La Plata Hovzesi Olkeleri - Wikipedia
La-Plata hövzəsi ölkələri — Argentina, Paraqvay və Uruqvay Cənubi Amerikanın cənub-şərqində, La-Plata çayı hövzəsində yerləşir. Tərkibinə 3 respublika, həm də asılı ərazi — Böyük Britaniya ilə Argentina arasında münaqişəli Folklend adaları daxildir. La-Plata hövzəsi LA-nın yeganə regionudur ki, əsasən subtropik və mülayim iqlim qurşağında yerləşir. Cənub yarımkürəsində ən iri məhsuldar qaratorpaqlar olan Pampa La-Plata hövzəsində yerləşir. Bu ölkələr zəngin və müxtəlif faydalı qazıntı resurslarına malikdir. Regionun əhalisinin böyük hissəsi Avropadan gələnlərin nəsilləridir. Ərazisinin böyüklüyünə görə Cənubi Amerikada ikinci yeri tutan Argentina adambaşına düşən gəlirə görə LA ölkələri arasında ilk sıralardadır. Son illərdə emaledici sənayenin (metallurgiya, maşınqayırma, kimya) sürətli inkişafı Argentinanı İEÖ-lərə yaxınlaşdırmışdır. Ölkənin əsas istehsal gücü La-Plata hövzəsinin Pampasında təmərküzləşmişdir. Uruqvayda kənd təsərrüfatının heyvandarlıq sahəsi yüksək inkişaf etmişdir. Aqrar ölkə olan Paraqvay qitədə iqtisadiyyatı zəif inkşafa malik ölkə kimi qyed alınır. Qərbi Avropa ölkələri ilə ənənəvi iqtisadi əlaqələr nəticəsində regionun xarici ticarətində ABŞ-nin rolu xeyli azdır. Son onillikdə regionun inkişafı durğunluq keçirir. Buna ABŞ, Kanada, Avstraliya Ittifaqı və Yeni Zelandiya tərəfindən dünya bazarına çıxarılan taxılın, ətin və yunun rəqabəti səbəb olmuşdur[1].
İstinadlar
redaktə- ↑ Nəriman Cəbrayılov. Coğrafiya. Bakı: Hədəf Nəşrləri. 2015. səh. 355.