Krka Milli Parki - Wikipedia
Krka Milli Parkı (xorv. Nacionalni park Krka) — adını onu əhatə edən Krka çayından alan Xorvatiya milli parkı. Milli park Krka çayını aşağı axacağında, mərkəzi Dalmatiyada, Şibenik-Knin qraflığında, Milyevki bölgəsində yerləşir. Şibenik şəhərinin sadəcə bir neçə kilometr şimal-şərqindədir.[1] Milli park Krka çayını qorumaq üçün qurulmuş və elmi, mədəni, təhsil, turizm fəaliyyətləri üçün nəzərdə tutulmuşdur. Xorvatiyanın 7-ci milli parkıdır və 1985-ci ildə milli park elan edilmişdir.
Krka Milli Parkı | |
---|---|
xorv. Nacionalni park Krka | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 109 km2 ha |
Yaradılma tarixi | 1985 |
Yerləşməsi | |
43°55′44″ şm. e. 16°03′43″ ş. u.HGYO | |
Ölkə | Xorvatiya |
Vilayət | Şibenik-Knin |
npkrka.hr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəMilli park tamamilə Şibenik-Knin qraflığında yerləşir və Krka çayı boyunca 109 km2 sahəni əhatə edir: Knindən Skradinə qədər 2 km çay axını boyunca və Çikola çayının aşağı hissəsi. Krka Milli Parkı təbiətin dəyişdirilməyən geniş regionlarından biridir və bir çox cüzi dəyişdirilmiş ekosistemlərə sahibdir.
Ətraf mühit
redaktəFlora
redaktəKrka Milli Parkı Cənubi Avropa regionuna daxildir. (Aralıq dənizi iqlimi) Yerləşmə mövqeyinə və müxtəlif tip ekosistemlərin yayılmasına görə ərazi zəngin flora və faunaya sahibdir.
Milli park ərazisində 860 bitki növü və yarımnövü müəyyən olunmuşdur. Bu növlərə endemik sayılan İllirian-Adriatik növləri də daxildir.
Fauna
redaktəMilli parkdakı Krka çayında aralarında 10 endemik olmaq üzərə 18 növ balıq yaşayır. Kumja və Dalmatiya çəkisi də milli park sakinləri arasındadır.
Bataqlaşmış çəmənliklərdə quşlar və amfibilər, cəngəlliklərdə sürünənlər yaşamaqdadır.
Milli park ərazisində 222 quş növü müşahidə olunmuşdur. Yaz və payız aylarında buraya bir çox quş növü miqrasiya etdiyindən Avropa üçün ən əhəmiyyətli regionlardan biridir. Milli parkda bir çox yırtıcı quş növü məskunlaşmışdır: çay qaraquşu, ilanyeyən, qırğı qartal, bığlı qızılquş, şahin, və s. Qızılı qızlarquşu, adi yapalaq, ağbaş kərkəs digər əhəmiyyətli quş növləridir.
Məməlilərə gəldikdə burada çox nadir və nəsilləri kəsilmək üzrə olan 18 yarasa növü yaşayır: uzun barmaqlı yarasa, Daubenton yarasası və s. Bayağı su samuru milli parkdda nəsli təhlükədə olan məməli növüdür.
Ria
redaktəKrka çayının dənizə töküldüyü yerdə Dördüncü dövr buzlaşmasından sonra Adriatik dənizinin 135 m qalxması və çay yatağının subasması nəticəsində ria əmələ gəlmişdir.
Görməli yerlər
redaktəVisovaç adası
redaktəMilli parkın daxilində yerləşən Visovaç adası Macarıstan kralı I Luiz dövründə kəşf olunmuşdur. Adada fransiskanlara məxsus qədim katolik Visovaç monastırı yerləşir və 1445-ci ildə tikilmişdir.[2] Bununla yanaşı milli park ərazisində Şərq Ortodoks Kilsəsinə məxsus və 1345-ci ildə inşa olunmuş Krka monastırı da yerləşir. Adanı qayıqla ziyarət etmək mümkündür.
Krka monastırı Ortodoks Dalmatiya Yeparxiyasının mərkəzidir. Haqqında ilk məlumatı 1402-ci ildə Serbiya imperatoru Duşanın bacısı Yelena Şubiç tərəfindən verilmişdir. Monastır daha sonra XVIII əsrdə yenidən təmir olunmuşdur.
Panorama
redaktəİstinadlar
redaktə- ↑ Carter, Francis W. and David Turnock (2002). Environmental problems of East Central Europe Arxivləşdirilib 2019-07-27 at the Wayback Machine, Routledge 2nd ed. p. 345. ISBN 0-415-17403-1
- ↑ Oliver, Jeanne Croatia Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine, Lonely Planet 4th ed. p. 187. ISBN 1-74104-475-8
- ↑ Naklada Naprijed, The Croatian Adriatic Tourist Guide, pg. 103, Zagreb (1999), ISBN 953-178-097-8
Xarici keçidlər
redaktə- [1]
- Rəsmlər Arxivləşdirilib 2013-08-07 at the Wayback Machine