Kumistavi Magarasi - Wikipedia
Prometey mağarası (gürc. პრომეთეს მღვიმე), həmçinin Kumistavi mağarası (gürc. ყუმისთავის მღვიმე), Çxaltub mağarası və ya Çxaltub-Qliana mağarası (gürc. ღლიანის მღვიმე) — Gürcüstanın qərbində, Çxaltubo şəhəri yaxınlığında karst mağarası. Təbiət abidəsi. III dərəcəli kateqoriyaya aiddir (Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi) Mağaranın ümumi uzunluğu 11 km olsa da ziyarətə ancaq 1060 metri açıqdır.[1][2]
Kumistavi | |
---|---|
gürc. ყუმისთავის მღვიმე | |
Ümumi məlumatlar | |
Uzunluğu | 11 000 m |
Həcmi | 0,000203 km³ |
Kəşf tarixi | 1983 |
Tipi | karst |
Ziyarətçilər üçün əlçatılan | 1060 |
Yerləşməsi | |
42°22′36″ şm. e. 42°36′02″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Region | |
apa.gov.ge/en/protected-… | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMağara ilk dəfə olaraq 1983-cü ilin 15 iyununda Vaxuşi Baqrationi adına Coğrafiya institinun ekspedisiyası tərəfindən kəşf olunmuş. Ancaq mağara girişi çoxdan yerli əhaliyə məlum idi. 1985-ci ildə mağara daxilində xüsusi quraşdırma işləri aparılmış 1989-cu ildə mağaraya xüsusi marşrut tətbiq olunmuş, 150 metrlik tunel qurulmuş, işıqlandırma həyata keçirilmiş və bir neçə yer altı tikili inşa edilmiş. 1990-cı ildə mağaraya marşrutun tətbiqi layihəsi dayandırılmış.[3]
2007-ci ilin martında mağaraya fransız mütəxəssislər dəvət olunmuş. Onların ilkin olaraq mağaranın durumunu qiymətləndirmiş və görüləcək işlərin planını hazırlamışlar. 2009-cu ildə mağarada xüsusi işıqlandırma və səs qurğularının testini həayata keçirmişlər. 2010-cu ildə ölkə prezidenti Mixail Saakaşvili mağaraya səfər etmiş və qeyd etmişdir ki, mağara gərək Prometey mağarası adlandırılsın. Ehtimal olunur ki, Prometey bu ərazidə dağlara zəncirlənib.[4] Bir il ərzində mağarada böyük yeniləmə işləri aparılmış: mağara daxilindəki tikili yenidən bərpa olunmuş, müasir elektrik xətləri çəkilmiş, Çxaltubodan mağara girişinə və çıxışına avtomobil yolu çəkilmiş. Alman firması GermTec GmbH & Co. KG mağarada 15 ekskursiya zonası ayrıd etmiş və zona dinamik işıqlandırma sistemi ilə işıqlandırılmış[3].
26 may 2011-ci ildə mağara ziyarətçilər üçün açıq elan edilmiş.[5] Mağaranı yenidən ziyarət edən Mixail Saakaşvili açılış zamanı qeyd etmişdir: "bu mağara ölkədə turizmin inkişafına təkan verəcək. O çıxışında əlavə olaraq qeyd etmişdir ki, buna qədər ölkədə müasir tələblərə cavab verən iki mağara olmuş: Satapliya və Yeni Afon mağarası. Təəssüf ki, sonuncusu işğal altındadır"[6]. Mağara girişində illərcə mağaranı qoruyan yerli sakinə heykəl qoyulmuş.
Quruluşu
redaktəÜmumi uzunluğu 11 km olsa da, turistlər üçün mağaranın 1060 m açıqdır. Mağara daxili yetərincə genişdir, ancaq zəif parçalanma getmiş. Mağara döşəmısi gildəndir[7]. Maksimal hündürlük - 21 metrdir. Mağara daxili üçün stabil temperatur xarakterikdir - 15-17 °С
Xarici keçidlər
redaktə- Пещера Прометея Arxivləşdirilib 2014-05-27 at the Wayback Machine на официальном сайте кутаисского муниципалитета (ing.)
- Пещера Прометея
İstinadlar
redaktə- ↑ "Prometheus Cave – explore the myths of the Argonauts and Prometheus" (ingilis). Georgia Today. 2006. 2014-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.
- ↑ "Karst Caves: Promete cave" (ingilis). Kutaisi City Local Government. 2014-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.
- ↑ 1 2 "Экскурсионная пещера Кумистави (Цхалтубская) в Грузии". GermTec GmbH & Co.KG. 15-05-2010. 2014-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.
- ↑ Саакашвили стал крёстным отцом пещеры Прометея Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine // Росбалт, 24 мая 2010.
- ↑ Пещера Прометея — новая достопримечательность Грузии Arxivləşdirilib 2012-10-27 at the Wayback Machine // Travel.ru, 27 мая 2011.
- ↑ Михеил Саакашвии побывал в пещере Прометея и осмотрел новую гостиницу в Цхалтубо[ölü keçid] // Администрация Президента Грузии, 25.05.2011.
- ↑ Словарь современных географических названий, 2006