Kujuqet Soyqu - Wikipedia
Kujuqet Seree oğlu Şoyqu (tıva Күжүгет Серээ оглу Шойгу, 24 sentyabr Qara-Xol kəndi, Tuva Xalq Respublikası — 1 dekabr 2010-cu il Moskva, Rusiya Federasiyası) Sovet partiya və dövlət xadimi, Sov.İKP Tıva vilayət komitəsinin katibi, Tıva Muxtar Sovet Sosialist Respublikası Nazirlər Şurası sədrinin birinci müavini, altı il ərzində Tıvada "Şın" respublika ictimai-siyasi qəzetinin redaktoru.[1]
Kujuqet Seree oğlu Şoyqu | |
---|---|
tıva Күжүгет Серээ оглу Шойгу | |
Şəxsi məlumatlar | |
Doğum adı | Шойгу Серээ оглу Күжүгет |
Doğum tarixi | 24 sentyabr 1921 |
Vəfat tarixi | 1 dekabr 2010 (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | dövlət xadimi |
Uşaqları | |
|
|
Təltifləri | Tıva Respublikasının Ordeni |
Həyatı
redaktəKujuqet Seree oğlu Şoyqu 1921-ci ilin avqust ayında Asiyanın mərkəzində Çindən ayrılaraq müstəqil dövlətin — Tannu-Tuvanın yaradılmasını elan edən Tuva xalqının qurultayından bir ay sonra, 24 sentyabr 1921-ci ildə Tannu-Tuva Xalq Respublikasında anadan olub. Doğulanda Şoyqu adə, Kujuqet isə soyad olmuşdur. Lakin doğum şəhadətnaməsi alanda qeydiyyatçı məmurunun səhvi səbəbindən Şoyqu soyad, Kujuqet isə ad kimi yazılmışdır. Beləliklə özü də bilmədən qeydiyyat şöbəsinin işçisi Şoyqu soyadında yeni nəslin təməlini qoymuşdur.[2]
Kujuqet Şoyqu köçəri maldar ailəsində böyümüşdür. Savadsızlıqla mübarizə aparan Tıva Xalq Respublikasının İnqilab Şurasının işində fəal iştirak etmişdir. Kujuqet Şoyqu gənc yaşlarından Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. Sov. İKP üzv olması ona Tıva Muxtar Sovet Sosialist Respublikası dövründə müxtəlif dövlət vəzifələri tutmağa şərait yaratmışdır. O, həmçinin Sovet İttifaqı Kommunist Partiyasının Tuva vilayət komitəsinin katibi vəzifəsini də icra etmişdir. Tıva MSSR dövlət arxivinə rəhbərlik etmiş, altı il tıva dilində dərc olunan "Şın" qəzetinin redaktoru olmuşdur.
Şoyqu 1980-ci illərdə Tıva Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədr müavini vəzifəsində çalışmışdır.
1990-cı illərdə oğlu Sergey Kujuqetoviç Şoyqu Rusiya Federasiyası Fövqəladə Hallar Naziri vəzifəsinə gətirildikdən sonra ümumrusiya səviyyəsində tanınmağa başlamışdır.
Kujuqet Seree oğlu Şoyqu 1 dekabr 2010-cu ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişidr. O, Moskvada Troyekurov qəbiristanlığında həyat yoldaşı ilə birlikdə dəfn edilmişdir.[2]
2011-ci ildə, "Asiya Qitəsinin Coğrafi Mərkəzi" abidəsinin yerləşdiyi Tıva respublikasının paytaxtı Kızılın mərkəzində Yeniseyin (1300 metr uzunluğunda, İnternatsionalnı küçəsindən Titov küçəsinə qədər) sahilinə Kujuqet Seree oğlu Şoyqunun adı verilmişdir.[3].
Ailəsi
redaktə- Şoyqu Larisa Kujuqetovna (1953–2021) — beşinci çağırış Rusiya Dövlət Dumasının deputatı — qızı;
- Şoyqu Sergey Kujuqetoviç (1955-ci il təvəllüdlü) — Rusiya dövlət xadimi, Rusiya Federasiyası Müdafiə naziri (2012-ci ildən) — oğlu;
- Şoyqu Yulia Sergeyevna (1977-ci il təvəllüdlü) — Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin direktoru (2002-ci ildən) — nəvəsi, Sergey Şoygunun qızı;
- Şoyqu Kseniya Sergeyevna (1991-ci il təvəllüdlü) — Rusiya Triatlon Federasiyasının prezidenti (2020-ci ildən) — nəvəsi, Sergey Şoyqunun qızı.
Əsərləri
redaktə- "Перо чёрного грифа" (2001)
- "Танну-Тыва. Страна озер и голубых рек" (2004)
Mükafatları
redaktə- "Qırmızı əmək bayrağı" ordeni (SSRİ) (1976);
- Üç "Şərəf nişanı" ordeni (1962, 1966, 1971);
- ""Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı" (1970);
- "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı (1957);
- Tıva Respublikasının Ordeni (2007) — uzun illər və istehsal, iqtisadi, partiya, elmi və mədəni fəaliyyətin müxtəlif sahələrində səmərəli iə görə;
- Tuva Respublikasının "Qəhrəman əməyə görə" medalı (2001);
İstinadlar
redaktə- ↑ Шойгу Сергей. "Эхо Москвы :: Без дураков: Сергей Шойгу". Эхо Москвы. 2008-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
- ↑ 1 2 "Государственный деятель Тувы Кужугет Шойгу похоронен в Москве". 2016-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
- ↑ "НАБЕРЕЖНАЯ ИМЕНИ КУЖУГЕТА ШОЙГУ". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
Xarici keçidlər
redaktə- Щёголев К. А. Кто есть кто в России. Исполнительная власть. Кто правит Россией. — М., Астрель: АСТ, 2007. — С. 536. — ISBN 978-5-17-047056-3.
- Александр Клин. Загадочный спасатель. — Итоги, 22.04.1997.
- Биография Кужугета Шойгу
- Биография сына Кужугета Шойгу
- Государственный деятель Тувы Кужугет Шойгу похоронен в Москве