Lindita Halimi - Wikipedia
Lindita Halimi (d. 24 mart 1989, Vitina, Kosovo, Yuqoslaviya Sosialist Federativ Respublikası) və ya sadəcə Lindita — Kosovo-Albaniya müğənnisi və bəstəkarı. O Albaniyanın Top Fest musiqi festivalındakı qələbəsindən sonra şöhrət qazanmışdır. Lindita "World" mahnısı ilə Albaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Lindita Halimi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Linda Halimi |
Ləqəbi | Lindita |
Doğum tarixi | |
Doğum yeri | Vitina, Kosovo, Yuqoslaviya Sosialist Federativ Respublikası |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2006–h.h. |
Janr | |
Musiqi alətləri | piano |
linditamusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLindita Halimi 24 mart 1989-cu ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında yerləşən Kosovonun Vitina şəhərində anadan olmuşdur.
Musiqi karyerası
redaktəLindita ilk dəfə səhnəyə Albaniyanın Ethet musiqi yarışmasında çıxmışdır. O yarışmada sadəcə ilk onluğa daxil olmaqla kifayətlənmişdir. Lindita daha sonra Albaniyanın Top Fest musiqi festivalında iki dəfə iştirak etmişdir. 2009-cu ildə müğənni festivalda ifa etdiyi "Ëndërroja" mahnısı ilə qələbə qazanmışdır. Daha sonra Linditanın ballada janrında bir çox sinqlları təqdim edilmişdir.
2013-cü ildə müğənni Amerika Birləşmiş Ştatlarına köçmüşdür. Həmin ildə Lindita Stivi Uander ilə bir səhnəni paylaşmışdır. O 2014-cü ilin dekabr ayında Albaniyanın dövlət kanalı RTSH-nin 2015 Avroviziya Mahnı Müsabiqəsiüçün təşkil etdiyi Festivali i Këngës mahnı festivalında iştirak etmək üçün Albaniyaya geri dönmüşdür. Lakin müğənni festivalda üçüncü yeri qazanaraq, Avroviziyada iştirak hüququnu əldə edə bilməmiş və yenidən Amerikaya qayıtmışdır. 2016-cı ildə Lindita Amerikanın American Idol musiqi yarışmasının 15-ci mövsümündə iştirak etmişdir. Həmin ilin sonunda müğənni yenidən Festivali i Këngës mahnı festivalına qatılmış və ifa etdiyi "Botë" mahnısı ilə festivalda qələbə qazanmışdır. Lindita festivalda ona qalibiyyət gətirən mahnının ingilis dilində olan versiyası ilə Albaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir[1]. Müğənni müsabiqənin 9 may tarixində keçirilən yarımfinal mərhələsində 14-cü yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir.
Diskoqrafiya
redaktəSinqlları
redaktəMahnı adı | İl |
---|---|
"Vetëm sytë e tu" (Ngroba ilə duet) |
2007 |
"Dallëndyshe" (Ngroba ilə duet) |
2008 |
"Ëndërroja" | 2009 |
"Të dua vërtet" | |
"Nuk të dorëzohëm" (Erti Hizmo ilə duet) | |
"Më e forte se kurrë" | 2010 |
"Supa Dupa Fly" (Big D ilə duet) | |
"Kur një ditë të kthehesh ti" | |
"All Mine" (Nora İstrefi və Big D) | |
"Ndihmë" | 2011 |
"Kohën do ta ndal" | |
"I Just Wanna" | 2012 |
"S'të fal" | 2014 |
"Cold World" | 2015 |
"Come Thru" | 2016 |
"Now" | 2017 |
"World" | |
"Rock Whine" |
İstinadlar
redaktə- ↑ "Albania: Selects Lindita Halimi for the Eurovision Song Contest 2017". Eurovoix. 23 dekabr 2016. 2017-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-24.
Əvvəlki: Eneda Tarifa "Fairytale" |
Albaniya Avroviziya Mahnı Müsabiqəsində 2017 |
Sonrakı: Euqent Buşpepa "Mall" |