Lancelotto Malocello - Wikipedia
Lantserotto Maloçello və ya Lançelotto Maloçello (lat. Lanzarotus Marocelus, it. Lanzerotto Malocello; 1270[1] – 1336[1], Genuya) — genuyalı , Kanar adalarından biri olan Lansarote adasının adını daşıyan səyyah[2].
Lançelotto Maloçello | |
---|---|
Doğum tarixi | 1270[1] |
Vəfat tarixi | 1336[1] |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d] |
Maloçellonun 1291-ci ildə Hindistana gedərkən Kanar adalarında olan və taleyi bilinməyən Vandino və Uqolino Vivaldi qardaşlarını axtarmağa getdiyinə inanılır[3]. Maloçello 1312-ci ildə adalara gəldi və quançilər üsyanı tərəfindən qovulana qədər təxminən iyirmi il orada qaldı. Bu qiyam haqqında məlumat çox azdır, lakin onun adadakı varlığı, bir əsr sonra yazılmış və Maloçello tərəfindən tikilmiş qalanın adada hələ də tapıla biləcəyini söyləyən Jan de Betankurun salnamələri də daxil olmaqla müxtəlif mənbələr tərəfindən təsdiqlənir. Maloçello qalası müasir Teqisenin üstündə və ondan uzaqda yerləşirdi.
Maloçello adada görünəndə Zonzamas adlı bir kral tərəfindən idarə olunurdu. Ardınca qızı İko, əri Quanarteme ilə gəldi. Onların oğlu Quadarfia[4], 1402-ci ildə Jan de Betankurun ekspedisiyasını qarşılayan adanın hakimi idi.
Kartoqrafçı Ancelino Dalorto adaya ilk dəfə Maloçello (Insula de Lanzarotus Marocelus) adını vermiş, Lansarotenin yerli sakinləri adaya Tit-Roy-Qatra adını vermişlər. Lançelotto — Lanselot adının İtalyan formasıdır[5].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France Lanzarotto Malocello // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ "Diccionario Ínsuloamaziq". Ignacio Reyes García. 2013-10-21 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Nuova pagina 0". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
- ↑ ""Lanzarote honors Lancelotto Malocello on the 700 anniversary of his arrival on the island", La Voz, April 27, 2012". January 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2021.
- ↑ Kisholm, Hyu, redaktorMalocello, Lanciloto // Britannika Ensiklopediyası. 17 (XI). Cambridge University Press. 1911. səh. 494.
Ədəbiyyat
redaktə- Acosta, José Juan; Félix Rodríguez Lorenzo; Carmelo L. Quintero Padrón. Conquista y Colonización. Santa Cruz de Tenerife: Centro de la Cultura Popular Canaria. 1988. 23.