Lenkeran Hadiseleri - Wikipedia
Lənkəran hadisələri – 1990-cı ilin yanvarında SSRİ ordusu tərəfindən Azərbaycan SSR-nin Lənkəran rayonunda baş vermiş qırğın.[1]
Qara Yanvar | |||
---|---|---|---|
Tarix | 19–20 yanvar 1990-cı il | ||
Yeri | Lənkəran, Azərbaycan SSR | ||
Nəticəsi | 6 nəfər mülki şəxsin qətlə yetirilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Hadisə nəticəsində Tariyel Abdullayev, Salman Baxşıyev, Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov və Şahin Məmmədov rus hərbçiləri tərəfindən Lənkəranın Haftoni meşəliyində öldürülmüşdür.
Həmin dövrdə Azərbaycanda müstəqillik hərəkatı güclənmişdi və Cəlilabad ilə Astarada sərhəd zastavalarının nəzarət-keçid məntəqələri dağıdılmışdı. SSRİ hökuməti bunun qarşısını almaq üçün 1990-cı ildə Azərbaycana qoşun yeritmişdir.
Şahidlərin dediyinə görə Lənkərana yeridilən SSRİ hərbçiləri xalq hərəkatı nümayəndələrindən silahları təhvil verməyi tələb edir və hədə-qorxu gəlirdilər. Vəziyyətin gərginləşdiyini görən fəallar dağlıq meşə zolağına çəkilsələr də, Sovet hərbçiləri dərhal meşəliyi mühasirəyə alaraq oradakı adamlara atəş açmağa başlamışdırlar. Baş vermiş hadisə nəticəsində altı lənkəranlı şəxs ölmüşdür. Hazırda həmin şəxslər Lənkəran şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunublar.
Zəmin
redaktəErməni separatçılarının, Azərbaycana qarşı ərazi iddialır və həmsərhəd ərazilərdə törətdikləri təxribatlara qarşı mərkəzi və yerli hakimiyyətə qarşı Lənkəranda etirazlara səbəb olmuşdu. 1990-cı ilin yanvarında əhali tərəfindən, yaranmış gərgin ictimai-siyasi vəziyyətdən çıxmaq üçün yanvarın 10-dan 11-nə keçən gecə Lənkəranda 300 nəfərdən ibarət Müvəqqəti Müdafiə Komitəsi yaradılıb.[2] Güc strukturlarının fəaliyyətinin dayandırılması barədə yerli radio vasitəsilə bəyənat səsləndirilib.
Hadisələrin törədilməsi
redaktəYanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrin Bakıdakı qətliamdan qəzəblənən lənkəranlılar mərkəzi meydanda mitinqləri davam etdirərkən meydanın üzərində hərbi vertalyotlar görünüb.
Bakıda televiziyanın enerji bloku partladıldıqdan və Şuşa televiziyasının da yayımı hərbçilər tərəfindən dayandırıldıqdan sonra insanları məlumatlandırmaq üçün fəaliyyət göstərən Lənkərandakı teleradio ötürücü stansiyasından dünyaya çıxışı olan media qurumlarına 4 dildə məlumatlar çatdırılıb.
Yanvarın 20-dən sonra sovet hərbi rəhbərliyi Astara və Lənkəran komandanlığındakı hərbi hissələrə əlavə qüvvələr gətirilib və müdafiə şurasının ləğv edilməsi, silahların təhvil verilməsi tələb olunub.
Yanvarın 25-də 300 nəfərlik Müvəqqəti Müdafiə Komitəsinə hərbçilər tərəfindən silahı yerə qoymaq tələb olunub və 26-sı saat 17:00-dək vaxt verilib. Şəhər ərazisində qanlı hadisələrin baş verməməsi üçün Komitə üzvlərinin təxminən yarısı gecə ilə Haftoni qəsəbəsi ərazisindəki meşəliyə çəkiliblər. Lakin verilən müddət başa çatmadan xüsusi təyinatlı qoşun hissələri zirehli texnika və hərbi vertalyotlardan istifadə etməklə Haftoni qəsəbəsi istiqamətində hücuma keçiblər. Açılan atəş nəticəsində bir motosikletin yanacaq çəni partlayıb və üç gənc yanaraq həlak olub. Hərbçilər tərəfindən daha iki nəfər güllələnərək qətlə yetirilib, ona yaxın şəxs isə güllə yarası alıb. Bir neçə saatlıq qarşıdurmadan sonra 50 nəfər fədai hərbçilər tərəfindən həbs olunub.[2]
İstinadlar
redaktə- ↑ "20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ LƏNKƏRANDA BÖYÜK EHTİRAMLA ANILIB". lenkeran-ih.gov.az (az.). Lənkəran Şəhər İcra Hakimiyyəti. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyl 2024.
- ↑ 1 2 Asəf Əhmədov. "20 Yanvar faciəsi: Lənkəran azadlıq mübarizəsində 11 şəhid verib - FAKT". report.az (az.). 20 yanvar 2024. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyl 2024.