Lekercay - Wikipedia
Ləkərçay - Haqqında Məlumat
Ləkərçay - Lənkərançayın sağ qoludur. Lerik və Lənkəran rayonları ərazisindən axır.
Ləkərçay | |
---|---|
Keçdiyi ərazilər | Azərbaycan |
Uzunluğu | 84 km |
Hövzəsinin sahəsi | 98 km² |
Ümumi məlumat
redaktəUzunluğu 84 km, hövzəsinin sahəsi 98 km²-dir. Mənbəyi Talış silsiləsinin cənub-şərq hissəsindən (2000 m) başlayır. Axımı bilavasitə yağış sularından əmələ gəlir. Çayda ən böyük su daşqını payız və qış fəsillərində müşahidə edilir. İllik axımının təxminən 55-60%-i bu fəsillərdə keçir. Ən az su sərfi iyul-avqust aylarında olur.
Ləkərçayın aşağı axımından suvarma işlərində istifadə edilir. Ləkərçay, Ləmərçay da adlanır.
Həmçinin bax
redaktəMənbə
redaktə- Ləkərçay Arxivləşdirilib 2005-01-10 at the Wayback Machine