Kristof Snayder - Wikipedia
Kristof "Doom" Şnayder ( Christoph Schneider)(11 may 1966, Şərqi Berlin) — Alman musiqiçisi. Rammstein qrupunun zərbçisi.
Kristof Şnayder | |
---|---|
alm. Christoph Schneider | |
Ümumi məlumatlar | |
Ləqəbi | Doom |
Doğum tarixi | |
Doğum yeri | Şərqi Berlin, ADR |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi |
Fəaliyyət illəri | 1990- indiyənədək |
Janrlar | Yeni Alman Sərtliyi Neue Deutsche Härte, industrial metal |
Musiqi aləti | zərb qurğusu[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəErkən həyatı
redaktəŞnayder 1966-cı il may ayının 11-də Şərqi Berlində Pankovda anadan olmuşdur. Özündən iki yaş kiçik bacısı var.
Şnayder 16 yaşında gimnaziya məktəbini bitirmiş,daha sonra telekommunikasiya köməkçisi kimi işləməyə başlamışdır. 1984-cü ildə Şərqi Almaniya ordusunda xidmət etmişdir. Qrupun yeganə üzvüdür ki, hərbi xidmətini tam başa vurmuşdur.[1]
Karyerası
redaktəŞnayderin valideynləri onun musiqi ifa etməyi öyrənməyini istəyirdilər, buna görə də onlar Şnayderi ilk Sosialist orkestra ilə bağlı olan musiqi məktəbinə göndərməli olurlar. Burada ona 3 seçim təklif edilir: baraban (truba),klarnet, trombon. Şnayder isə birincini seçir, çünki trubada ifa etmək onun üçün çox asan idi. Kristof özünü zərbdə ifa etməkdə özünü çox istedadlı biri kimi hesab edirdi, bir il sonra orkestraya daxil olaraq, konsertlərdə ifa etməyə başlayır.Burada o baraban ilə maraqlanır. Daha sonra valideynlərinə bu alətdə ifa etmək istədiyini söyləyir, ancaq onlar bu ideyaya dəstək vermirlər çünki "onlar klassik dünyanın insanları idi". Kristof evə gedərək dəmir qutu və vedrədən öz zərb dəstini düzəldir və çubuqlarla məşq etməyə başlayır. 14 yaşında o zərb batereyası (Drum kit(ing),Ударная установка(rus.) almışdı, daha sonra valideynləri ona bunda məşq etməyə, dərslər almağa icazə verdi.[2]
1985-ci ildə Şnayder universitetdə təhsil almaqla musiqi ambisiyalarını yeritmək üçün telekommunikasiya işindən çıxmalı olur, ancaq 2 dəfə universitetə daxil ola bilmir,[1] pianoda ifa etmək kimi başqa musiqi bacarığına sahib olmadığı üçün rədd edilir. O, öz üzərində işləmək üçün öyrənməyə davam edir.[2] Şnayder zərbçi kimi qruplara daxil olmaq üçün 1985-ci ildən 1990-cı ilə qədər ardıcıl olaraq çalışır, nəhayət Die Firma qrupuyla uğura imza atır.
O,1994-cü ildə və Rixard Kruspe və Oliver Ridelə qoşulur. Till Lindemanın qrupa qoşulmasndan sonra onlar "Berlin Senate Metrobeat" yarışmasına qatılır, 4 parçadan ibarət demo üçün səsyazma şansı əldə edir.[1]
Hal-hazırda o, Sabian (zərb dəstinin nazik qab formasında olan aləti, rusca-тарелки) zillərindən və Sonor barabanlarından istifadə edir.
Daha öncə Tama barabanından və Meinl Perküsyon zillərindən istifadə olunmuşdu.
Sonor Dişli:
- Bronze Artist Snare (07 1406 BRB Tunc qara AS)
- Drumkit Sonor "Delite" seriyası
- 600 Seriya dəsti
- Giantstep Bas Pedallar
Şəxsi həyatı
redaktə"Doom" ləqəbi 1993-Doom video oyununun adından götürülür. Kristofun Alman müəllif hüququ agentliyi üçün bir ada ehtiyacı var idi, ancaq Kristof Şnayder adına həddən artq çox rast gəlinirdi. Paul Landers "Doom" adını təklif etdi çünki onlar bu oyunu xoşlayırdı.[2]
Sevdiyi favorit rok qrupları: Deep Purple, Led Zeppelin, Motörhead və AC/DC.[2]
Təchizat (LIFAD Turu)
redaktəBaraban: Sonor
- 24″ x 20" Bass Drum
- 24″ x 20" Bass Drum
- 14″ x 06" Snare Drum
- 14″ x 13" Tom
- 16″ x 15" Floor Tom
- 18″ x 17" Floor Tom
- 12″ x 05" Snare Drum
- 20″ x 15" Gong Drum
Boşqab: Sabian
- Paragon Hats 14″
- HHX Evolution Splash 12″
- AAX X-Celerator Hats 14″
- HH Power Bell Ride 22″
- HHX X-Plosion Crash 19″
- HHX X-Plosion Crash 18″
- HHX X-Treme Crash 18″
- HHX X-Plosion Crash 20″
- AAX X-Plosion Crash 19″
- HHX Chinese 18″
- HHX Chinese 20″
- HHX Evolution Splash 12″
- HH China Kang Chinese 10″
- AAX X-Plosion Crash 20″
- HHX Evolution O-Zone Crash 18″
- APX O-Zone Crash 18″
- HHX Evolution Hats 10″
İstinadlar
redaktə- ↑ 1 2 3 "Who the hell are Rammstein?". Rammimages.com. 2006. 23 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 November 2012.
- ↑ 1 2 3 4 2010 interview with Metal Hammer