Kulturoloq - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kulturoloq — müəllim müxtəlif ölkələrin sosial-mədəni fəaliyyət sahələri, idarəetmə və mədəni inkişafın milli texnologiyaları, eləcə də bu sahədə beynəlxalq təcrübə barədə dürüst və müfəssəl informasiyaya malik olmalıdır. Universal bilikli mütəxəssislər olan kulturoloqların praktiki iş sahəsi artbiznes, media, reklam və beynəlxalq əlaqələrlə məhdudlaşmamalıdır.
Kulturoloqun praktiki işi dövlət və ictimai həyatın geniş sosial-mədəni fəaliyyət sahəsini əhatə etməlidir. Universal kulturoloji biliklərə istinadən, kulturoloq tədqiqat, təhsil, maarif məsələlərini həll etməyi bacarmalı, sosial-mədəni həyat fəaliyyətinin tərəqqipərvər texnologiyalarına istiqamətlənən inkişafın innovasiyalı modellərini hazırlamalı, investisiya siyasətini düzgün formalaşdırmalı, mədəniyyətin inkişafını idarə etməlidir. Dövlətin beynəlxalq nüfuzunun, onun sivil dünya birliyinə inteqrasiyasının möhkəmlənməsinə yardım edən, ölkənin xarici mədəni siyasəti də kulturoloqun diqqət mərkəzində olmalıdır. Beləliklə, Müasir kulturoloq — insan, cəmiyyət və dövlət haqqında elmi biliklərin qoruyucusudur.[mənbə göstərin]