Lina Medina - Wikipedia
Lina Medina (Lina Vanessa Medina) — 1933-cü il sentyabrın 27-də Peruda anadan olmuş qız tibb tarixində ən gənc ana sayılır.
Lina Medina | |
---|---|
isp. Lina Medina | |
Doğum tarixi | 23 sentyabr 1933[1][2][…] (91 yaş) |
Uşaqları | 2 (bilinmir daxil olmaqla) |
Atası | bilinmir |
Anası | bilinmir |
Fəaliyyəti | stenographer |
Tarix
redaktəO, özünün ilk övladını 5 yaş, 7 aylığında dünyaya gətirib. Linanı xəstəxanaya valideynləri qarnında şiş əmələ gəlməsindən şübhələndikləri üçün gətirmişdilər. Həkimlərin ilkin qənaəti də ata-ananın şübhələrini təsdiqləyir. Amma tezliklə, qızın hamiləliyin yeddinci ayında olduğu aşkarlanır.
Həkim Jerardo Lozada Linanın həqiqətən də hamilə olduğunu təsdiqlətdirmək üçün qızı Perunun paytaxtındakı klinikalardan birinə aparır və diaqnoz təsdiqlənir.
Uşağın çanaq sümükləri kifayət qədər inkişaf etmədiyindən, həkimlər əməliyyat etmək qərarı verirlər. Ay yarımdan sonra, 1939-cu il mayın 14-də doktor Lozada və doktor Kolaretin həyata keçirdiyi qeysəriyyə əməliyyatıyla Lina bir oğlan uşağı dünyaya gətirir. Körpənin çəkisi 2,7 kiloqram olur, anası ona həkiminin şərəfinə Jerardo adını qoyur.
Bütün şübhələr əvvəlcə Linanın atasının üzərinə düşür, onu həbs edirlər. Amma günahı sübuta yetmədiyindən, onu azad edirlər.
O dövrün mətbuatında bu hadisə geniş müzakirə predmetinə çevrilir. Bəzi qəzetlər yazırlar ki, Linanın böyüyüb boya-başa çatdığı kənddə yaşayan hindular kütləvi orgiya ilə başa çatan el şənlikləri zamanı zorlayıblar.