Kunq Fu - Wikipedia
Kunq Fu (功夫, Pinyin: gōngfu) — Çində yaranmış döyüş sənəti.
"Kunq" sözünün mənası "nailiyyət","əməl","Fu" sözü isə "insan" deməkdir. Beləliklə, "Kunq Fu" "İnsan nailiyyəti" kimi tərcümə olunur. Kunq Fu bədənin və fikrin güclənməsinə və təkminləşməsinə xidmət edir. Kunq Fu əslində üç əsrdən çox olan Uşunun məşq rejimidir. Kunq Funun 400-dən çox fəndi var. Bu fəndlərdən ən çox tanınanları Pələng, Meymun, Kobra, Qartal, Durna və Sərxoş adam fəndləridir. Kunq Fu yarandığı vaxtlarda onu yalnız çinlilərə öyrətmək olardı, indi isə o bütün dünyada məşhurdur. Kunq Funu bütün dünyada tanıdan aktyorlar Brüs Li, Ceki Çan və Cet Lidir.
Kunq Funun tarixi
redaktəKunq Funu Konfutsi və Lao Çe bizim eranın 400-cü ilində yaradıblar. Sonra onlar yaratdıqları Taoizmi bütün Çin xalqına yaymaq istədilər.Bu məqsədlə onlar Taoizmi əvvəlcə ətrafındakı uşaqlara öyrətdilər.Bunu görən imperator Han Vu Ti bu döyüşə "Uzun əl döyüşü" adını verdi. Bu döyüş sənəti bir müddətsonra bütün Çinə yayıldı. Sonrakı illərdə Hua Ta adlı həkim döyüş sənətinə bir çox yeniliklər gətirdi və beş böyük heyvan adını və fəndlərini də bura əlavə etdi.Bu beş heyvan Pələng, Ayı, İlan, Şir və Durna idi. Bununla da, Ta Mo Şaolin bütün Çinə yayıldı. Sonra bu sistemə yeni fəndlər də əlavə edilərək Çanq Çuan sistemi yarandı. Beləliklə, bu döyüş sənəti daha da təkmilləşdi və Şaolin Məbədi çinlilərin döyüş sənətini öyrəndiyi yerə çevrildi. Uzun illərdən sonra Buddizmi yayan rahiblər çubuk və qılıncla döyüşməyi öz şagirdlərinə öyrətdilər.Buna Tao Çi Çun Fa adını verdilər. 1300-cü illərdə bu idman növü daha mülayim hala gətirildi. Tai Aist Çenq Saim Funq tərəfindən yaradılan Tai Çi Çuan sistemi inkişaf etdirilib, Çueh Yuan yarandı. 170 fənd qısa bir zaman içində 300-ə çatdı.1400-ci illərdə bu idman dörd əsas hissəyə bölündü:
- Sərt və yırtıcı döyüşlər-Pakur
- Silahlı və vurucu döyüşlər-Uşu
- Əl və ayaq döyüşlər-Vinq Çun
- Daxili enerji ilə əlaqədar döyüşlərə-Tai Çi
Nəhayət, Şaolin Məbədində bu dörd döyüş növü vahid ad altında birləşdirlidi və bütün Çin xalqına öyrədilməyə başladı. Bu ad Kunq Fudur...
Uşu
redaktə"Uşu" Çin dilindən tərcümədə "Döyüş Sənəti" deməkdir. UŞU 7 hissəyə ayrılır.
- Kunq Fu
- Çuean Li
- Vu Çi
- San Suau
- Çuean Tau
- Poa Çik
- Tuyi Çer
Kunq Fuda hərəkətlərin adları
redaktə- Başı dik tutaraq "Salam" vermək~Cum Nin
- Yerə oturmaq~Çuk Mon
- Yerə oturmaq, nəfəs almaq və düşünmək~Çuk Zen
- Hazır olmaq~Mao Cum
- Ayaqlar bitişik tutmaq~Mao Somi
- Ayaqlar yarım və yə tam açıq~Harani Somi
- Dizlər bitişik, ayaqlar isə çarpaz~Kyoço lau soni
- Müsabiqəyə hazır olun!~Nao Cum!
- Rəqibin vurduğu yumruk~Mo Po
- Çənəyə dirsəklə vuruş~Cum Nopun Vrup
- Özünü müdafiə~Sudo Lap Sao
Kunq Fu paltarları
redaktəKunq Fu paltarları "Velesbiha Kimona" adlanır. Velesbiha Kimona qara rəng, geniş qollu olur.Müəllimin seçilməsi üçün paltarın qolunda ağ rəngli bant olur.Əsil Kunq Fu paltarlarında bəzək olmur, və başqa rənglərdə də olmur.