Lado Mesxisvili Adina Kutaisi Gurcu Teatri - Wikipedia
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı — Gürcüstanın Kutaisi şəhərində yerləşən gürcü dram teatrıdır.
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Əsası qoyulub | 1861[1] |
Yerləşməsi | |
42°16′20″ şm. e. 42°42′19″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Yerləşir | Kutaisi şəhəri |
Ünvan | ქუთაისი, დავით აღმაშენებლის მოედანი №1, ქუთაისი[2] |
|
|
meskhishvilitheatre.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Teatr Rioni çayının sol sahilində, Qurucu David Meydanında, Gelati Manastırına aparan Gelati küçəsinin başında yerləşir. Yaxınlıqda Kolxida əfsanələrindən ibarət heykəllər olan gözəl Kolxida fəvarəsi var.[1]
Teatrın tarixi
redaktəKutaisi şəhərində ilk teatr 1861-ci ildə qurulub. Teatr qurulmasından bir il əvvəl isə teatr binası tikilmışdır. Teatr binası Renessans üslubunda boz daşdan inşa edilmişdir. Bina 700 oturacaqlı oval zala malik idi. Fasadın qarşısında sütunların, heykəltəraşlıq nümunələrinin və tağlı pəncərələrin olması binanı memarlıq abidəsi halına gətirdi. Teatr binası nəinki o, dövrdə, hətta indi də Cənubi Qafqazın ən gözəl teatr binalarından sayılır.[1] 1880-ci ildə A. Lordkipanidzenin rəhbərlik etdiyi Kutaisi teatrında ilk peşəkar truppa yarandı.
Teatra fərqli vaxtlarda rəhbərlik edən şəxslər: Akaki Sereteli, K.Mesxi, V.Şalikaşvili, V.Qunia, Ş.Dadiani, M.Koreli, Lado Mesxişvili, Şota Manaqadze olmuşdurlar.
1940-cı ildə teatra Lado Mesxişvilinin (Aleksi Mesxişvili) adı verilmişdir.[1] 1938-1952-ci illərdə teatra Dodo Konstantinoviç Antadze rəhbərlik etmişdir.[3]
1958-1959-cu illərdə Akaki Vasadze teatrın direktoru olur.[4]
Teatrda Akaki Sereteli, Aleksandr Kazbeqi, Giorgi Eristavi, David Kldiaşvili, Aleksandr Qriboyedov, Nikolay Qoqol, Aleksandr Ostrovski, Anton Çexov, Vilyam Şekspir, Fridrix Şiller və digər dramaturqların əsərləri səhnələşdirilib.[1]
Müasi dövr
redaktə2008-ci ildə teatrın tarixində əhəmiyyətli hadisə baş verdi. Belə ki, Kutaisidə teatrın tarixinə həsr olunmuş kiçik bir səhnə və muzey ekspozisiyası yaradıldı. 2010-cu illərdə teatr truppasında görkəmli aktyor və rejissor heyəti toplaşmışdır. Teatra girişin sağ tərəfində komediya aktyoru İ.Xviçiyanın abidəsi qoyulub.
Hər il Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı İmereti bölgəsinin peşəkar və xalq teatrlarını birləşdirən "Teatr İmereti" festivalını keçirir. Hazırda teatrın truppasında 50-dən çox aktyor cəmləşib. Onların arasında Gürcüstanın Xalq artistləri, dövlət mükafatları laureatları da var. Tamaşalardan əlavə, Kutaisi Dövlət Dram Teatrının səhnəsində müxtəlif tədbirlər də keçirilir. Məsələn, Şəhər Günündə burada Gürcüstan milli mahnı və rəqs ansamblını görmək mümkündür.[5]
Teatr truppası
redaktəLado Mesxişvili adına Kutaisi Gürcü Teatrı truppasında görkəmli gürcü aktyorları: Nodar Çxeidze, E. Mesxi, K. Mesxi, Ş. Dadiani, Y. Zardalişvili, V. Balançivadze, A. Murusidze, I. Xviçia, Ş.Khoneli, K.Abesadze, M.Gelaşvili, V.Qventsadze, T.Qviniaşvili, A. Kelbakiani, T. Kiknadze, B.Kokeladze, Q.Kokeladze, K.Kolkhideli, V.Meqrelişvili, Q.Natşlişvili, S.Pirveli, N.Saqaradze, M.Svanidze, Ş.Xadjalia, N. Tsinamdzqvari, A.Çikvinidze, E.Verulaşvili; rejissor A.E.Çxartişvili çalışmışdı.
Yelena Dmitriyevna Axvlediani 1920-ci illərdə teatrda tamaşaların dekorasiyası üzərində işləmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Большая советская энциклопедия. Гл. ред. Б. А. Введенский, 2-е изд. Т. 24. Кукуруза — Лесничество. 1953. 620 стр., илл.; 62 л. илл. и карт.
- ↑ Wiki Loves Monuments monuments database. 2017.
- ↑ Театральная энциклопедия. Гл. ред. С. С. Мокульский. Т. 1 — М.: Советская энциклопедия, 1961, 1214 стб. с илл., 12 л. илл.
- ↑ Новая Российская энциклопедия: в 12 т. / Редкол.: А. Д. Некипелов, В. И. Данилов-Данильян и др. — М.: ООО «Издательство „Энциклопедия“» Т. 3 Бруней — Винча, 2007. — 480 с.: ил.
- ↑ "Кутаисский театр имени Месхишвили". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.