Leon Festinger - Wikipedia
Leon Festinger (8 may 1919[1][2][…], Manhetten, Nyu-York ştatı – 11 fevral 1989[1][2][…], Nyu-York, Nyu-York ştatı[3]) — ABŞ sosial psixoloqu. O bir çox təcrübələri ilə, xüsusilə isə Koqnitiv dissonans və Sosial müqayisə nəzəriyyələri ilə tanınır.
LEON FESTİNGER | |
---|---|
ing. Leon Festinger | |
Doğum tarixi | 8 may 1919[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 fevral 1989[1][2][…] (69 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Təhsili |
|
Fəaliyyəti | psixoloq, universitet müəllimi[d] |
Elmi dərəcəsi | |
Üzvlüyü |
L. Festingerin valideynləri Rusiyadan olan yəhudi əsilli mühacirlər idi.
Festinger 1939-cu ildə Nyu Yorkdakı City College adlı təhsil müəssisəsini bitirərək bakalavr dərəcəsini qazanmışdır. Bundan sonra o Iowa (Ayova) Universitetində tanınmış sosial psixoloq Kurt Levinin rəhbərlik etdiyi kurslarda təhsilini davam etdirərək psixologiya üzrə ustad və doktor elmi dərəcələrini qazanmışdır.
Karyera
redaktəFestinger karyerası müddətində Iowa, Rochester, Michigan Universitetlərində, Massachusetts Texnologiya Universitetində, Minnesota Universitetində, Stanford Universitetində işləmişdir.
L. Festinger Koqnitiv dissonans tədqiqatını 1954-cü ildə Minnesota Universitetində işləyərkən başlamışdır. Tədqiqatın nəticələrini o, Theory of Cognitive Dissonance (1957) (Koqnitiv dissonans nəzəriyyəsi) kitabında qeyd etmişdir. Bu nəzəriyyəyə görə şəxs bir birinə əks olan iki ideya istiqamətində eyni zamanda hərəkət etməli olanda, o diskomfort (narahatlıq) hiss edir. Məsələn, siqaretin zərərli olduğunu dərk etdiyi halda siqaret çəkmək. Bu halda şəxs narahatlığı azaltmaq üçün ya konflikt yaradan hərəkətə haqq qazandırmalıdır (məs. siqaret çəkmək onun əsəb gərginliyini azaldır), ya da həmin hərəkətdən əl çəkməlidir (yəni, siqaret çəkməyi tərgitməlidir).
Festingerin digər mühüm ideyası onun Sosial müqayisə nəzəriyyəsi (1954) (Social comparison theory) ilə ifadə olunur. Bu nəzəriyyəyə görə insanlar özlərini daha yüksək səviyyəli hesab etdikləri adamlarla müqayisə edərək, özlərində onlarla oxşar və ya eyni cəhətlər tapmağa çalışırlar. Bu proses yuxarı istiqamətlənmiş sosial müqayisə adlanır (upward social comparison). Bundan başqa insanlar özlərini, daha pis şəraitdə olanlarla müqayisə edirlər və bununla özlərinin daha yaxşı vəziyyətdə olduqlarını aydın dərk edirlər. Bu proses aşağı istiqamətlənmiş sosial müqayisə adlanır (downward social comparison).
Şəxsi həyat
redaktəFestinger ilk olaraq Mary Ballou ilə ailə qurmuşdur. Onların üç uşaqları olmuşdur. Bir neçə illik ailə həyatından sonra onlar ayrılmışlar. Festinger sonradan Trudy Bradley ilə ailə qurmuşdur.
Festinger əhəmiyyətli elmi fəaliyyətinə görə müxtəlif fəxri adlarla təltif edilmişdir.
Ən çox tanınmış əsərləri
redaktə- Festinger, L. (1957). A theory of cognitive dissonance. Evanston, IL: Row, Peterson.
- Festinger, L. (1950). lnformal social communication. Psychological Review, 57, 271-282.
- Festinger, L. (1954). A theory of social comparison processes. Human Relations, 7: 117–140.
- Festinger, L, Schachter, S. and Black, K. (1950) Social Pressures in Informal Groups; a Study of Human Factors in Housing. Palo Alto, California: Stanford University Press.
Mənbə
redaktə- Franz Samelson, (2000), "Festinger, Leon", American National Biography Online, February.
- Stanley Schachter, (1994). "Leon Festinger", Biographical Memoirs, 64, 99-111, National Academy of Sciences.
- Colman, A. (2001). Oxford Dictionary of Psychology. Oxford. University Press
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Brozović D., Ladan T. Leon Festinger // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118683470 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.