Lighthouse - Wikipedia
"Lighthouse" (azərb. Dəniz fənəri) — Xorvatiyalı istedadlı ifaçı və bəstəkar Nina Kralyiçin mahnısı. Mahnı sayca 61-ci Avroviziya Mahnı Müsabiqəsində, Xorvatiyanı uğurla təmsil etmişdir.
"Lighthouse" | |
---|---|
Nina Kralyiç tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 2016 |
Janr | worldbeat[d] |
Dil | ingilis dili |
Leybl | Universal Music Group |
Mahnı
redaktəBalkan coğrafiyasında, musiqi sənətindəki özünəməxsus istedadı ilə böyük izləyici kütləsi və musiqiçilər tərəfindən müsbət rəğbətlə qarşılanan[1] Nina Kralyiçin "Lighthouse" mahnısı onun, debüt studiya albomu olan "Samo"ya daxildir. Keyfiyyətli musiqi əsərinin sözləri və bəstəsi, Andres Qrass və Nikola Parila tərəfindən ərsəyə gətirilmişdir. Pop janrlı mahnının prodüseri isə Forsten Bratsmenndir.
Mahnının mövzusu özündə zəngin, mühüm ilahi mesajları ehtiva etməkdədir və əsər üçün lentə alınan musiqi videosu da, özündə yüksək elmi və ruhani səciyyə daşıyır.[2] Belə ki, "Yer Nina"(İfaçının özü) hər zaman onu təhlükələrdən mühafizə edən və daimi gözətləyən "Kosmik Nina"ya ehtiyyaclıdır. Budur, yenə də bütün əzabverici qaranlıqlar "İnsan" cildinə girərək, "Yer Nina"nı əbədi məhkumluğla hədələyir. Əllər, bütün aydınlığa aparan yollar bağlanır və müfəttiş görünümündəki "Qaranlıqlar" ifaçını həbs etməkdədir. O, sonsuz qurtuluş ümidi ilə səmaları izləyir və yardım gözləyir. Nəticə olaraq, "Yer Nina"nın ovucunda "Kosmik Nina"dan yardım təcəllisini təmsil edən parlaq nur, enerji ətrafa yayılır və o, yenədə xilas edilmişdir(Ruhani cəhətdən). Mahnının sözlərində "Kosmik Nina", "Dəniz fənəri" kimi də təqdim edilmişdir. "Yer Nina" isə eyni zamanda, "Həyat"ı da təmsil edən okean yolculuğunda fəlakətlə üzləşir və sonsuz ümidlə "Kosmik Nina"dan yardım gözləyir.
Buraxılış tarixi
redaktəƏrazi | Tarix | Format | Etiket | İstinad |
---|---|---|---|---|
Xorvatiya | 9 Mart 2016 | Radio vasitəsilə | Universal Music Croatia | [3] |
Dünya üzrə | 11 Mart 2016 | Rəqəmsal yükləmə |
Beynəlxalq arenada
redaktə24 fevral 2016-cı il tarixində, Xorvatiyanın milli yayım şirkəti (HRT) Avroviziya Mahnı Müsabiqəsinin 2016-cı il buraxılışında, ölkəni daxili seçim üsulu ilə, Nina Kralyiçin təmsil edəcəyini elan etmişdir. Bu, mahnının beynəlxalq səhnələrdə səslənməsinə şərait yaratdı.
Avroviziya Mahnı Müsabiqəsi 2016
Nina Kralyiç sayca 61-ci Avroviziya Mahnı Müsabiqəsinin birinci yarı-finalında, "Lighthouse" mahnısı ilə iştirak etmiş və ümumilikdə 133 xal toplayaraq, 10-cu sırada ölkəsini böyük finala yüksəltmişdir. Möhtəşəm finalda Litvadan sonra və Rusiyadan əvvəl, 17-ci nömrə altında mahnısını bir daha canlı ifa edən təmsilçi, müsabiqənin yekun səsvermə nəticələrinə əsasən, 73 xal toplayaraq, beynəlxalq yarışmanı 23-cü sırada tamamlamışdır.
Aşağıdakı cədvəldə, "Lighthouse" musiqi əsərinə təqdim edilən xallar sistemi(Münsiflər heyəti və Telesəsvermə əsasında) göstərilmişdir.
|
Çartlarda
redaktəÇart (2016) | Zirvə nöqtəsi |
---|---|
Xorvatiya (HR Top 40)[5] | 4 |
İstinadlar
redaktə- ↑ "Nina Kraljić nominirana za Porin". voice.hrt.hr. The Voice of Croatia. 17 February 2016. 6 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 February 2016.
- ↑ "Esckaz - Nina Kraljić - Eurovision 2016". ESCKAZ.com (Eurovision Song Contest Knowledge from A to Z) (ingilis). 3 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2016.
- ↑ "Predstavljena pjesma Lighthouse s kojom Nina Kraljić nastupa na Eurosongu". Croatian Radiotelevision (xorvat). 4 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2016.
- ↑ "Results of the Grand Final of Stockholm 2016". European Broadcasting Union. 14 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2021.
- ↑ "HRTop40, Issue Date: May 5, 2016 - May 11, 2016". Hrvatska Diskografska Udruga (xorvat). 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2016.
Əvvəlki: Klapa s Mora "Mižerja" |
Xorvatiya Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: Jak Hudek "My Friend" |