Lea Sirk - Wikipedia
Lea Sirk (1 sentyabr 1989, Koper[d]) — Sloveniya müğənnisi və bəstəkarı. O, "Hvala, ne!" mahnısı ilə Sloveniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Lea Sirk | |
---|---|
sloven. Lea Sirk | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Koper, Sloveniya, Yuqoslaviya Sosialist Federativ Respublikası |
Vətəndaşlığı | Sloveniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2006–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəLea Sirk 1 sentyabr 1989-cu ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Koper şəhərində anadan olmuşdur. O, Cenevrə Musiqi Konservatoriyasında fleyta üzrə təhsil almışdır. Lea eyni zamanda bir çox beynəlxalq festivallarda iştirak etmişdir, lakin o, Sloveniyada Bitka talentov məharət yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. Həmin yarışmada ifaçı ikinci yerə layiq görülmüşdür.
2011-ci ildə Lea Sirk Leaparfume qrupunun üzvü olaraq Sloveniyanın 2011 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş, lakin heç bir uğur qazana bilməmişdir. 2014-cü ildə Lea Sloveniyanın Avroviziya təmsilçisi Tinkara Kovaçı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Həmin ildə ifaçının Roža adlı debüt albomu işıq üzü görmüşdür.
Lea 2017-ci ildə solo ifaçı olaraq "Freedom" mahnısı ilə Sloveniyanın RTV SLO telekanalının 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turunda iştirak etmiş, lakin seçim turunun ilk mərhələsinə məğlub olmuşdur. Növbəti ildə Lea Sirkin "Hvala, ne!" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil edilən milli seçim turunda yenidən iştirak edəcəyi təsdiqlənmişdir. Fevral ayında baş tutan yarışmada Lea səsvermədə rəqiblərini məğlub edərək, qalib gəlmiş və "Hvala, ne!" mahnısı ilə Sloveniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.[1][2] Lea 10 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 17-ci səhnə almışdır. Nəticədə ifaçı 8-ci yerdə qərarlaşaraq, final mərhələsində yer almışdır. Finalda Lea 64 xalla 22-ci olmuşdur.
Diskoqrafiya
redaktəAlbomlar
redaktəAlbom adı | İl |
---|---|
Roža | 2014 |
Sinqllar
redaktəMahnı adı | İl |
---|---|
"Povej mi, kdaj" | 2007 |
"Kaj bi rad" | 2009 |
"Znamenje iz sanj" | |
"Vampir je moj poet" | 2010 |
"Vse je le "a"" | |
"A bi? Ti bi!" | 2012 |
"Song 6" | |
"Čudovit je svet" | |
"Ura je 8" | 2013 |
"Tako je" | 2014 |
"Freedom" | 2017 |
"Hvala, ne!" | 2018 |
"Moj Profil" | |
"Recept Za Lajf" |
İstinadlar
redaktə- ↑ "Lea Sirk wins EMA 2018 in Slovenia". eurovision.tv. Avropa Yayım İttifaqı. 24 fevral 2018.[ölü keçid]
- ↑ "On her way to Lisbon! Lea Sirk wins EMA 2018 with "Hvala, Ne!"". escXtra. 24 fevral 2018. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-25.
Əvvəlki: Omar Naber "On My Way" |
Sloveniya Avroviziya Mahnı Müsabiqəsində 2018 |
Sonrakı: Zala Kraly və Qaşper Şantl "Sebi" |