Leylufer Eliyeva - Wikipedia
Leylufər İmran qızı Əliyeva (19 noyabr 1949, Bakı) — Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Elmi-texniki informasiya" şöbəsinin müdiri, texnika elmləri doktoru, professor.
Leylufər Əliyeva | |
---|---|
Leylufər İmran qızı Əliyeva | |
Doğum tarixi | 19 noyabr 1949 (75 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Neft Kimya |
Elmi dərəcəsi | texnika üzrə elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Alma-mater | Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənayə Universiteti) |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumatlar
redaktəLeylufər İmran qızı Əliyeva 19 noyabr 1949-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 15 saylı orta məktəbi bitirmiş və həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft və Sənayə Universiteti) daxil olmuşdur. 1971-ci ildə institutun kimya-texnoloji fakültəsini bitirərək, mühəndis-texnoloq ixtisasına yiyələnib. İnstitutda təhsil alan müddətdə "Tələbə Elmi Cəmiyyəti"nin işində fəal iştirak edərək, TEC-in qırmızı diplomuna layiq görülmüşdür.
1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əyani aspiranturasına daxil olmuşdur. L. İ. Əliyeva akademik S. C. Mehdiyevin bilavasitə rəhbərliyi ilə elmi tədqiqatlar aparmış və 1982-ci ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Divinil-stirol oliqomerlərin epoksidləşməsi reaksiyasının tədqiqi və prosesin işlənib hazırlanması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Müdafiədən sonra kiçik elmi işçi, elmi işçi, 1988-ci ildən etibarən böyük elmi işçi vəzifələrində çalışmışdır.
1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə L. İ. Əliyeva "böyük elmi işçi" elmi adina layiq görülmüşdür.
2002-ci ildə "Oksigen və azot törəməli xətti olefinlər əsasında korroziyaya qarşı polifunksional inhibitorlar, mühafizəedici tərkiblər və onların komponentləri" mövzusunda doktorluq dissertasiyanı müdafiə etmiş və "Neft kimyası" ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2002-ci ildən aparıcı elmi işçi və 2007-ci ildən etibarən NKPİ-da baş elmi işçi vəzifəsində, 2012-ci ildən etibarən NKPİ-nin şöbə müdiri vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2010-cu ildə "Neft kimyası" ixisası üzrə Leylufər xanım Əliyeva professor elmi adına layiq görülmüşdür.
Prof. L. İ. Əliyeva Azərbaycan Dövlət Neft Şirkətinin Elm Fondunun keçirdiyi qrant müsabiqəsinin qalibi olmuş layihələrin (2015, 2016, 2018-ci illər) rəhbəri və məsul icraçısı olmuşdur.
Leylufər xanım 1994–2016-cı illərdə keçirilən Neft kimyası üzrə I–IX Bakı Beynəlxalq Yusif Məmmədəliyev konfransları və I–III Rusiya-Azərbaycan Simpoziumlarının təşkilatçılarından biridir. O, D. İ. Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Respublika İdarə Heyətinin dəfələrlə mükafatlarına layiq görülmüşdür.
Elmi nailiyyəti
redaktəMüxtəlif mənşəli yüksək olefinlərin metaltərkibli katalizatorların iştirakı ilə oksidləşməsi üzrə tədqiqatlar aparılmışdır. Tərkibində oksigenli funksional qrupları saxlayan maddələrin xassələrini öyrənməklə yanaşı, onların əsasında bəzi çevrilmələr aparmaqla aminli birləşmələr sintez edilmişdir. Bu birləşmələrin metalları elektrokimyəvi və mikrobioloji korroziyadan müdafiə etmə xassələri təyin edilmişdir. Polifunksional korroziya inhibitorları və mühafizəedici tərkiblər yaradılmışdır. Müxtəlif kompleks metal birləşmələrin və sistemlərin iştirakı ilə neftin ikinci emalından alınan olefin tərkibli fraksiyaların oksidləşmə mərhələsində istifadə etməklə Kaspi tipli inhibitorlardan fərqli olan yeni turş mühitlərdə işləyə bilən polifunksional korroziya inhibitorun alınması tullantısız texnologiyası tədbiq edilmişdır.
Naftalan neftinin ekstraksiya üsulu ilə ekoloji təhlükəsiz həlledicilərlə aromatik karbohidrogenlərdən kükürdlü birləşmələrdən təmizlənməsi texnologiyası işlənib hazırlanmıdır.
Elmi – təşkilati fəaliyyəti
redaktə- NKPİ-nin Elmi Şurasının üzvü.
- Doktorluq dissertasiyaların müdafiəsi üzrə Dissertasiya Şurasının üzvü, Elmi Seminarın sədri.
- Jurnal 2020-ci ildən dərc olunan 2017-ci ildən Web of Science bazasına daxil edilib "Processes of Petrochemistry and Oil Refining" jurnalının məsul katibi və redaksiya heyətinin üzvü.
- Y. H. Məmmədəliyev adına I–VIII Beynəlxalq Neft kimyası üzrə konfransların təşkilatçılarından biri.
- I–II Rusiya – Azərbaycan "Neft kimyası və neft emalı problemlərinin həllində kataliz" adlı beynəlxalq elmi simpoziumun əsas təşkilatçılarından biri.
- MDU Bakı filialının bakalavr diplom işlərinin rəhbəri.
- 2010-cu ildə professor L. İ. Əliyeva Amerika Kimyaçılar Cəmiyyətinin üzvü seçilmişdir. Beynəlxalq Bioqrafik Mərkəz (Kembric, İngiltərə) professor L. İ. Əliyevanın adını "Dünyada Kim Kimdir" 2012-ci ilin 29-cu nəşrinə (Who's is Who in the World 2012 29-th edition) daxil edilmişdir.
- Elmi-kütləvi "Elm dünyası" jurnalının redaksiya heyətinin üzvü idi.
- L. İ. Əliyeva 1995-ci ildən respublika qadın hərəkatındə fəal iştirak edir və ilk elmi-tədqiqat və praktiki yönəmli "Qadın və inkişaf" mərkəzinin vitse-prezidentidir.
- 2018-ci ildə AMEA NKPİ-nin kollektivi tərəfindən İnstitutun Qadın Təşkilatının sədri seçilmişdir.
Elmi tədqiqatları
redaktəLeylufər Əliyeva 1980–1990 illər ərzində tsıkloolefinlər sırası karbohidrogenlərin sintez üsullarını işləyib hazırlamış, cevrilmələrini öyrənmiş və alınan məhsulların səmərəli tətbiq sahələrini müəyyənləşdirmişdir. Divinil-stirol oliqomerinin oksidləşməsi yolu ilə aldığı lak və boyalar aparıcı təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək sənaye miqyasında istehsal olunmaq ücün tövsiyə edilmişdir. 1990-cı ildən etibarən akademik V. M. Abbasovun rəhbərlik etdiyi NKPİ-nin "Metalların inhibitorlu mühafizəsi" laboratoriyasında çalışaraq, sərt şəraitlərdə işləyə bilən metalların korroziyaya uğramasının qarşısını ala bilən reagentlərin alınma sahəsində elmi tədqiqatlar aparmışdır.
Alınan inhibitorlar və bakterisidlər sənaye sınağından keçirilmiş və müəyyən edilmişdir ki, onlar neftçıxarma və neft emalı sənayesində yüksək göstəricilərlə tətbiq oluna bilərlər.
Aparılan tədqiqatlar nəticəsində L. İ. Əliyeva müxtəlif mühitlərdə korroziyadan mühafizə etmək üçün mineral yağlara aşqarlar almış və bu kompozisiyalar konservasiya mayeləri kimi sənayedə, kənd təsərrüfatında tətbiq olunmaq üçün tövsiyə edilmişdir.
Elmi Tədqiqat İşləri
redaktəL. İ. Əliyevanın apardığı elmi-tədqiqat işlərinin nəticələri 386-dan çox elmi əsərdə, o cümlədən 13 kitab, 17 neft-kimyasına aid 12 lüğət (aze-rus-ing.), 23 müəlliflik şəhadətnaməsinin, Azərbaycan, Rusiya patentlərinin və kitabların müəllifidir. L. İ. Əliyeva dərslik, kitablar "Elm" və Almaniyanın "LAP Lambert Academic Publishing" nəşriyyatlarında çap olunmuş monoqrafiyaların müəllifi və bir çox elmi kitabların, NKPİ elmi əsərlər toplusunun (2009–2014-cü illər) tərtibatçısı və elmi redaktorudur.
Onun rəhbərliyi ilə 6 fəlsəfə üzrə doktor və 4 elmlər doktoru hazırlanmışdır.
Professor L. İ. Əliyeva elmi əsərlərinə istinadların ümumi sayı 810 (Google Scholar). "Hirş indeksi"- 14, " İ 10 indeksi" isə 20 təşkil edir.
L. İ. Əliyeva bir neçə Beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış etmiş və Azərbaycan elmini Rusiyada (Moskva, 2009), Turkiyədə (EUROCORR-2012), İtaliyada (EUROCORR-2014), Çexiyada (EUROCORR-2016), Belorusiyada (Minsk, 2016) Almaniyada (Rostok, 2018), Misirdə (Hurqada, 2015; Qahirə, 2018), Makedoniyada (Skopiya, 2015) və b. laiyqincə təmsil etmişdir. 2021-ci ildə RF Kazan Milli Texnoloji İnstitutunun dəvəti ilə Neft-kimyasına aid silsilə məruzələrlə çıxış etmişdir.
O, dəfələrlə Beynalxalq simpozium və konfranslarda çıxış etmiş, D. İ. Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Respublika İdarə Heyətinin mükafatlarına layiq görülmüşdür.
L. İ. Əliyeva Türkiyədə,[1][2] Rusiyada, Gürcüstanda müxtəlif konfranslarda və simpoziumlarda məruzə ilə çıxış etmişdir. Azərbaycanlı alimin məruzələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Təltif və mükafatları
redaktə- 2009-cu ildə Əliyeva L. İ. AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanı, 2019-cu ildə Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və "Elm gunu" ilə əlaqədar AMEA Kimya Elmləri Bölməsinin fəxri fərmanı ilə təltif edilmişdir.
- 2019-cu ildə Neft-kimya Prosesləri İnstitutunun 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Əsas elmi əsərlərin adları
redaktə- Л.И.Алиева Антикоррозионные композиционные составы для двухфазных кислых сред "Защита от коррозии и охрана окружающей среды". 1998, № 3. с.9–11.
- Л.И. Алиева Изучение ингибирующих свойств комплексов на основе алкиламиноспиртов и нафтеновых кислот."Protection of metals". 1999, № 5, p. 551–559.
- Л.И Алиева. Многофункциональные защитные составы на основе эпоксиолигомера дивинила со стиролом. "Processes of petrochemistry and oil-refining". 2001, № 4, p. 17–24.
- Л.И.Алиева, Бактерицид-ингибитор для защиты водных сред, зараженных СРБ на основе побочного продукта окисления олефинов". Практика противокоррозионной защиты". 2004, № 2, с.32–38.
- Л.И.Алиева, В.М. Аббасов, Ф.М.Велиева, Э.Г.Абдуллаева, Н.И.Мурсалов Оптимизация процесса получения нафтеновых кислот из Балаханской нефти. "Petrochemistry " 2005, v.45, № 2, p. 101–108.
- А.М.Самедов, Л.И.Алиева, В.М.Аббасов Изучение наводораживания и пластичности стали в присутствии ингибиторов-бактерицидов типа "Каспий" "Практика противокоррозионной защиты". 2006. № 1(39), с.35–42
- В.М.Аббасов, А.Г.Талыбов, Л.И.Алиева, Л.А.Махмудова. Синтез и изучение влияния эфиров нитроспиртов на жизнедеятельность сульфатвосставливающих бактерий, "Petrochemistry". 2007. № 2. Т.47 С 150–153
- Л.И.Алиева, Р.Ф. Габибуллаев, В.М. Аббасов, А.Г.Талыбов, Л.А.Махмудова, Т.А. Исмаилов, Т.У. Ахмедов Консервационные масла на основе продукта нитрования алкенов "Коррозия: материалы, защита". 2007, № 10, с.25 −31.
- А.М. Самедов, Л.И.Алиева, В.М. Аббасов, Ингибирующее и бактерицидное действие солей природных нафтеновых кислот при коррозии стали в морской воде. "Физикохимия поверхности и защита материалов" 2008, Т.44, № 4, с.427–431.
- В.М.Аббасов, Л.И.Алиева, А.М.Самедов Адсорбционные свойства алифатических аминоспиртов ингибиторов-бактерицидов типа "Каспий" "Физикохимия поверхности и защита материалов" 2009, Т.45, № 1, с.502–509
- Э.Б.Зейналов, В.М.Аббасов, Л.И.Алиева Нефтяные кислоты и коррозия. (обзор). Petrochemistry, 2009. V.49, № 3 p. 203–211
- A. G. Azizov, L. I. Aliyeva, Advancement in the Synthesis and Production of Polyalphaolefin Synthetic Oils. I. Synthesis of PAO Synthetic Oils with Acidic and Complex Catalysts, Processes of petrochemistryt and oil-refining 2010, т. 11, № 1 (41), p. 53–78
- В.М.Аббасов, Л.И.Алиева, Э.Б.Зейналов, Л.М.Эфендиева, Л.Г.Нуриев Синтез нафтеновых кислот путем окисления нафтеновых концентратов в присуствии тетра (трипиридиламин)пента-Ni(Со)-дихлоридов, "Экологический вестник России", 2011, № 9,с.24–29.
- Э.Б.Зейналов, В.М.Аббасов, Л.И.Алиева, Л.М.Эфендиева и др. "Каталитическая активность нафтенатов переходных металлов в реакции аэробного окисления нефтяной фракции, World of oil production, 2012, № 2. p.42–57
- L. I. Aliyeva, Hany Abdel Lateef et al. Development of new eco-frendly corrosion inhibitors based on vegetable oil for protection from CO2 corrosion, Journ. of Chemistry,2012, (2), p.1185–1202
- В.М.Аббасов, Л.И.Алиева, П.А.Мовсумова. Деароматизация фр.260–3400С лечебной нафталанской нефти с использованием N-метил-2-пирролидана. Мир нефтепродуктов. Москва. 2013. № 5. с.35–39.
- Аббасов В.М., Алиева Л.И., ИсмайловТ.А, Талыбов А.Г., Эфендиева Л.М. и др. Разработка многофункциональных реагентов для предотвращения образования асфальтосмолистопарафиновых отложений. Нефтегазовые технологии и аналитика. 2018, 11, с. 24–29.
- Л.И.Алиева, Л.М. Эфендиева, Л.Г.Нуриев и др. Окислительная функционализация цикланов в присутствии солей переходных металлов. Химия в интересах устойчивого развития, 2018, Т.26, № 2, с.115–123.
- Afandiyeva L, Abbasov V. Ahmadbayova Saida, Azizbeyli Emin, Abd El-Lateef, Hany M. Aliyeva L. Investigation of Organic Complexes of Imidazolines Based on Synthetic Oxy and Petroleum Acids as Corrosion Inhibitors. Iran. J. Chem. Chem. Eng. Research Article Vol. 37, No. 3, 2018, p.73–79.
- Н.Ш.Рзаева, В.М.Аббасов, Алиева Л.И., Л.И.Насибова. Разработка эффективного бактерицида и ингибитора СО2-коррозии. Практика противокоррозионной защиты. 2019. Т.24, № 2, с.52–58.
- Л.И.Алиева, Л.М. Эфендиева, В.М. Аббасов, Г.Ю. Рустамли, С.Ф. Ахмедбекова. Комплексы N-производных синтетических окси- и нефтяных кислот в качестве ингибиторов углекислотной коррозии стали. Практика противокоррозионной защиты. 2020. Т.25, № 2, с.18–25.
- Л.И.Алиева, Л.М. Эфендиева, В.Х.Мусали, Э.К.Гасанов, Ч.К.Салманова. Азотпроизводные синтетические нафтеновые кислоты в качестве присадок к дорожному битуму. Узбекский химический журнал, 2020, № 4, с.85–89.
- A. G. Gasanov, E. G. Mamedbeyli, K. F. Hasanova, F. S. Gurbanova. Current State of Research in the Field of Synthesis and Application of Norbornene Esters. Processes of petrochemistry and oil-refining, 2021, V.22, № 1. pp.24–41.
- ЛЛ.И.Алиева, И.Г.Аюбов, Ф.С.Гурбанова. Синтез н-октанового эфира метакриловой кислоты в присутствии аминокислотных катализаторов. Бутперовские сообщения, 2022. Т.71, № 7, с.80–86.
Kitablar
redaktə2006
- Əmtəəşünaslıq və kimya. Bakı, Elm, 2006, 540 s. – Həmmüəlliflər: A. H. Həsənov, Ə. İ. Babayev, Ə. P. Həsənov, C. M. Vəliməmmədov
2012
- Neft və neft-kimya məhsullarına Azərbaycan Respublikasının Dövlət Standartları. Bakı. "Elm"-nəşriyyatı, 2012, 192 s. – Həmmüəlliflər: V. M. Abbasov, F. İ. Səmədova, Q. M. Qasımov, C. Q. Quliyeva
- Hany A. Abd El-Lateef, V. M. Abbasov, L. I. Aliyeva. / Novel corrosion inhibitors for protection from CO2 corrosion. Development of Eco-friendly surfactants based on vegetable oils for Protection streel pipelines from CO2 corrosion. LAP Lambert Academic Publishing. Germany, Saarbrücken 2012.
2014
- Neft kimyası və neft emalı proseslərində istifadə edilən terminlər lüğəti (ingilis-rus-azərb.). Bakı. "Elm"- nəşriyyatı, 2014, 144
- Həmmüəlliflər: V. M. Abbasov, H. C. Ibrahimov, C. Q. Quliyeva
- Neft kimyası və neft emalı proseslərində istifadə edilən terminlər lüğəti (azərb.-ingilis-rus-). Bakı. "Elm"nəşriyyatı, 2014, 165
- Həmmüəlliflər: V. M. Abbasov, H. C. Ibrahimov, C. Q. Quliyeva
- Окисление высших линейных олефинов и некоторые реакции превращения оксидов. Germany, LAP Lambert Academic Publishing, 2014, 167 p.
2016
- AMEA-nın Neft-kimya Prosesləri İnstitutunda hazırlanmış normativ-texniki sənədlər (texniki şərtlər) toplusu. Bakı. 2016. 128 səh. – Həmmüəlliflər: V. M. Abbasov, C. Q. Quliyeva
2017
- Реагенты и продукты для нефтяной, газовой, нефтеперерабатывающей и нефтехимической промышленностей. Баку – Элм — 2017 г., 435 с. – Совместно с В.М.Аббасов, Е.Ш.Абдуллаев, А.Г.Талыбов, Т.А.Исмайлов, Н.И.Мурсалов, Н.Ш.Рзаева, З.З.Агамалиев, И.Т.Исмайлов, Л.М.Эфендиева
2019
- Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. Bakı. – "Müəllim" – 2019, 240 səh.
2020
- Декарбоксилирование карбоновых кислот природного происхождения. Баку: "Муаллим" – 2020 г, 364 с. – Совместно с А.Г.Гасанов, И.Г.Аюбов
2021
- Алкил- и сложноеэфирные производные циклопентадиена-интермедиаты синтетических смазочных масел. Баку – "Муаллим" – 2021 г, 342 с. – Совместно с А.Г.Гасанов, И.Г.Аюбов, А.М.Мамедова
İstinadlar
redaktə- ↑ http://www.science.gov.az/az/index.php?id=5964[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2014-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-22.