Lale Kerimova - Wikipedia
Lalə İslamovna Kərimova-Tillayeva (özb. Lola Islomovna Karimova-Tillaeva) — Özbəkistanın UNESCO-dakı daimi nümayəndəsi,[1] diplomat, Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun kiçik qızı, ölkəsində xeyriyyə işləri, mədəniyyət və idmana dəstəyi ilə tanınır.
Lalə Kərimova-Tillayeva | |
---|---|
özb. Lola Karimova-Tillyaeva | |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Özbəkistan SSR, SSRİ |
Həyat yoldaşı | Timur Tillayev |
Uşaqları |
Məryəm, Ömər, Səfiyə |
Atası | İslam Kərimov |
Anası | Tatyana Kərimova |
Təhsili |
Özbəkistan Milli Universitet, Harvard Universiteti |
Fəaliyyəti | diplomat |
lolakarimova.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Təhsili
redaktəDaşkənt Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində beynəlxalq hüquq üzrə magistr dərəsəbini, sonra isə Daşkənt Dövlət Universitetində dussertasiya müdafiə edərək psixologiya elmlər namizədi elmi dərəcəsi alıb.
Həyatı
redaktəLalə Kərimova 1978-ci ildə iyulun 3-də Daşkənddə anadan olub.
İki dəfə ailə həyatı qurub. Həyat yoldaşı Timur Tillayev biznesmen, Harvard universitetinin məzunudur. Üç uşağı var: qızı Məryəm, oğlu Ömər və qızı Səfiyə.
Fəaliyyəti
redaktəO, Özbəkistanda iki iri xeyriyyə təşkilatının təsisçisidir. "Sən tək deyilsən" (özb. Sen Yolgiz Emassan) yetim, əlil uşaqlara dəstək üçün yaradılıb.
İstinadlar
redaktə- ↑ "Uzbekistan | United Nations Educational, Scientific and Cultural Organization". 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.
Xarici keçidlər
redaktə- Özbəkistan prezidentinin qızları – Lalə və Gülnarə Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine (az.)
- "Milyonçu" layihəsi: Milyardlıq varidat, milyonluq villalar, "mafiyanın gəlini" və küsülü bacı – "MİLYONÇU". publika.az, 22.08.2015 (az.)