Leskenski Rayonu - Wikipedia
Leskenski rayonu (kab.-çərk. Лэскэн куей, qaraç.-balk. Лескен район[3]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Anzorey kəndidir.
Leskenski rayonu | |
---|---|
Лэскэн куей[1] Лескен район[1] | |
43°21′20″ şm. e. 43°56′29″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 29 dekabr 1937 |
Sahəsi |
|
Hündürlük | 3.102 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86639 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəLeskenski rayonu Kabarda-Balkariya Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənub-qərbdə Çerek rayonu, qərbdə Urvan rayonu, şimal-şərqdə Mayski rayonu, həmçinin cənub və şərqdə Şimali Osetiya Respublikasının üç rayonu. Rayonun sahəsi 523.10 km²-dir.
Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Otlaq, meşə və qayalı silsilələr bir-birinə paralel ərazidən keçir. Leskenski rayonunda orta hündürlük 450 ilə 900 metr arasında dəyişir. Bölgədəki ən yüksək nöqtə Xaznibaşi dağıdır (3.102 m).
Rayon ərazisindən Urux, Lesken, Arqudan, Şeker və onların qolları keçir.
Tarixi
redaktəLeskenskİ rayonu əvvəlcə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 29 dekabr 1937-ci il tarixli qərarı ilə Urvan rayonunun tərkibində olan Uruxski, Kalejski, Staro-Uruxski, Ozrekskİ, Staro-Leskenski, II Leskenski, Yerokkovski və Arqudanski kənd sovetliklərindən təşkil edilmişdir[4][5].
20 dekabr 1962-ci ildə Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti “KBMSSR ərazisində kənd rayonlarının təşkili haqqında” fərman qəbul etdi. Buna qərara əsasən Leskenski rayonu ləğv edilərək yenidən Urvan yaronuna birləşdirildi.
8 avqust 2003-cü ildə Kabarda-Balkariya Respublikası Parlamenti inzibati mərkəzi Anzorei kəndində olan Leskenski rayonunu yenidən təsis etdi.
2005-ci ildə rayonda kənd sovetlikləri ləğv edildi və kənd yaşayış məntəqələri statusu ilə 9 bələdiyyədə birləşdirildi.
Əhali
redaktə- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
kabardinlər | 25 113 | 90,20 % |
osetinlər | 1 577 | 5,67 % |
balkarlar | 677 | 2,43 % |
ruslar | 179 | 0,64 % |
digərləri | 275 | 0,99 % |
milliyyətini bildirməyənlər | 19 | 0,07 % |
ümumi | 27 840 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[7]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 2 953 | 2 834 | 5 787 | 20,79 % |
15 — 59 yaş | 9 096 | 9 376 | 18 472 | 66,35 % |
от 60 yaş | 1 351 | 2 230 | 3 581 | 12,86 % |
Ümumi | 13 400 | 14 440 | 27 840 | 100,0 % |
Kişilər — 13 400 nəf. (48,1 %). qadınlar — 14 440 nəf. (51,9 %)[8].
Əhalinin orta yaşı — 34,2 yaş. Kişilərin orta yaşı — 32,8 il. Qadınların orta yaşı — 35,5 il.
İqtisadiyyat
redaktəRayonun böyük sənaye gücü bir spirt-maya fabriki və yeddi emal müəssisəsi ilə təmsil olunur. Bu müəsissələrdən beşi mövsümi xarakter daşıyır. Kənd təsərrüfatında əsas istiqamət bitkiçilikdir. İri və xırdabuynuzlu heyvandarlıq da inkişaf etmişdir. Kənd təsərrüfatı torpaqlarının icarə istifadəsi sistemi inkişaf etdirilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 http://www.le.adm-kbr.ru/index.php/ofitsialnye-dokumenty/15-ofitsialnye-dokumenty/512-normativno-pravovye-dokumenty-mestnoj-administratsii.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ Официальный сайт Лескенского муниципального района Кабардино-Балкарской Республики. Нормативно-правовые акты местной администрации Arxivləşdirilib 2015-06-14 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации
- ↑ "Об образовании новых районов в Кабардино-Балкарской АССР". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- ↑ Административно-территориальные преобразования в Кабардино-Балкарии. История и современность. — Нальчик : Эль-Фа, 2000. — 730 с.
- ↑ "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
- ↑ "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-04.