Kroze Adalari - Wikipedia
Kroze adaları (fr. Îles Crozet) — Fransaının Hind okeanında yerləşən Fransanın Cənub və Antarktika ərazilərinə daxildir.
Kroze adaları | |
---|---|
fr. Îles Crozet | |
Ümumi məlumatlar | |
Adaların sayı | 6 |
Ən böyük adası | Posseson |
Ümumi sahəsi | 353 km² |
Hündür nöqtəsi | 1050 m |
Yerləşməsi | |
46°24′41″ c. e. 51°45′22″ ş. u.HGYO | |
Ölkə | Fransa |
Region |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arxipelaq 6 vulkan məşəlli adadan ibarətdir. Arxipelaq 100 km məsafədə yerləşir. Adalarda yaşayış yoxdur. Pocceson adasında Qütb stansiyası fəaliyyət göstərir. Burada 50 elmi işçi vardır.
Tarixi
redaktəArxipelaq 22 (və ya 23) yanvar 1772 ildə fransız dənizçisi Marion-Dyofren tərəfindən aşkarlanmışdır. 24 yanvarda isə onlar adalarda fransız bayrağını adalara sançaraq Fransa ərazisi elan edirlər. O, adaları baş köməkçisi Jyol Krozenin şərəfinə adlandırılır.
XIX - XX əsrlərdə adalar tez-tez balina və suiti ovçuları tərəfindən ziyarət edilirdi.
1965-ci ildən Fransanın Cənub və Antarktika ərazilərinə daxil edilir.
Geologiyası
redaktəadalar 50 milyon il öncə suyun üzünə çıxmışdır. Adalar vulkan məşəllidir.
İqlimi
redaktəAdalar buzlaqlarla örtülü olmasada iqlimi küləkli və rütubətlidir. Yağıntının miqdarı illik olaraq 2000 mm təşkil edir. İlin 300 günü adalarda yağış yağır. Küləyin surəti 100 km/s təşkil edir.
Qışda havanın temperaru −5 °S, yayda isə +18 °S olur. Orta aylıq temperatur +2 ° +11 °S arasında d.
Flora və fauna
redaktəAdalarda çoxlu sayda Makaronlar pinqvini və Kral pinqvini yayılmışdır. Digər növlər isə demək olar ki az (Papua pinqvini) koloniya əmələ gətirə bilirlər.
Bundan əlavə burada Suitilər və su quşları yayılmışdır (Albatroslar).
Arxipelaq 1938 ildən qoruq elan edilmişdir. Sərhədləri fransız ordusu və Qrinpis tərəfindən qorunur.
Arxipelaqın tərkibi
redaktə№ | Adalar | Sahəsi (km²) |
Hündürlüyü (m) |
Ən hündür nöqtəsi | Koordinatları | |
---|---|---|---|---|---|---|
Fr. adı | Az. adı[1] | |||||
Qərb qrupu | ||||||
1 | Île aux Cochons | Koşon adası (donuz adası) | 67 | 826 | Mon-Rişar-Fua | 46°06′ c. e. 50°14′ ş. u.HGYO |
2 | Brisants de l’Héroïne və ya Rochers de la Meurthe |
Eroin və ya Mert qayaları |
0 | 5 | — | 46°13′ c. e. 50°22′ ş. u.HGYO |
3 | Île des Pingоuins | Pinqvin adası | 3 | 340 | Mon-de-Manşo | 46°27′ c. e. 50°23′ ş. u.HGYO |
4 | Îlots des Apôtres (Grande Île et Petite Île) | Apotr adaları (iki ada) | 2 | 289 | Mon-Per | 45°58′ c. e. 50°27′ ş. u.HGYO |
Şərq qrupu | ||||||
5 | Île de la Possession | Posseson | 150 | 934 | Pik Maskaren | 46°24′ c. e. 51°46′ ş. u.HGYO |
6 | Île de l’Est | Est adası | 130 | 1050 | Mon-Marion-Dyofren | 46°26′ c. e. 52°18′ ş. u.HGYO |
Kroze adaları | 352 | 1050 | Mon-Marion-Dyofren | от 45°57' до 46°29’ c. e. от 50°10' до 52°19’ ş. u. |
İstinadlar
redaktə- ↑ "Abstracts journal: Geography, Выпуски 1-2. — Изд-во Академии наук СССР., 1972". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-25.
Mənbə
redaktə- Mills, W. J. Exploring Polar Frontiers. A Historical Encyclopedia. Volume 1, A—L / William James Mills. — ABC-CLIO, 2003. — ISBN 1-57607-423-4.
- Rubin, J. Antarctica / Jeff Rubin. — Lonely Planet, 2008. — 380 P.
- Kroze arxipelaqının xəritəsi
- Kroze adaları
- Kroze haqqında məlumat