Lalezar Korpusu - Wikipedia
Laləzar körpüsü[2] – Qubadlı rayonunun Əliquluuşağı kəndində yerləşən tarixi memarlıq abidəsi.
Laləzar körpüsü | |
---|---|
| |
39°26′27″ şm. e. 46°27′45″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Əliquluuşağı, Qubadlı rayonu |
Yerləşir | Qubadlı rayonu |
Memar | naməlum |
Tikilmə tarixi | 1867 |
Eni | 4,31 m |
Material | daş[d] |
Vəziyyəti | naməlum[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Abidə haqqında
redaktəLaləzar körpüsünün tikilmə tarixi 1867-ci il götürülür. Lakin bəzi mənbələr körpünün daha əvvəl, XVIII əsrdə tikildiyini bildirirlər. Bərgüşad çayı üzərində salınmış abidə bir tağlı olub alt hissəsi oval, yuxarı hissəsi düz formalıdır. Azərbaycanda olan bir çox tarixi körpülər kimi dayaq üçün təbii qayalardan istifadə edilmişdir. Laləzar körpüsünün eni 2,8 metr, su səthindən hündürlüyü 4,5 metrdir[3]. XX əsrin birinci yarısında yaşayan yaşlı ağsaqqalların körpünün tikilməsi barədə danışdıqlarına görə, Laləzar adlı şəxsin atası Xoca Simon əsrin əvvəllərində Əliquluuşağı kəndindən olan bəydən baha qiymətə bağ sahəsi alır. Kəndin 2000 m-liyində olan bağ sahəsi satılandan sonra həmin bağla birlikdə 1000 ha-dan artıq böyük ərazi ermənilərin əlinə keçir.Xoca Simonun (Əhliman Axundovun "Qaçaq Nəbi" kitabında Nəbinin "Yazı düzü"ndə Xocanın varidatını alıb yoxsullara paylaması səhnəsinə rast gəlinir) oğlu Laləzar XIX əsrdə körpünü tikdirir. Məqsəd aclıq və səfalət içərisində yaşayan Zəngəzurun erməni kəndlərini Azərbaycan meşələrinə qovuşdurmaq olmuşdur. Keçən əsrin ortalarında Xınzırək (Xındzoresk), Dığ (Tex) və başqa erməni kəndlərinin qənşərindəki dağ yamacından camaat arasında "Erməni yolu" adlanan yol ilə ermənilər dəstə-dəstə odun, kömür və meşə materialları daşıyardılar.[4]
İstinadlar
redaktə- ↑ "Dağıdılmış daş yaddaşımız". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
- ↑ "Laləzar körpüsü körpüsü". 2019-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
- ↑ "Əsirlikdə olan Azərbaycan abidələri". 2017-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-03.
- ↑ "Qədim körpülər". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.