Leucogeranus Leucogeranus - Wikipedia
Ağ durna (lat. Leucogeranus leucogeranus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin leucogeranus cinsinə aid heyvan növü.
Leucogeranus leucogeranus | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Leucogeranus leucogeranus |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Kateqoriyası
redaktəAzərbaycanda heç bir mənfi təsirə məruz qalmadan həmişə kritik vəziyyətdə olub.
Qısa təsviri
redaktəBoyu 140 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 2,1-2,3 m, kütləsi 5-8,6 kq-dır. Ümumi rəngi ağ, qanadlarının ucu qara, ayaqları çəhrayı rəngdədir. Erkək fərd dişidən azca iri və dimdiyi nisbətən uzundur.
Yayılması
redaktəMiqrasiya zamanı və bəzən qışda Xəzər sahili boyu, iri daxili su-bataqlıq sahələrinin dayaz sularında müşahidə olunur. Hər il eyni yuvalama və qışlama yerlərinə qayıdırlar. Oktyabr ayında Azərbaycandan keçir. Şirvan MP-də müntəzəm qeydə alınır. Sayı 1 fərd olur. Ağgöl gölündə və Samux rayonu ərazisində əvvəllər qeydə alınmışdır.
Yaşayış yeri və həyat tərzi
redaktəMiqrasiya vaxtında və qışlaqlarda, keçilməz açıq bataqlıqların və göllərin dayaz su sahələrində olur. Yazda və payızda ağ durnanın yemini xırda balıqlar, gəmiricilər, kərtənkələ, qurbağa, ilan və s., müvəqqəti dincəlmə yerlərində olan su bitkiləri təşkil edir.
Əhali üçün əhəmiyyəti
redaktəElmi, estetik və dekorativ əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan Milli Parkı və digər xüsusi rejimlə qorunan ərazilər pozitiv təsir edib. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, CITES, Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib qorunur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəNövün kritik vəziyyətinin geniş maarifçiliyə ehtiyacı var.