Laperuz Bogazi - Wikipedia
Laperuz boğazı (rus. Пролив Лаперуза) və ya Soya boğazı (yap. 宗谷海峡) - Sakit okeanda Saxalin adası və Hokkaydo adalarını ayırır, Yapon dənizi və Oxot dənizilərini birləşdirir. Uzunluğu 94 km, eni isə 43 km təşkil edir. Orta dərinlik 20–40 m-dir. Ən dərin yeri isə 118 m təşkil edir. Qışda boğazın ərazisi donur. Boğazın adına gəldikdə isə fransız səyyahı Jan Fransua de Laperuz 1787-ci ildə boğaz ərazisini üzərək keçir. Yaponiya sahillərində Vakkanay limanı yerləşir. Boğaz ərazisində sərt qayalıqlardan ibarət olan Təhlükəliklər adası mövcuddur.
Laperuz boğazı | |
---|---|
yap. 宗谷海峡 | |
Ümumi məlumatlar | |
Eni | minimum 43 km |
Uzunluğu | 94 km |
Ən böyük dərinliyi | 118 m |
Orta dərinliyi | 20-40 m |
Yerləşməsi | |
45°43′20″ şm. e. 142°01′36″ ş. u.HGYO | |
Ölkələr | |
Ayırır | Saxalin adasını Xokkoyda adasından |
Sonuncu burun | Krilon/Soya-Misaki |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Planlar
redaktəMüəyyən zamanlarda tunel tikintisi ilə boğazın altı ilə Saxalin adasına yol çəkilişi planlaşdırılırdı. Hədəf isə Yaponiyanı materikə birləşdirən yol tikintisi idi. Ancaq hal-hazırda bununla bağlı heç bir tədbir görülmür.
Mənbə
redaktə- Laperuz boğazı Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine