Livanda Vetendas Muharibesi - Wikipedia
Livan vətəndaş müharibəsi (ərəb. الحرب الأهلية اللبنانية) 1975-ci ildən müharibənin başa çatdığı 1990-cı ilə qədər Livanda təxminən 150.000–230.000 insanın ölümünə səbəb olmuşdur. Təxminən 350.000 şəxs yaralanmış, bir milyondan çox insan da ölkəsini tərk etmişdir. Soyuq müharibə Livana ciddi şəkildə təsir etdi və 1958-ci ildəki siyasi böhran ancaq ABŞ-nin Beyruta daxil olması ilə başa çatmışdır. İsrailin qurulması və yüz minlərlə fələstinli qaçqının Livana yerləşməsi (fələstinli qaçqınlar 1976–90 illəri arasında əhalinin 35 %-ni təşkil edirdi) dini mübarizələri artırdı. Silahlı FAT partizanlarının ölkəyə girişi ciddi siyasi problemlərə səbəb oldu. FAT-ın gəlişi, fələstinli qaçqınların silahlanması fərqli qruplar arasındakı sürtüşməni sürətləndirdi. 1976-cı ildə əksəriyyəti müsəlman Livan Cəbhəsi və Milli Komitə arasında mübarizələr başlandıqdan qısa müddət sonra Ərəb Dövlətləri Liqası və Suriya ortaq nöqtə tapdılar, fələstinli-livanlı müharibəsi daha çox Cənubi Livanda cəmləşdi. FAT buranı 1969-cu ildən bəri idarə edirdi. Qahirə müqaviləsi imzalanaraq bu bölgədən çəkildi. İsrail, Cənubi Livanı işğal etdi və Suriya əvvəlcə xristianlar lehinə vətəndaş müharibəsinə daxil oldu və problem bəynəlxalq bir ölçü qazandı. Suriya və İsrail problemləri Livan üzərindən davam etdi. 1980-ci illərdə tərəflər xarabay çevrilən Beyrutun təmiri üçün səy göstərdi.
Livan vətəndaş müharibəsi | ||||
---|---|---|---|---|
| ||||
Tarix |
13 aprel 1975 – 13 oktyabr 1990 (15 il, 6 ay) (Suriya işğalı, 30 aprel 2005-ci ilə qədər davam etdi.) |
|||
Yeri | Livan | |||
Nəticəsi |
• Taif müqaviləsi • FAT ölkədən çıxardıldı. • Şimali Livan Suriya hakimiyyətinə daxil oldu. • Cənubi Livan uzun müddət İsrail işğalı altında qaldı. |
|||
Münaqişə tərəfləri | ||||
|
||||
|
||||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
1989-cu ildə Taif Müqaviləsi imzalandı və qarşıdurmalar sona çatdı. 1990-cı il yanvar ayında Ərəb Dövlətləri Liqası, Küveyt başçılığında Səudiyyə Ərəbistanı, Əlcəzair və Mərakeş təmsilçilərindən ibarət olan bir komissiya qurdu. Həmin vaxt 31 yanvar 1990-cı ildə Livan Cəbhəsi və Livan Ordusu təkrar atəşkəsi pozdular. Livan Cəbhəsi Beyrutda şiddətli hücumlar təşkil etdi və ilərilədi. 1990-cı il avqust ayında Livan Parlamenti baş nazir Mişel Aunnun Taif Müqaviləsini pozduğunu və yeni bir nazirin seçilməsi qərarını aldı. 13 oktyabr 1990-cı ildə Suriyə ordusu son böyük əməliyyatı etdi. Hava qüvvələri və livanlı müttəfiqləriylə Auna hücum etdi. Aun Prezident sarayı ətrafında sıxışdırıldı və yüzlərlə dəstəkçisi öldürüldü. Aun Beyrutdakı fransız səfirliyinə sığındı və ardıyca da Fransaya qaçdı.
1991-ci il mart Livan Parlamenti bir əfv qanunu çıxartdı və bütün siyasi günahkarlar sərbəst qaldı. 1991-ci il may ayında əksəriyyəti Hizbullah xadimlərindən ibarət olan silahlı qüvvələrlə Livan Ordusu təkrar yaradıldı. Həmin vaxt şiddət az olsa da, yenə də davam edirdi. 1991-ci il dekabr ayında müsəlmanların sıx məskunlaşdığı Basta kəndində bir bombalı nəqliyyat vasitəsi partladıldı. Aralarında əvvəlki nazir Şəfiq Vəzzanın da olduğu təxminən otuz nəfər öldü və 120 nəfər yaralandı. Müharibədən sonrakı müddətdə Suriyənin Livan üzərindəki təsiri artdı və xristian liderlər sürgün, sui-qəsd və ya məhkumiyyət yolu ilə siyasi ləğv edildilər.
Riyad yığıncağı
redaktə1975–1991-ci illər arasındakı Livan vətəndaş müharibəsi; Livan, Suriya, Misir, Küveyt və Səudiyyə Ərabistanı dövlət başçılarının 17–18 oktyabr 1976-da Riyad yığıncağında aldıqları qərarlarla yeni bir ölçü qazandı. Bu müqavilənin üç əsas faktoru belə idi:
a. Livanda 21 oktyabrdan etibarən ateşkəs qüvvəyə minəcək və müharibədə iştirak tərəflər 1975-ci ilin aprelindən əvvəlki xətlərinə çəkiləcəklər.
b. Livan üçün 30.000 nəfərlik bir Ərəb Sülh Qüvvələri təşkil olunacaq. Bu güc əsas etibarilə Suriya əsgərlərindən ibarətdir.
c. FAT partizanları Livanda qalacaqlar və suverenlik və təhlükəsizliyə hörmət göstərəcəklər.
Təhlükəsizlik bölgəsi
redaktəBu sonuncu şərtə FAT partizanları heç bir zaman riayət etmirdilər. İsrail də bunu bildiyinə görə Litani çayına qədər olan Cənubi Livan torpaqlarını öz idarəsi altına alıb bu torpaqları özü üçün "Təhlükəsizlik bölgəsi" elan etmişdir.
İsrail qüvvələri daha sonra Beyrutu mühasirə altına aldılar və bunun nəticəsində Fələstin Azadlıq Təşkilatı Livanı tərk etmək məcburiyyətində qalmışdır. FAT faktorları Livana çıxan amerikan, fransız və italyan əsgərlərindən ibarət olan 2.000 nəfərlik Sülh Qüvvəsi himayəsində 21 avqust 1982-də Beyrutdan ayrıldılar.
FAT-ı Livanı tərk etməyə müvəffəq olan İsrail 1985-ci ildə pilləli olaraq bölgədən çekilməyə başladı, İsrailin çəkilməsi müsəlman-xristian mübarizəsini təkrar başlatdı. Suriya Livana müdaxilə etmək üçün hərəkətə keçdi. Həmçinin İran da bilavasitə müdaxiləyə qatıldı. 1989-cu ilin sonlarından etibarən isə FAT təkrar Cənubi Livana yerleşməyə başladı.
Nəticədə 1970-ci ildə başlayan Livan problemi və 1975-ci ildə başlayan Livan vətəndaş müharibəsi, müxtəlif mərhələlərdən keçdi. Vətəndaş müharibəsi Livanda çox ağır maddi zərərə və can itkisinə yol açdı. Müharibə 1991-ci ildə rəsmi olaraq başa çatanda Livan və Beyrut bir xarabaya çevrilmişdi və 150.000 livanlı can vermişdi. 1992-ci ildən etibarən İsrail ilə FAT arasında başlanan müsbət inkişaflar üzərinə də hadisələr şiddətini itirməyə başladı. Lakin Livan 1976 Riyad Müqaviləsi ilə bölgəyə 30.000 nəfərlik bir hərbi qüvvə göndərməyə müvəffəq olan Suriyanın müəyyən ölçüdə əyaləti vəziyyətinə gəldi.
Tərəflərin yaranması
redaktə1960-cı illərdə xristian üstünlüyünün rəsmi olaraq qəbul edilməsi müsəlmanlar və laik sol qrupların 1969-cu ildə Təftişçi Cəbhəyə qatılmalarına ayaq olacaq böyük reaksiyasına yol açdı. Müsəlman-solçu müxalifət koalisiya (sonradan Livan Milli Hərəkatına çevrildi) yeni bir əhali sayımı (sonuncusu 1932-də edilib) istəyində oldu və bu sayım sonrasındakı əhalinin xüsusiyyətlərini daha düzgün göstərəcək bir hökumət qurulmağını tələb etdi. Bu istək xristianlar (xüsusiyyətlə Marunilər) tərəfindən ölkədəki hegemonialarına bir təhdit olaraq anlaşıldı. Onu da qeyd etmək lazımdır ki, siyasi vəziyyət Maruni kilsəsi və digər dövlətlər tərəfindən medyada yayımlandığı kimi bir "müsəlman-xristian" mübarizəsinən çox daha qarışıq bir xəyaldır.
İki tərəf də öz xeyir mübarizələrini ortadan götürmədiklərindən əvvəllər özlərini qorumaq məqsədilə, sonralar hadisələr çevrildikcə daha çox bir orduya bənzəyən milislər yaratmağa başladılar. Bu vəziyyət sürətli bir formada mərkəzi hökumətin nüfuzunu sarsıtmağa başladı. Hükumətin nizam yaratmağa çalışması da Livan Ordusunun struktur tələbiylə qadağa edildi. Yaxın Şərqin ən kiçik ordusu olmağı səbəbilə müəyyən nisbətlərdəki dinlərə mənsub şəxslərdən meydana gəlirdi. Üzvlər müxtəlif məzhəblərə bağlı milislər qarşısında əskik qaldıqca, nə ordudakı milis qrupları içində ehtiva edə bildi, nə FAT-ın söz sahibi ola bildi, nə də əcnəbilərin gizlicə içlərinə yeridiklərini göre bildi. Həmçinin hökumətdə və yüksək rütbəli zabitlər içində əksəriyyətin xristian olmağına görə müsəlmanlar arasında ordu da daxil olmaq üzrə mərkəzi nüfuza güvən çox azdı. Livan Ordusunun parçalanması qaçılmaz şəkildə müsəlman qaçaqlar tərəfindən başladılmış və artıq Maruni generallardan əmr almayacaqlarını elan etmişdirlər.
Müharibə boyu xadimlərin çoxu, hətta hamısı insan hüquqlarına demək olar ki, heç diqqət etmədi və bəzi təriqətçi müharibələr sivilləri əsas hədəf halına gətirdi. Müharibə davam etdikcə xadimlər komandirlərin əsgərlikdən çox, günahı peşə kimi götürdükləri mafiya stili təşkilatlara çevrildilər. Müharibə xərcləri isə aşağıdakı yolların birindən, ya da üç yoldan da əldə edilirdi:
- Xarici dəstək əsasən İrandan, İsraildən, İsrail düşməni bir ərəb ölkəsindən gəlirdi. İttifaqlar tez-tez yer dəyişdirirdi.
- Əhalini "soymaq" xərac, oğruluq, bank soyğunu və gömrüklərdən alınan vergilər bütün qrupların ortaq cəhətiydi. Atəşkəs vaxtında bir çox xadim evlərində virtual mafiyalıq etdi.
- Qaçaqmalçılıq vətəndaş müharibəsi vaxtı Livan xaşxaş istehsal mərkəzi Bekaa vadisi olmaq üzrə dünyanın ən böyük narkotik istehsalçılarının biri halına gəldi. Amma bir çox şeyin qaçaqmalçılığı edilirdi. Bunlar silah və silah ləvazimatları və her cür digər qaçaqmal idi. Savaşda olsun ya da olmasın Livan, Avropa ilə ərəb dünyası arası ticarətdəki vasitəçi mövqeyini əsla itirmədi. Livan limanlarında qaçaqmalçılara su yolları istifadisini təmin etmək üçün bu günə qədər çox mübarizə edilid.
Başlıca xadim qrupları
redaktəBir çox xadim heç bir məzhəbə bağlı olmadığını deməsinə baxmayaraq, əsasən regional məzhəb liderlerinin rəhbərliyindəydilər.
Xristian xadim qrupları
redaktəXristian xadimlər Rumıniya və Bolqarıstandan aldıqları kimi Qərbi Almaniya, Belçika və İsraildən də silah almış, ölkənin şimalındakı kasıb xalqdan da dəstəkçilər qazanmışdırlar. Siyasi görüş olaraq əsasən sağ görüşlü idilər. Bütün böyük xristian xadim qrupları Maruni Kilsəsi tərəfindən idarə edilərkən digər xristian məzhəbləri əlavə bir rol oynadılar.
Ən güclü xristian xadim qrupları Bəşir Cəmayəl idarəsi altındakı Livan Ketaib Partiyası və Azad Milliyətçilər Partiyasıydı. Azad Milliyətçilər Partiyası 1986-cı ildə Samir Caacaanın idarəsi altında olan Livan Cəbhəsinin 1977-ci ildə qurulmasına kömək etdi.
Həmçinin bax
redaktəMənbə
redaktə- Grolier İnternational Americana ensiklopediyası Livan məqaləsi
İstinadlar
redaktə- ↑ World Political Almanac, 3rd Ed, Chris Cook.