Leyma Qbovi - Wikipedia
Leyma Roberta Qbovi (ing. Leymah Roberta Gbowee; 1 fevral 1972-ci il, Liberiya) — liberiyalı sülh aktivisti, 2011-ci ildə "Sülhyaratma prosesində iştirakına və qadınların təhlükəsizliyi, hüquqları uğrunda mübarizəyə görə" Elen Conson-Serlif və Tavakul Karman ilə birlikdə Nobel sülh mükafatı laureatçısı.[5][6]
Leyma Qbovi | |
---|---|
Doğum tarixi | 1 fevral 1972[1][2][…] (52 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi, biznes ledi, iqtisadçı, sülh aktivisti, aktivist |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəLeyma Qbovi 1 fevral 1972-ci ildə mərkəzi Liberiyada anadan olub. 1989-cu ildən 1996-cı ilə qədər ölkədə xaosa səbəb olan Birinci Liberiya vətəndaş müharibəsi başlayanda o, 17 yaşında valideynləri və 3 bacısından ikisi ilə Monroviyada yaşayırdı.[7][8] Müharibə qurtardıqdan sonra o, UNİCEF tərəfindən həyata keçirilən "İnsanları müharibə nəticəsində travma alanlara məsləhət verəcək sosial işçi olmağa hazırlamaq" adlı bir proqram haqqında öyrəndi. Qbovi bu haqda 2011-ci ildə xatirəsində yazırdı.[9] O, üç aylıq bir təlim keçdi.
O, müharibə illərində psixologiyanı öyrəndi və hərbi əməliyyatlarda iştirak edən uşaqlarla işlədi. Leyma Qbovi “yalnız analar cəmiyyətdə dəyişikliklər edə bilər” qənaətinə gəldi. O, özü altı uşaq anasıdır.
2002-ci ildə Qbovi İkinci Liberiya vətəndaş müharibəsi əsnasında sosial işçi kimi işləyərkən sülh üçün liberiyalı qadınların kütləvi hərəkatını təşkil etdi. O, balıq bazarında kiçik bir qrup qadınların ibadət etməsi və mahnı oxuması ilə başladı. Vaxt keçdikcə Monroviyanın daha çox müsəlman və xristian qadınları hərəkata qoşuldular. Qbovinin rəhbərliyi altında hərəkat Liberiyanın o vaxtkı prezidenti Çarlz Teylorla görüşə bildi və Qanada sülh danışıqlarında iştirak etmək üçün ondan bir vəd aldı.
Qbovi müharibə edən tərəflərə təzyiq göstərmək məqsədi daşıyan Qanada Liberiya qadınlarından ibarət bir nümayəndə heyətinə rəhbərlik etdi. Nümayəndə heyətinin fəaliyyətlərindən biri də Akkrada prezident sarayının divarları qarşısında səssiz bir etiraz idi. Etirazlara "seks tətilləri" də daxil edilmişdir. Etiraz aksiyaları zamanı onu tutmağa çalışdıqları zaman o, camaat qarşısında lüt soyunmaqla hədələyir (bu Qərbi Afrika mədəniyyətində dəhşətli bir lənətdir) və bu təhdid işə yaradı – o həbs edilmədi.
Leyma Qbovi Komfort Frimen ilə birlikdə WIPNET (ing. Women in Peacebuilding Network) hərəkatını təşkil etdilər və prezidentə müraciət etdilər:
Biz keçmişdə səssiz idik, lakin öldürüldükdən, təcavüzə uğradıqdan, insanlıqdan çıxarıldıqdan, xəstəliklərə yoluxduqdan, uşaqlarımızı və ailələrimizin məhv edildiyini seyr etdikdən sonra müharibə bizə gələcəkdə zorakılığa YOX, sülhə HƏ deməyi öyrətdi! Sülh hakim olanacan biz yumşalmayacayıq. |
In the past we were silent, but after being killed, raped, dehumanized, and infected with diseases, and watching our children and families destroyed, war has taught us that the future lies in saying NO to violence and YES to peace! We will not relent until peace prevails.
Ağ köynəklər hərəkatın rəsmi simvolu oldu. Hərəkat müxtəlif hökumətlərin nümayəndələri ilə bir neçə uğurlu sülh danışıqları aparmağa müyəssər oldu.
Onların səyləri ilə 2003-cü ildə İkinci Liberiya vətəndaş müharibəsi başa çatdı və Afrika tarixində ilk qadın prezident olan Elen Conson-Serlif prezident seçildi.
Leyma Qbovi Virciniya ştatındakı Şərqi Mennon Universitetindən "Konfiliktlərin həll edilməsi" ixtisası üzrə aldığı humanitar elmlər magistr dərəcəsinə malikdir. O, Qanadakı Akkra şəhərində yerləşən "Afrikalı Qadınların Sülh və Təhlükəsizlik üzrə Alyansının" icraçı direktorudur. Onun haqqında 2008-ci ildə "Şeytanı cəhənnəmə geri qaytarın" sənədli filmi çəkilib.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ http://www.infoplease.com/biography/var/leymahgbowee.html.
- ↑ http://www.nndb.com/lists/499/000063310/.
- ↑ http://www.factmonster.com/biography/var/leymahgbowee.html.
- ↑ http://www.ucc.org/black-history/test/profiles-iframe.html?page=13.
- ↑ "The Nobel Peace Prize for 2011" (ingilis). nobelprize.org. 20 avqust 2018 tarixində arxivləşdirilib.
- ↑ Kevin Conley, "The Rabble Rousers" in O, the Oprah Magazine, Dec. 2008, posted at www.oprah.com/omagazine/Leymah-Gbowee-and-Abigail-Disney-Shoot-for-Peace-in-Liberia/2#ixzz1bTSs28cd. Retrieved 21 October 2011.
- ↑ "The Nobel Peace Prize for 2011" (ingilis). achievement.org. 30 noyabr 2018 tarixində arxivləşdirilib.
- ↑ Leymah Gbowee, Mighty Be Our Powers (New York: Beast Books, 2011), written with Carol Mithers, pp. 15-25 and p. 50
- ↑ Leymah Gbowee, Mighty Be Our Powers (New York: Beast Books, 2011), written with Carol Mithers, p. 50.