Lendava - Wikipedia
Lendava (mac. Lendva, alm. Lindau) — Sloveniyanın Prekmure regionunda yerləşən şəhər. 1955-ci ildə şəhərin adı Dolnja Lendavadan Lendavaya dəyişdirilmişdir.[2]
Lendava | |
---|---|
46°33′58″ şm. e. 16°27′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 160 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 9220 |
Digər | |
lendava.si | |
Vikianbarda əlaqəli mediafayllar |
Sloveniyada macarların məskunlaşdığı əsas mərkəzlərdən biridir. Memar İmre Makoveç tərəfindən inşa edilən Macarıstan İcma Mərkəzi və teatrı ilə məşhurdur.
Demoqrafiyası
redaktə2002-ci il siyahıyaalınmasına əsasən, şəhərdə əhali aşağıdakı dillərdə danışır:[3]
- Sloven dili 5,516 (49.47%)
- Macar dili 4,390 (39.37%)
- Digər Avropalılar və başqaları 1,245 (11.16%)
- Ümumi 11,151
Tarixi
redaktəAlsólendva 1918-ci ilə kimi Macarıstan Krallığında Zala əyalətində yerləşən bölgə idi.[4] 1941-1945-ci illərdə yenidən Macarıstanın tərkibinə daxil edildi.[5]
Yəhudilərin icması
redaktə18-ci əsrdə şəhərin siyahıyaalınmasına əsas burada iki yəhudi tacirin olduğu müəyyənləşmişdir. Həmin siyahıyaalınmada şəhərin ərazisində yəhudi əsilli tacirlərin, hüquqşünasların, həkimlərin yaşadığını görmək olar. Onlar Lendava şəhərinin iqtisadiyyatının inkişaf etdirilməsində mühüm rol oynamışdılar. Yerli yəhudilər Lendavada ilk bankı açmışdılar. Şəhərin ərazisində yəhudi məktəbi 1850-ci ildə açılmış və 1921-ci ilə kimi fəaliyyət göstərmişdir.
Lendava şəhərindəki sinaqoq Sloveniya ərazisində tərk edilmiş iki sinaqoqdan biridir.
Beynəlxalq əlaqələri
redaktəQardaşlaşmış şəhərlər
redaktəLendava aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır:
- Zalaeqerseq, Macarıstan
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Prebivalstvo - izbrani kazalniki, naselja, Slovenija, letno. Statistical Office of the Republic of Slovenia.
- ↑ Spremembe naselij 1948–95. 1996. Database. Ljubljana: Geografski inštitut ZRC SAZU, DZS.
- ↑ "Statistical Office of the Republic of Slovenia". 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-04.
- ↑ Handbook of Austria and Lombardy-Venetia Cancellations on the Postage Stamp Issues 1850-1864, by Edwin Mueller, 1961.
- ↑ "Lendava municipal site". 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-04.
Xarici keçidlər
redaktə- VikiSəyahətdə Lendava haqqında səyahət məlumatları var.
- Lendava, official page of municipality (in Slovene and Hungarian)
- Lendava Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine, Daily news and videos from Lendava