Lenin Heykeli Volqa Don Kanali - Wikipedia
Volqa-Don kanalının girişindəki Lenin heykəli (rus. Памятник Ленину у входа в Волго-Донской канал) — Volqa çayı üzərində yerləşən Volqa-Don kanalının girişindəki SSRİ-nin qurucusu Vladimir Leninə həsr olunan heykəl. Volqoqrad şəhərində yerləşən heykəl dünyanın ən böyük heykəllərindən biridir.
Lenin heykəli | |
---|---|
rus. Памятник Ленину у входа в Волго-Донской канал | |
Ölkə | Rusiya |
Yerləşir | Volqoqrad |
Heykəltaraşlar |
Yevgeni Vuçetiç Leonid Polyakov |
Sifarişçi | Rusiya Sovet Federativ Sosialist Respublikasının Mədəniyyət Nazirliyi |
Tikilib | 22 aprel 1973 |
Vəziyyəti | Rusiya Federasiyası mədəni irsi |
Hündürlüyü | 57 metr |
Material | Mis |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəStalin heykəli
redaktəHeykəltəraşları Yevgeni Vuçetiç və Leonid Polyakov olan heykəl İosif Stalinin xatirəsinə 27 iyul 1952-ci il tarixində bura tikilmişdir. Heykəlin tikilməsi üçün xüsusi bir mis hazırlanmışdı. Heykəlin yüksəkliyi 24 metr idi. Destalinizasiya siyasətlərinə görə o vaxta qədər "Stalinqrad" adlanan şəhərin adı 1961-ci ildə Volqoqrad olaraq dəyişdirilməsindən sadəcə 10 gün sonra, heykəl də sökülmüşdür. Heykəlin yerinə 12 illik boş bir təməl qalmışdır.[1]
Lenin heykəli
redaktəBu hadisədən tam 12 il sonra Rusiya Sovet Federativ Sosialist Respublikasının Mədəniyyət Nazirliyi boş qalan yerə Vladimir Leninin xatirəsinə bir heykəlin tikilməsinə qərar vermişdir. Heykəlin heykəltəraşlığı üçün yenə eyni heykəltəraşlar seçildi. Son çertyoj 1969-cu ildə yaradıldı. Heykəlin hazırlanmasına 1969-cu ildə başlandı. 20 aprel 1973-cü ildə heykəlin açılış mərasimi keçirilmişdir.
Texniki məlumatlar
redaktəHeykəldə Anavətən çağırır heykəlində olduğu kimi beton və burazların kombinasiyasından istifadə edilib. Heykəlin ümümi yüskəkliyi altında yerləşən beton təməl ilə birlikdə 57 metrdir.
Heykəl hal-hazırda Rusiyanın mədəni irsidir.[2] 2011-ci ilin mart ayında heykəlin təmir edilməsinin zəruri olduğu bildirilmişdir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Памятник Ленину" (rus). 2012-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
- ↑ "ПАМЯТНИК В.И. ЛЕНИНУ" (rus). Rusiya Federasiyası Mədəniyyət Nazirliyi.[ölü keçid]
- ↑ "Памятнику Ленина в Красноармейском районе грозит разрушение" (rus). 16 mart 2011. 2011-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.