Lentli Pardaqlama Dezgahi - Wikipedia
Lentli pardaqlama dəzgahı müstəvi, qabarıq və çökük sətlərin üzəri abarziv dənəciklərlə örtülmüş elastiki lentlə emalında tətbiq olunur. Lentli pardaqlama üsullarından asılı olaraq dəzgahlar emal olunan hissələrin növünə uyğun olaraq layihələndirilirlər. Onlar dairəvi, müstəvi və profil dəzgahlarına bölünürlər.
Müstəvi lentli pardaqlama dəzgahları metal lövhələrin və lövhə şəkilli ağac hissələrin emalına yarayırlar. Pardaq lenti iki və ya üç diyircək arasında tarım çəkilir. Tarım qüvvəsi lentin enindən asılı olaraq 30÷90 N/cm arasında yerləşir. Lentin mərkəzləşməsi diyircəklərin çəlləkformalı hazırlanması ilə əldə edilir. Lent dayaq vasitəsilə emal olunan hissəyə sıxılır. Alət kimi elektrokorund və ya silisiumkarbid dənəcikli lentlərdən istifadə olunur.
Tətbiq sahəsi
redaktəDairəvi lentli pardaqlama dəzgahlarında boru, çubuq, diyircək və çənlər emal edilir. Dəzgahın növündən asılı olaraq veriş hərəkəti hissə və ya alət bərkidilmiş support arasında bölünür. Legirli poladların emalında korund-dan istifadə edildiyi halda, çuqun və başqa materialların pardaqlanmasında silisumkarbid geniş tətbiq tapır. Bu dəzgahlar adi xarici dairəvi pardaqlama dəzgahına oxşar quruluşa malikdirlər. Pardaq dairəsinin əvəzində dayaqla hissəyə sıxılan, fırlanan pardaqlama lentindən istifadə edilir.
Profil lentli pardaqlama dəzgahı müxtəlif formalı hissələrin kobud və təmiz emalında tətbiq edilir. Emal çox vaxt dairəvi stollu və ya axın xətli dəzgahlarda aparılır. Alət kimi üzərində müxtəlif ölçülü abraziv dənəciklər bərkidilmiş lentlərdən istifadə olunur. Lentli pardaqlama dəzgahlarının incə emalda tətbiqi, paslanmayan polad, bürünc və sinkdən hazırlanmış lövhələrin daha incə səthin əldə edilməsinə xidmət edir. Dəzgah, üzərində elektrik mühərriki ilə hərəkətə gətirlilən şpindellər bərkidilmiş əsas lövhədən ibarətdir. Stola veriş hidravlik ötürmədən verilir. Son zamanlar robot əlinə bərkidilmiş lentli pardaqlama başlıqlarından da istifadə edilir. CNC idarə sisteminə malik robot lenti səth üzrə verilmiş trayektoriyaya əsasən hərəkət etdirir. Bu texnoloji sistem daha çox sərbəst profilə malik hissələrin (turbin pərləri, ştamp hissələri, rotor lövhələri və s.) emalında tətbiq olunur. Proses zamanı robotun tətbiq məqsədi dəyişilə də bilər. Yəni robot alət əvəzinə hissəni pardaqlama lenti boyunca müəyyən trayektoriya üzrə hərəkət etdirə bilir. Lentli pardaqlama mexanizmləri arasında əl ilə tutulub işlədilən pardaqlama lentləri məlumdur. Bu maşınlar töküklərin üzərində qalan çıxıntıların, qırıntıların təmizlənməsində əlverişli tətbiq oluna bilirlər.
Istinad
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.