Lutfu Kirdar Konqres Ve Sergi Sarayi Istanbul - Wikipedia
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı | |
---|---|
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (İstanbul) | |
41°02′49″ şm. e. 28°59′33″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Şişli, İstanbul, Türkiyə |
Memar | Paolo Vietti-Violi, Şinasi Şahingəray, Fazil Aysu |
Tikilmə tarixi | 3 iyun 1949 |
Vəziyyəti | saray |
Rəsmi sayt | icec.org/tr |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Xüsusiyyətləri
redaktə1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır.
Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir[1].
Rumeli Mərkəzi qeydetmələr və sərgilər üçün nəzərdə tutulmuşdur və sahəsi 7.000 m²-dir[2]. Hisar iclas Salonu kiçik ölçülü iclas otaqları və Rumeli Terası binanın hissələridirlər. Ənənəvi Boğaziçi Borsa restoranı həftənin 7 günü açıq olur və 250 qonaq qəbul etmək iqtidarındadır.[3] İstanbul Konqres Mərkəzi və Hərbi Möhsün Ərtoğrul binalarını birləşdirən keçidin yerləşdiyi küçə nəqliyyata qapalıdır.[4]
İstinadlar
redaktə- ↑ "Lütfü Kırdar Konqres və Sərgi Sarayı (İstanbul)". 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ "Lütfi Kırdar Uluslararası Kongre ve Sergi Sarayı'ndaki 'Fashionist' isimli özel etkinlik". 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ ""Salonlar"". 2016-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-23.
- ↑ ""İşte yeni Muhsin Ertuğrul Sahnesi"". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.