Lerik Qezet - Wikipedia
Bolluq uğrunda — Sovet dövründən Lerikdə nəşr olunan qəzet[1]
Lerik | |
---|---|
Yaranma tarixi | 1937-ci il, mart |
Dil | Azərbaycan dili |
Ünvan | Lerik |
Haqqında
redaktəİlk sayı 1937-ci ilin martında “Zuvand kolxozçusu” kimi işıq üzü görmüş qəzet sonralar “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətini davam etdirmişdir. Bu gündə fəaliyyətini uğurla davam etdirən “Lerik” qəzeti rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Dəfələrlə müxtəlif mükafatlara layiq görülən “Lerik” qəzeti həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür[2].
2012-ci ildə rayon icra hakimiyyəti başçısının dəstəyi ilə “Lerik” qəzetinin 75 illik yubileyi geniş qeyd edilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, respublikanın digər media orqanlarının nümayəndələri iştirak etmişdir.
İstinadlar
redaktə- ↑ Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006
- ↑ "Lerik" qəzeti — Arxivləşdirilib 2022-03-20 at the Wayback Machinelerik-ih.gov.az saytı
Xarici keçidlər
redaktə Qəzet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |