Leklerk - Wikipedia
Leklerk — Fransanın əsas döyüş tankı. 1993-cü ildən istifadədədir. Leclercin bir sıra cizgiləri başqa Qərb tanklarından kopiyalanıb. Leclerc inkişaf etdirilmiş zirehə və əlavə olunmuş zirehli plitələrə malikdir. Ekipajı 4 nəfərdən ibarətdir və avto-doldurma mexanizmi var. Tank istər dayanmış, istərsə də hərəkət edən hədəfləri yüksək dəqiqliklə vura bilir. 56 tonluq tankın dizel mühərriki 1500 at gücündədir və 1300 litr yanacaqla tankı 550 km-lik hərəkət mənzilinə çatdıra bilir. Saatda 72 km sürətlə hərəkət etməyə qadir olan tank, qeyri-asfalt yolda saatda 55 km sürətlə hərəkət edir. Dəqiqədə 12 dəfə atəş açmağa qadir olan tank, şnorkellə suyun dibində hərəkət edə bilər. Hazırda Fransa (406) və Birləşmiş Ərəb Əmirlikləri (388) orduları bu tankdan istifadə edir. Mühərriki Wärtsilä adında bir Finlandiya şirkəti tərəfindən istehsal olunur. 1992-ci ildən bu yana istehsal olunur. Avropada istehsal olunan 2-ci ən güclü və modern tankdır. Budan əlavə Leclerc dünyada ən bahalı tankdır (bir dənə Leclerc 18.7 milyon avro). Leclerc-in çəkisi 54.6 ton-dur. Zirehiysə NATO standartlarına cavab verən NERA zirehidir. Leclerc tankları 550 km ərazidə əməliyyat apara bilirlər. AMX Leclerc Fransa istehsalı döyüş tankıdır. 1993-cü ildən silahlanmaya daxil olub. Tank müasir modulyar kompozit zireh ilə qorunur. Zirehində polad, keramika və kevlar materiallarından istifadə edilib. Zədələnən bloklar asanlıqla dəyişdirilir. Gövdənin üstü və qülləsi yuxarıdan gələn raketlərdən qoruna bilir.
Leklerk | |
---|---|
Tipi | |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1993- davam |
İstismara başlanması | 1993 |
İstismar edənlər | Fransa BƏƏ |
İstehsal tarixçəsi | |
Konstruktor | GIAT Industries (indi Nexter) |
Xüsusiyyətləri | |
Ağırlığı | 78 ton |
Zireh | NERA, Titanium, Polad |
Şose sürəti | 72 km/h |
Əsas silah | 120 mm tank topu |
Köməkçi silah | 12.7 mm pulemyot |
Uzunluğu | 9.87 m |
Eni | 3.71 m |
Hündürlüyü | 2.53 m |
Ekipaj | 4 |
Vikianbarda əlaqəli mediafayllar |
Leclerc 120 mm-lik yivsiz CN120 topu ilə təchiz edilib. Avto dolduruculu top sistemi dəqiqədə 12 mərmi ata bilir. Topu ilə bir dəqiqədə 2 km məsafədə yerləşən 6 ayri hədəfi 95% dəqiqliklə vurur. 50 km/saat ilə hərəkət edərkən 4000 m məsafədə yerləşən hədəflərini məhv edir. Əlavə silahı 2 ədəd 12,7 və 7,62 mm-lik pulemyotlardır.
Tank 1500 at güclü V8X-1500 dizel mühərriki istifadə edir. Mühərriki çöl şəraitində 30 dəqiqə müddətində dəyişdirilə bilir. Uzunluğu 9,87 m, eni 3,6 m, ağırlığı 56 tondur. Maksimal sürəti 72 km/saat, hərəkət mənzili 550 km təşkil edir. Tank avtomatik şəkildə komanda məntəqəsinə tankın yerləşdiyi yer, sursat və yanacaq miqdarı haqda məlumatlar ötürür. Fransa və BƏƏ ordusu tərəfindən istifadə edilir.
İstifadəçilər
redaktəFransa 426 ədəd
BƏƏ 434 ədəd
Qatar 40 ədəd
Kolumbiya 34 ədəd