömək edə bilərdim? Ona nə deməliyəm? Mən heç nə demədim, əksinə sual verdim: “Doktor, əgər birinci siz ölsəniz və arvadınız sizsiz yaşasaydı, nə olardı?” O, cavab verdi: “Oh, bu onun üçün dəhşətli olardı. O, necə əzablar çəkərdi!” Bundan sonra dedim: “Görürsüz, doktor, indi o əziyyət çəkmir. Yaşamaqla onu əzabdan xilas edən də sizsiz. Amma onu əzabdan xilas edərək bunun əvəzini öz əzab-əziyyətinizlə, onsuz yaşayıb, yas tutmaqla ödəyirsiz”. Həkim bir söz demədi, əlimi sıxdı və sakitcə kabineti tərk etdi.[3]
Loqoterapiya metodları
redaktəLoqoanaliz
redaktəLoqoterapiyada pasientin həyatını və dəyərlərini öyrənmək üçün loqoanaliz metodu işlənib hazırlanmışdır. Viktor Franklın tələbələrindən biri olan amerikalı Ceyms Krambo (ing. James C. Crumbaugh) tərəfindən hazırlanmışdır. Metod, Krambonun dediyi kimi, pasientin həyatını ətraflı şəkildə inventarlaşdırmağa imkan verir. Loqoanaliz iki əsas texnikadan istifadə edir: şüur sahəsinin genişləndirilməsi və yaradıcı təxəyyülün stimullaşdırılması.
Paradoksal niyyət
redaktəFobiyaların və obsessiv-kompulsiv pozuntunun müalicəsi üçün Frankl paradoksal niyyətlər metodunu təklif etmişdir.[4] Bu texnika çərçivəsində, məsələn, müəyyən bir fobiyası olan pasientə ən çox qorxduğu şeyi arzulamaq kimi paradoksal cəhd təklif olunur. Bu, pasientin çox qorxduğu bir obyekt, hərəkət və ya situasiya ola bilər.
Derefleksiya
redaktəBu metodun məqsədi həddən artıq olan introspeksiyaya obsessiv meyli aradan qaldırmaqdır. Bir insana diqqəti özündən ətrafdakı dünyada təcəssüm etdirə biləcəyi mənalara və dəyərlərə keçməsi tövsiyə olunur. Frankl özü derefleksiyanı belə təsvir etmişdir:
Diqqətdən yayınma yolu ilə pasient öz nevrozuna məhəl qoymur, diqqətini kənar bir şeyə yönəldir. O, diqqətini şəxsi qabiliyyətləri ilə birbaşa əlaqəli olan potensial məna və dəyərlərlə dolu həyata yönəldir.[5]
Qeydlər
redaktə- ↑ Франкл, 2022
- ↑ Адлер, Альфред. Наука жить. Бестселлеры психологии. К.: Port-Royal. 1997. ISBN 966-7068-01-3.
- ↑ 1 2 Frankl, Viktor. Man's Search for Meaning. Şablon:Нп3. 2006. ISBN 978-0-8070-1427-1.
- ↑ "Владимир Леви, «Куда жить», с. 4". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
- ↑ "Виктор Франкл. Парадоксальная интенция: логотерапевтическая техника. Выступление перед Американской ассоциацией развития психотерапии. — Нью-Йорк, 26 февраля 1960 г". 2014-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-07.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Франкл В. Теория и терапия неврозов // Человек в поисках смысла / Виктор Франкл. — М. : Прогресс, 1990. — Часть III : Основы логотерапии.
- Виктор Франкл. Подсознательный бог. Психотерапия и религия = Viktor E. Frankl. Der unbewußte Gott. Psychotherapie und Religion. — М.: Альпина нон-фикшн, 2022. — 218 с. — ISBN 978-5-00139-517-1.
- Романин А. Н. Основы психотерапии. — М.: КНОРУС, 2006. — 469 с.
- Виктор Франкл. Воля к смыслу = Viktor E. Frankl. Will to Meaning: Foundations and Applications of Logotherapy. — Альпина Нон-фикшн, 2018. — 228 p. — ISBN 978-5-91671-848-5.
- Представление о человеке в логотерапии Виктора Франкля. Краткий курс = Representation of a Human in the Logotherapy of Victor Frankl. Short course: study guide. — Русская Ассоциация Логотерапии и ЭкзАнализа (RALE, РАЛЭ), 2020. — 150 с. — ISBN 978-5-6044623-1-7.