Laosan - Wikipedia
Laoşan Şanyü (çin: 老上單于, E.ə. 174 – E.ə. 160) — hunların üçüncü şanyüsü.
Laoşan Şanyü | |
---|---|
老上單于 | |
E.ə. 174 – E.ə. 160 | |
Əvvəlki | Mete xaqan |
Sonrakı | Günçen |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | E.ə. 160 |
Milliyyəti | Hun |
Atası | Mete xaqan |
Uşaqları |
Günçen İçiz Hunye Syuçu |
Dini | Tenqriçilik |
Adı
redaktəMete xaqanın oğlu. Anadan olarkən ona Çiçu adını qoymuşdular (稽粥). Laoşan adının mənbəyi məlum deyil. Hulsevə görə bu Hun dilindəki bir sözün tərcüməsi yaxud sözün bənzədilməsi ola bilər[1]. Çin dilində Laoşan "qoca və üstün" mənasına gəlir. Hun dilində olan adının Kökxan olduğu düşünülür.
Hakimiyyəti
redaktəOnun hakimiyyəti dövründə Hunlar Çinə böyük yürüş başlatdılar. Laoşanın istəyi Çini tamamilə ələ keçirmək idi. E.ə. 166-cı ildə Hunlar 140.000 əsgərlə birlikdə paytaxt Siana çatarkən imperator ətraf ərazilərdən yığdığı 100.000 əsgərlə onu qarşılamağa çıxdısa da Laoşan geriyə, Monqolustana çəkildi. Onun bu səyahəti bir ay çəkdi. O daha sonra 10.000 hun əsgəri ilə Lyaodun yarımadasına hücuma keçdi. İndiki Pekinin yaxınlıqlarında yerləşən Çili şəhərinəcən gələn Laoşan imperatorun sülh təklifi ilə razılaşaraq geri qayıtdı. Mərkəzi Asiyadakı son Hind-Avropa qövmü olan Yueçjilər qovuldu. E.ə. 162-ci ildə Yueçji xanının qafatasından qımız qabı düzəldən Laoşan imperiyanı qərbə doğru genişlətdirdi. Sonradan bu qab atadan-oğula keçməyə başladı. O hakimiyyətə gələn kimi İmperator Venin qızı ilə evlənmişdi.
Ölümü və ailəsi
redaktəO e.ə. 160-cı ildə vəfat etdi. Övladları:
İstinadlar
redaktə- ↑ Hulsewé, A.F.P. (1979). China in Central Asia: The Early Stage 125 BC – AD 23: an annotated translation of chapters 61 and 96 of the History of the Former Han Dynasty. Introduction by M. A. N. Loewe. ISBN 90-04-05884-2. Leiden: E. J. Brill
SƏLƏF Mete xaqan |
Laoşan E.ə. 174 - E.ə. 160 |
XƏLƏF Günçen |