Lena Ulusu - Wikipedia
Lena ulusu (saxa Лиэнскэй улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Lensk şəhəridir.
Lena ulusu | |
---|---|
60°43′ şm. e. 114°55′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Lensk |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 30 yanvar 1930 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəRespublikanın cənub-qərbində, Prilenski yaylasının daxilində yerləşir. Rayonun ərazisi 77,0 min km²-dir. Ulus şimaldan respublikanın Mirnin, şimal-şərqdən Suntar, şərqdən Olyokmin ulusları, qərbdən və cənubdan İrkutsk vilayəti ilə həmsərhəddir.
Böyük çayı: Lena çayı. Digər çayları: Vitim, Nuya, Peleduy.
Tarixi
redaktəRayon 30 yanvar 1930-cu ildə yaranmışdır.
Əhalisi
redaktə- Urbanizasiya
Şəhər şəraitində (Lensk şəhəri, Vitim və Lepeduy qəsəbələri) ulus əhalisinin 87,15 % -i yaşayır.
Yerli özünü idarəetmə
redaktəLena ulusu ərazisinə 3 şəhər və 8 kənd inzibati vahidliyinə ümumilikdə 19 yaşayış məntəqəsi daxildir[2][3]. Ulusa daxil olan yaşayış məntəqələri:Alısardax q., Batamay q., Beçença k., Vitim ş.t.q., Dorojnı q., İnnyalı q., Kristovski Lesouçastok k., Lensk ş., Murya k., Natora k., Nyura k., Nyura Severnaya k., Orto Naxara k., Peleduy ş.t.q., Tolon k., Turukta q., Xarma q., Çamça q., Yarovslavski q.
Ləğv olunmuş yaşayış məntəqələri
redaktəSaxa Respublikası (Yakutiya) Hökumətinin 26 oktyabr 2001-ci il tarixli 558 nömrəli qərarı ilə Saldıkel kəndinin və Saldıkel kənd inzibati-ərazi bölgüsünün uçot məlumatları ləğv edilmişdir[4].
İqtisadiyyat
redaktəSənaye
redaktəUlus iqtisadiyyatında aparıcı yeri meşə sənayesi tutur (ağac kəsmə, ağac emalı). Digər sahələr: çay və yol nəqliyyat xidməti müəssisələri, tikinti materialları istehsalı, qida sənayesi. Neft sənayesi də inkişaf edir.
Kənd təsərrüfatı
redaktəKənd təsərrüfatı köməkçi xarakter daşıyır. Kənd təsərrüfatı torpaqları 15,9 min ha təşkil edir. Ətlik və maldarlıq, xəz ticarəti, donuzçuluq inkişaf etdirilir, kartof, tərəvəz və taxıl bitkiləri yetişdirilir.
Nəqliyyat
redaktəNəqliyyat əlaqələri çay, avtomobil yolu və hava nəqliyyatı ilə təmin edilir. Lenskdə böyük bir çay limanı vardır. Lena, Peleduy, Vitim, Yaroslavski, Xamra, Saldıkel, Nuya yaşayış məntəqələrində çay limanları vardır.
Ulusla əlaqəli şəxslər
redaktəBöyük Vətən Müharibəsinin məşhur snayperi, Leninqrad Cəbhəsinin snayper yarışmasının banilərindən biri Yeqor Mıreev Beçençada anadan olmuşdur.
İstinadlar
redaktə- ↑ Оценка численности населения на 1 января 2023 года по муниципальным районам.
- ↑ "Закон Республики Саха (Якутия) от 30 ноября 2004 года N 173-З N 353-III «Об установлении границ и о наделении статусом городского и сельского поселений муниципальных образований Республики Саха (Якутия)»". 2019-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
- ↑ "Перечень населённых пунктов, входящих в состав сельских и городских поселений Республики Саха (Якутия)". 2013-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-14.
- ↑ "Изменения в административно-территориальном устройстве и административно-территориальном делении Республики Саха (Якутия) за период с 1 июля 1986 года по 31 мая 2009 года". 2013-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.