Leyla Eliyeva Politoloq - Wikipedia
Leyla Ağa qızı Əliyeva (ingiliscə: Leila Alieva, 1959, Bakı) – elmlər doktoru, müstəqil siyasi təhlilçi və politoloq, Bakıda fəliyyət göstərən Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (ingiliscə: Center for National and International Studies) prezidenti.
Leyla Əliyeva | |
---|---|
Leyla Ağa qızı Əliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Fəaliyyəti | politoloq |
Leyla Əliyeva həmçinin Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (1991-1997) qurucularından biri və prezidenti olmuşdur.
Leyla Əliyeva Harvard Universiteti (1993-1994), Vudro Vilson Mərkəzi – Kennan İnstitutu (1995), Kaliforniya Universiteti-Berkli (2000) və Con Hopkins Universitetində (2001) tədqiqatlar aparmış, Avropa Yenidənqurma və İnkişaf Bankı Prezidentinin müşaviri, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan üzrə Milli Koordinatoru (1999) olmuşdur. Tədqiqat sahələri post-Sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir.
Xarici keçidlər
redaktə- Leyla Əliyeva Almaniyanın Körber Fondunun veb səhifəsində (ingiliscə)[ölü keçid]
- Leyla Əliyeva Almaniyanın Böll Fondunun veb səhifəsində (ingiliscə)
- Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi Arxivləşdirilib 2009-05-24 at the Wayback Machine
Seçilmiş tədqiqatları
redaktə- Alieva, L. (2006). Integrative Processes in the South Caucasus and their Security Implications. NATO Defense College: NDC Occasional Papers Series.
- Alieva, L. (2006). Azerbaijan's Frustrating Elections. Journal of Democracy. 17, 147-160[ölü keçid]