Lale Abbasova - Wikipedia
Lalə Abbasova — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı,[1] jurnalist.
Lalə Abbasova | |
---|---|
2005 – 2010 | |
Seçki dairəsi | 2005 — 55 saylı Xaçmaz şəhər |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Arif Əşrəfov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 iyun 1955 (69 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | jurnalist |
Həyatı
redaktəLalə Abbasova 1955-ci il iyunun 9-da Xaçmaz şəhərində anadan olmuşdur. Ata tərəfdən əsli Quba rayonunun Xınalıq kəndindəndir. Anası isə Bakıda anadan olsa da İran Azərbaycanından, Ərdəbildəndir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
1972-ci ildən Xaçmaz şəhərində uşaq bağçasında musiqi müəllimi işləmişdir.
Üç övladı — 1 oğlu, 2 qızı vardır.
İctimai-siyasi fəaliyyəti
redaktə1977-ci ildən "Вышка" qəzetinin korrektoru, baş redaktor müavini, 1998-ci ildən "Ваш дом" jurnalının redaktoru vəzifələrində çalışmışdır. 2000-ci ildən "Мир женщин" qəzetinin baş redaktorudur.
Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı olmuşdur.
"Qadın və tərəqqi" ictimai birliyinin sədridir.
Bədii fəaliyyəti
redaktə"XX əsr Azərbaycan qadınları" üç cildlik ensiklopedik toplusunun müəllifidir.
Lalə Nikbin təxəllüsü ilə bədii yaradıcılıqla məşğul olur. Mahnı bəstələyir, hekayələr yazır. On iki mahnısı vardır. Həvəskar bəstəkardır.
İstinadlar
redaktə- ↑ "Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR". 2017-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-09.